“Ziya” qəzeti-135
və yaxud
türk dünyasının Tiflisdən boylanan günəşi
“Ziya” qəzeti türk dünyasının tarixində şərəfli yer tutan, özünə və dediyi sözə, işarə
etdiyi fikrə hörmət qazandıran,türk ellərini maarıf ziyası ilə işıqlandıran və isindirən
mətbu orqanlarından biridir.
İlk nömrəsi 1879-cu ilin yanvarında Tiflisdə Azərbaycan dilində işıq üzü görmüşdür.
Qəzetin ilk iki nömrəsi tapılmadığından ayın tarixini dəqiq yazmaqda çətinlik çəkirik.
Bəzi tədqiqatçılar ilk nömrənin yanvarın 14-də çıxdığını yazsalar da,fakt olmadığına
görə bu fikir inandırıcı görünmür.
“Ziya”nın aşkarda olan ilk nömrəsi 1879-cu ili fevralın 8-də çıxan 3-cü nömrədir.
Bu nömrədə, eləcə də sonrakı nömrələrdə “Ziya”nın həftənin pəncşənbə günləri
çıxdığı göstərilir. Bu da islamiyə ili ilə- hicri-qəməri ili ilə 1296-cı ilin səfər ayının
27-nə uyğundur. 1296-cı ilin bundan əvvəlki pəncşənbə cünləri -1879-cu ilin yanvar
ayının 4,11,18 və 25-nə düşür. Fevralın həmin ilə -1879-cu ilə aid ilk pəncşənbə
günü ayın (fevralın-N.N.) birinə təsadüf edir. Bu ardıcıllığı nəzərə alsaq, “Ziya”nın
ilk nömrəsi 25 yanvar 1879-cu ilə aiddir.
1879-cu ildə islam təqvimi ilə yeni il dekabın əvvəlindən başlayır: hicri-qəməri
ilinin məhərəm ayı başlayır. Bununla əlaqədar olaraq, “Ziya” qəzetinin nömrələri
təzələnir: dekabırın 6,13,20 və 27-də çıxan nömrələr yeni ilə uyğun olaraq, 1,2,3,4
kimi sıralarnır. 1880-ci iln ilk nömrəsi yanvarın 3-də 5-ci nömrə kimi təqdim olunur.
Bu qayda ilə 1881-ci və 1882-ci ilin ilk nömrələri də miladi təqvimlə 5 yanvar 1881-
ci il və 7 yanvar 1882-ci il kimi göstətilir.
Başqa sözlə, “Ziya”nın sayları illər üzrə belə görünür:
1879-cu ildə “Ziyanın 48 nömrəsi çap olunmuşdur.
N 1 – (25.01.1879-cu il) – N 46 (29 .11.1879-cu il);
Müsəlman təqvimi ilə dekabrda qəzetin nömrələri təzələnmişdir. 1296-cı mahi-
məhərrəmdə “Ziyanın 4 nömrəsi çıxmışdır. Bu tarix qəzetdə miladi təqvimlə belə
göstərilmişdir.
N1 (06.12.1879)
N2 (13.12.1879)
N3 (20.12.1879)
N4 (27.12.1879)
1880-ci
ilin ilk nömrəsi dekabr ayındakı nömrələrin davamı kimi başlayır.
N 5 (03.01.1880)
N 6 (10.01.1880)….
N 30 (26.06.1880)
6 aylıq mətbəə hazırlığı ilə əlaqədar olaraq bir neçə ay “Ziya” oxucuların
görüşünə gəlməyib.
“Ziya “6 aydan sonra “Ziyayi-Qafqasiyyə” adı ilə – təzə qiyafədə meydana çıxır.
09 dekabr 1880-ci ildə “Ziyayi-Qafqasiyyə”nin birinci nömrəsi çıxır. 2-ci nömrə
13 günlük fasilədən sonra – dekabrın 22-də nəşr olunur.
1881-ci ildə “Ziyayi-Qafqasiyyə”nin 33 nömrəsi çıxmışdır.
N 3 (5 yanvar 1881-ci il)- N 31 (21oktyabr 1881-ci il);
Hicri qəməri ilinin gəlişi ilə əlaqədar olaraq, 6 noyabr 1881-ci ildə nömrələr
təzələnmişdir:
N1 (26.noyabr 1881-ci il) – N 4 (24 dekabr 1881-ci il).
