Doktor Nəriman Nərimanovun doktor davamçısı :
tərbiyə doktoru Halil Fikret
Dr. Halil Fikret Kanat’ın Resmi
Azərbaycanin görkəmli söz ustası Nəriman Nərimanov 32 yaşında müəllimliyin daşını atıb, doktor (həkim,təbib) olmaq fikrinə düşür. Olur da. Amma ömrü boyu həkim işləməklə yanaşı, müəllimlikdən əl çəkmir: yazdığı əsərlərlə, xalqın yaxşı günü yolunda gördüyü əzəmətli işlərlə tarixə düşür. N.Nərimanov jurnalistika ilə də məşğul olmaq fikrinə düşür, bədii və elmi publisistika ilə məşğul olur. Onun qəzetçilik fəaliyyəti çox güman ki, hələ bundan sonra diqqətlə incələnəcək və araşdırılacaqdır.
… Mən bu sözləri Haldun Cezayirlioğlunun Halil Fikretə ünvanladığı çox təsirli yazının təsiri ilə yazıram Bu iki şəxsin həyat və fəaliyyətində böyük oxşarlıqlar görürəm.
N,Nərimanov 1918-ci ildə Bakıda “El həyatı” adlı bir məcmuə nəşr etdirir. Bu, Şərqdə ilk kooperativcilik məcmuəsi idi. Cəmi üç nömrəsi çıxandan sonra məcmuə bağlanmaq məcburiyyətində qalmışdır. O vaxtlar Rusiya tərəfdən əsən güçlü şimal küləkləri Bakıda vahiməli həyat yaratmışdı. N.Nərimanov hərtərəfli yaradıcılığının yerə-göyə sığmayan bir vaxtında Bakıdan uzaqlaşmalı olur. 1920 -ci ildə o, yenidən Bakıya qayıdır, dövlətçilik işi ilə yanaşı, bu işin üzvi hissəsi olan mətbuat məsələlərinə xüsusi qayğı göstərir, “El həyatı” məcmuəsinin davamı kimi , 1921- ci ildə “Kooperativ İşi” jurnalı nəşrə başlayır. Bu məcmuə 1925-ci ilədək- N.Nərimanovun Moskvada müəmmalı ölümünədək fəaliyyət göstərir. 1923-cü ildə Bakı Dövlət Universitetində işləmək üçün İsmayıl Hikmət, Halil Fikret, Mühiddin Birgen kimi öz işinin ustası olan bir qrup türk professoru , bacarıqlı mütəxəssislər kimi Bakıya işləməyə dəvət olunmuşdu . Bu vaxtlar N.Nərimanov artıq Bakıda deyildi: onu etimad göstərmək adı ilə Bakıdan Moskvaya – baş şəhərimizə aparıb, yüksək vəzifəyə təyin etmişdılilər. Bakıda yenə də küləklər əsir, aləm bir-birinə qarışırdı, ancaq N.Nərimanovun əqidə dostları fəaliyyətdə idilər. Xalq Maarif Komissarlığına tabe olan nəşriyyat şöbəsinə türkiyəli Mühitdin Birgen rəhbərlik edirdi, nazirliyin məktəbəqədər tərbiyə şöbəsinin müdiri Halil Fikret idi. Moskvanın siyasəti ilə barışmayan türk müəllimləri 1926-cı ildə Bakıdan getməli olurlar.. Halil Fikret əvvəcə , vaxtilə oxuyub ali təhsil aldığı ölkəyə- Almaniyaya gəlir, burada ona dərs deyən müəllimləri ilə görüşür,Türkiyə təhsilinin yüksəlişinə kömək etmək məqsədilə bir müddətdən sonra Almaniyadan Türkiyəyə qayıdır, 1926-cı ildə Bakıda çapdan çıxan “Tərbiyə və tədris tarixi ” kitabını yenidən çapa hazırlayır, Bakı və Berlin arxivlərindən topladığı materiallar əsasında yeni kitabların yazılmasını sürətləndirir. Özünü tərbiyə doktoru hesab edən Halil Fikret 1931-ci ildə yaradılmış Türk Kooperatifçilik Kurumu ilə də əlaqələrini genişləndirir , adı kurumun gördüyü işlərdə çəkilir. O, 1934-cü ildə yaradılan “Karınca” adlı dərginin işində fəal iştirak edir. Bu dərgi kooperatif alanında elmi bir başvuru qaynağıdır. Dərgidə çeşıdli elm, fikir və sanat haberlerinə yer verilərək, okuyucular bilgiləyirdi. Halil Fikret 1944-cü il iyunun 12-dən 1945-ci il arpelin 16-dək Türk Kooperatifçilik Kurumunun başkanı olur. (Onun buradakı şəkli çoxllarına məlum deyil.) Halil Fikretin həyatınım bütün mərhələləri diqqətlə araşdırılmalıdır.
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi, AAM-in kafedra müdiri.
Bakı,22.12.2012.
P.S. 21 aralık Dünya Kooperativçilik Kuruluş günüdür.
Comments