1881-ci il dekabrın 10-da beyninə qan sızması nəticəsində dünyasını dəyişən
Zaqafqaziya müftisi Hacı Əbdülhəmid Əfəndi Mustafa Əfəndizadənin
matəm mərasimi
ilə əlaqədar olaraq, “Ziya” qəzeti bir həftə ləngimə ilə çıxmışdır.
“Ziyayi-Qafqasiyyə”nin (“Ziya”nın) 1882-ci ildəki ilk nömrəsi 5-ci nömrə işarəsi
ilə yanvarın 7-də çap edilmişdir. N 5- (7 yanvar 1882- ci il ) – N 31 – (16 dekabr
1882-ci il).
“Ziyayi-Qafqasiyyə”nin1883-cü ildə 31 nömrəsi çıxmışdır :
N 1- (03.01.1883-cü il- N 31 – (22 dekabr 1883-cü il )
“Ziyayi-Qafqasiyyə”nin (“Ziya”nın)1884-cü ildə cəmi 11 nömrəsi çıxmışdır.
N 1 (15 yanvar 1884-cü il) – N 11 (26 iyun 1884-cü il)
.
Bəzi tədqiqatçılar “Ziya”nın son 11 nömrəsinin Şamaxı şəhərində-S.Ünsizadənin
xidməti işi ilə əlaqədar olaraq köçdüyü ata yurduna çap olunduğunu yazırlar.Bu,
faktlara əsaslanmayan fikirdir.Elmi fikir faklara təsdiq olunanda inandırıcı
olur .Qəzetin son 11 nömrəsinin hamısının 4-cü -sonuncu səhifəsində onun (qəzetin)
senzuradan keçən gün “Ziya”mətbəəsində çap olunduğu rus və Azərbaycan dillərində
açıq-aydın göstərilmişdir. Məsələn:
” ДОЗВОЛЕНО ЦЕНЗУРОЮ ТиФЛИСЪ 26 İюня 1884 года. (Çapına 26 iyun
1884-cü ildə Tiflisdə senzura tərəfindən icazə verilmişdir-N.N.). Daha sonra ərəb
əlifbası ilə “Ziyayi (Ziyayi -Qafqasiyyə-N.N.) mətbəəsində təb olunmuşdur” sözləri
yazılmışdır. Qəzetin birinci səhifəsində də çap olunma tarixi kimi senzuranın icazə
tarixi göstərilmişdir.
Altı il ( 25.01.1879 -cu il- 26.VI.1884-cü il ) ərzində Tiflisdə nəşr olunan “Ziya”
qəzetinin ( 09.12.1880-ci ildən ” Ziyayi-Qafqasiyyə-N.N.) 187 nömrəsi çap
olunmuşdur. Qəzet əvvəllər Səid Əfəndi Ünsizadənin öz şəxsi basmaxanasında
(litoqrafiyasında) basılmış, sonralar isə “Ziya” mətbəəsində təb edilmişdir.
***
“Ziya” qəzetinin yaradıcısı əslən Şamaxı şəhərindən olan Səid Əfəndi Əbdürrəhman
oğlu Ünsizadə (1825-1905) XIX əsrin II yarısında və XX əsrin ilk illərində maarifçilik
hərəkatında işıqlı əməllərinə görə yaxşı tanınan ziyalılardan biridir.İlk təhsilini
Azərbaycanın o vaxtkı paytaxt şəhərində almış,sonralar Şərqin tanınmış ali dini təhsil
ocaqlarında oxumuşdur.Bir neçə Şərq dilini şeir yazmaq dərəcəsində
öyrənmişdir.Şərq ölkələrindən təhsilini başa vurandan sonra Şamaxıya
qayıtmış,müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur.Bakı qubernatoru
D.S.Staroselskinin (15.05.1832-11.03.1884) əmri ilə mərkəzi idarəsi 1859-cu il
zəlzələsindən sonra hələ də Şamaxıda yerləşən Bakı quberniya Əhli-Təsənni
idarəsinə qazi təyin olunur.
Yeri gəlmişkən qeyd edək ki, D.S.Staroselski 1872-ci ildə Terski vilayət rəisi
müavinliyindən Bakı quberniyasına qubernator təyin olunur. Bakıda qubernator
işləyərkən quberniyada bir çox islahatlar aparır. “Ziyayi-Qafqasiyyə” qəzetinin
yazdığına görə Qafqaz və bəlkə Rusiyya nisbətən əvvəlimciislam qəzetəsi “Əkinçi
onun (D.S .Staroselskinin-N.N.) müvafiqəti ( razılıq vermə-N.N.) ilə ehdas (meydana
onun işarəsi ilə İSLAMBULDAN islam hürufatı gətirdi və Baküyə bir islam mətbəəsi
verdi”( N 5,1884-cü il).
S.Ünsizadənin Şamaxıdan Tiflisə – o vaxtın iri inzibati mərkəzi olan xristian
şhərinə köçüb getməsi də, çöx güman ki, D.S.Staroselski ilə razılaşdırılmışdır. Belə
ki,D.S.Staroselski Bakı qubernatoru olanda Şamaxıda bir çox layihələrin
reallaşdırılmasında Səid Ünsizadəyə köməklik və qayğı göstərmişdir. Bu sırada
birinci yerdə S.Ünsizadənin rəhbərliyi, ruhani məclislərinin yardımı ilə 1874-cü ildə
Şamaxıda yaradılan “Məclis məktəbi”dir.Bu məktəb Azərbaycanın təhsil sistemində
yenilik idi.Sonralar Tiflisdə Azərbaycan dilində mətbu orqan – “Kəşkül” adlı
jurnal (31 yanvar 1883-cü ildə-N.N.) yaradılan Cəlal Ünsizadənin (S.Ünsizadənin
ortancıl qardaşı-N.N.) geniş müəllimlik fəaliyyəti “Məclis məktəbi”ndə
formalaşmışdır.Azərbaycanda Füzuli şeir məktəbinin layiqli davamçısı, filoloq-alim
səviyyəli təzkirə tərtibçisi,məşhur türk şairi Güvahi ədəbi yaradıcılığının müntəzəm
təbliğatçısı S.Ə.Şirvani də bu məktəbdə işləmiş,keçdiyi dərslərin konspekti
əsasında “Rəbiül-ətfal” adlı dərslik-müntəxəbat hazırlamışdır.
“Ziya” qəzeti də məhz D.S.Staroselskinin qayğısı ilə yaradılmışdır. D.S.Staroselski
1876- cı ildə Qafqaz Canişinliyi Baş İdarəsinə departament müdiri təyin olunur. Bir
ildən sonra onun vəzifəsi daha da böyüdülür : eks – qubernator Qafqaz Canişinliyinin
Baş divanxanasına rəis təyin olunur.
D.S.Staroselski Bakı quberniyasında birgə iş məqamından yaxşı tanıdığı , qələminə,
elm və mərifətinə inandığı və güvəndiyi bir sıra ziyalıları Qafqazın baş şəhərinə –
Tiflisə işləməyə dəvət edir. Belə dəvəti alanlardan biri də S.Ünsizadə olur.
S.Ünsizadə əvvəlcə Zaqafqaziya Dini İdarələrini təftiş edən komissiyada işləməyə
ezam olunur. Dəfələrlə ezamiyyə müddəti artırılır. Bir neçə ildən sonra o, sərıştəli
mütəxəssis kimi Zaqafqaziya Əhli-Təsənni İdarəsinə üzv seçilir. S.Ünsizadə Ruhani
İdarəsində məktəb və maarif məsələlərinə aid işlərin qüvvətləndirilməsinə çalışırdı.
O, bu məqsədlə müntəzəm olaraq yerlərə ezam olunurdu. S.Ünsizadə 12 oktyabr
1878-ci ildə – hələ ezamiyyətdə olanda Qafqaz Canişinliyinin Baş dəftərxanasına
müraciət edərək, Tiflisdə Azərbaycan dilində “Ziya” adlı qəzet çıxarmaq barədə
icazə istəyir.
Cəmi bir aydan sonra onun xahişinə icazə verilir. O, yaxın qohum-əqrəbalarını-
ortancıl qardaşı Cəlalı, oğulları Əbdürrəman və Ağanı, bacısı oğlanları-Rəhim və
Seyfullanı da mühərrirlik və ixtisaslı mətbəə fəhləliyi işlərinə cəlb edir. İşin çətini
mətbəə kadrları hazırlığı olduğuna görə gəncləri İstanbula oxumağa göndərir.
Onların İstanbulun Babəli caddəsində təlim keçdikləri ağlabatan görünür.Belə
ki,keçən əsrin sonlarında mətbuat işığı axtaran azərbaycanlılar bu məkana üz
tuturdular. S.Ünsizadəni hələ Zaqafqaziya Müəllimlər Seminariyasında oxuyarkən
tanıyan Rəşid bəy Əfəndizadə “Uşaq bağçası” dərsliyini 1898-ci ildə İstanbulda çap
etdirmişdir. Maraqlıdır ki,Babəli caddəsində çap edilən bu dərsliyin redaktoru da,
korrektoru da R.Əfəndizadənin özü olmuşdur.
1879-cu ilin yanvarında “Ziya” nömrəsi çap olunur.”Əkinci” qəzeti öz işini
dayandırmağa məcbur olandan bəri mətbu sözətamarzı olan türkdilli
oxucular “Ziya”nı sevincə qarşıladılar. Qəzet onlarla müxbirini toplaya bildi.
Moskvadan Nəcəf bəy Vəzirov, Əlisəfa, Əlizadə(Əliyev), İstanbuldan Şirniçioğlu,
Münif Əfəndi, Bağçasaray Şəhər Məclisindən İsmayıl Mirza
(Qasprinski),Spasskidən Mirzə Həsən Əlqədari, Şuşadan Ağamirzadə
(M.M.Nəvvab), Şamaxıdan Seyid Əzim Şirvani, Bixud, Müşfiq Xakisar ibn Məşhədi
Məhəmməd, Bakıdan və Zərdabdan Həsən bəy Məlikzadə,Göyçaydan İsmayıl bəy
Nazirzadə, Nuxadan İsmi Sədrəddinbəyov, Naxçıvandan Molla Abdulla, Salyandan
Yəqub Əlizadə, Tiflisdən Əbdülhəmid Əfəndi Mustafa Əfəndizadə,Əhməd
Hüseynzadə, Məhəmmədağa Şahtaxtinski, Adolf Petpoviç Berje, Yanovski, Qoridən
A.O.Çernyayevski, S,Vəlivəyov, Ə.Axundzadə, Dərbənddən Məhbus Dərbəndi
(Qumri), Semiplatinskidən “C”, Yaltadan “H.C
“,
“Ziya” qəzetinə maraqlı yazılar
göndərir.mətbu sözdən rupor kimi istifadə edərək, xalqın maariflənməsi yolunda
büyük işlər görürdülər. Qəzetdə risalə,məqalə, əhvalat, xülasə, teleqraf
xəbərləri,felyeton, nekroloq, yol qeydləri, reklam, silsilə elmi risalələr, rəsmi
sənədlərin tərcüməsi,lətaiflər, qəzəl, qəsidə,məktub,məzhəkə,atalar sözü və məsəllər,
öyüd və nəsihətlər, zərifələr, təmsillər, hikmətli sözlər bə s.janrlardan istifadə
olunurdu. “Ziya” qəzetindəki janr rəngarəngliyi və müxtəlifliyi burada nitqin ən
mükəmməl forması olan ədəbi dilin müxtəlif üslublarından danışmağa imkan verir.
“Ziya” qəzeti tərcümə sənətimizi öyrənmək baxımından da maraqlı görünür.
Qəzetdə Azərbaycan dilinin zəngin frazeoloji vahidlərindən, sözlərin məna qruplarına
daxil olan dil vahidlərindən-sinonim, antonim və omonimlərdən yerində və səmərəli
şəkildə istifadə edilmişdir. Rus dili və rus dili vasitəsilə dilimizə daxil olan sözlərin
izahında “yəni” aydınlaşdırma bağlayıcısına müracətə daha geniş yer verilmişdir.
Oxunması çətinlik törədə biləcəkbəzi sözlər həm ərəb, həm də rus qrafikası ilə
verilmişdir ki,bu da sözün orfoqrafik və orfoepik variantını müəyyənləşdirmək üçün
maraqlı yanaşma üsulu kimi yaxşı görünür.
“Ziya” qəzetinin lüğət tərkibində alınma leksika əsas yer tutsa da aparıcı, dominant
söz və ifadələr əsl Azərbaycan sözləridir.
“Ziya” qəzetində söz içində söz demək, üstü örtülü danışmaq, ezop dilindən istifadə
əsas üslubi xüsusiyyətlərdən biri kimi diqqəti cəlb edir. Bu xüsusiyyətlərə
S.Ə.Şirvanin qəzetdə çap olunan şeirlərində və müxbir məktublarında , tərcümə
materiallarında daha çox təsadüf olunur.
“Ziya”nın əsas mövzusu maarifçilikdir. Qəzet elə ilk nömrələrindən təhsilin
faydasından söz açır,uşaqların mütaliə mədəniyyəti barədə oxucuları polemikaya
dəvət edir. Qəzetin səhifələrində özünə, əsasən baş məqalə mövqeyində yer
tapan “Oxumaq və yazmaq barəsində” (N3,08.02.1879),”Uşaqlarımıza təlim və
tərbiyə vermək barəsində” (N 4, 15.02.1879) ; ” Təklifati-mədəniyyət” (N5,
22 mart 1879); “Yanpolski Şamaxqda” ( N38,11 oktyabr 1879),”Padşahlıq
mədrəsələri” (N 40,41,42, 1979) kimi yazılar onun məram və məqsədinin xoş niyyətli
olmasından söz açır.
“Ziya”dakı materialların çoxu S.Ünsizadənin dərslik və müntəxəbatları, oxu
kitabları üçün baza rolunu oynayırdı. S.Ünsizadənin nəzmlə yazdığı “Məktəb
uşaqlarımız üçün əqaid və nəsayih”(Tiflis,1882) nəsrlə yazdığı “Təlimül-
ətfal,təhzibül -əxlaq ” (Tiflis,1883) dərsliklərdən uzun müddət türk dili başa düşülən
yerlərdə oxu kitavbı kimi istifadə olunmuşdur.
Bəzi tədqiqatlarda S.Ünsizadənin “Hümayunnamə” adlı kitabından da söz
açırlar.Bu, Şərq ədəbiyyatında çöx geniş yayılmış “Kəlilə və Dimnə “əsərinin
tərcüməsidir.
Bu kitaba daxil olması güman edilən 3 təmsil 1884-cü ildə “Ziyayi-Qafqasiyyə ”
qəzetində dərc olunmuşdur.
S.Ünsizadənin imtiyaz sahibi olduğu “Ziya ” qəzeti 1884-cü il iyunun 26-da öz
nəşrini dayandırmışdır.Bunun əsas səbəbi Alibekov soyadlı bir nəfərin yazısının
tərcüməsindəki hökumət üçün qorxulu olan bir cümlə olmuşdur:: “Səid Ünsizadənin
dər-öhdə aldığı əmr ( iş-N.N.) və niyyət mətbuat vasuitəsilə rus müsəlmanlarını
yuxudan oyatmaqdır”.
Beləliklə, “Ziya ” bağlanır.
S.Ynsizadənin 1890-cı ildə “Ziya”nı yenidən çap etmək arzusu biganəliklə
qarçılanir. O,Türkiyəyə müraciət edir. O, burada Münif Əfəndinin köməkliyi ilə
maarif sahəsində çalışır. Səid Ünsizadə ömrünün 80 sinnində İstanbulda vəfat edir.
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Avropa Azərbaycan Məktəbinin müəllimi.
Bakı,
20.01.2014-cü il.
Ədəbiyyat
1.”Ziya” qəzetinin 1879-1884-cü il komplektləri.
2.S.Ə.Şirvani. Əsərləri. 3 cilddə, II və İİİ cildlər. Bakı, 1969.
3. Nəsrəddinov Nazim. “Ziya”nın fransız müxbiri-A.P Berje.
“Ziya” qəzeti(ADTU-nin qəzeti-N.N.), 12.08.1992-ci il, N 15.
4..Nəsrəddinov Nazim.Günahımızı yuyaq. (Səid Ünsizadəni düşünərkən) ,
“Dalğa” qəzeti,N7,18-24.02.1992-ci il.
留言