top of page

Muallim Yaratıcı Olmalıdır

Öğretmen Eğitiminde Yeni Eğilimler Uluslararası Sempozyumu, 9-11 Mayıs, Hacettepe Universitesi,         Beytepe/ANKARA

Təvazökarlıqdan uzaq olsa da deyəcəyəm:

                    ” Mən Azərbaycan -Türkiyə Pedaqoji Körpüsünü yaradanlardan biriyəm. Bu yolda menim aqide ve meslek dostum Türk gardaşım Haldun Cezayirlioğlu’dur.”

*** Müəllim yaradıcı olmalıdır***

    Eşidəndə ki,bu il mayın 9-da Hacettepe Üniversitesində Öğretmen Eğitimində Yeni UluslararasıSempozyum keçiriləcəkdir, Türkiyəyə-rektorun adına məktub göndərdim,  ona bu elmi məclisdə iştirak etmək fikrində olduğumu bildirdim.Mövzu seçdim, Türkiyə-Azərbaycan egitim dünyasının tarixi ənənələrini əks etdirən yazımı  deyilən ünvana gündərdim.Yazını  Azərbaycan dilindən türk dilinə tərcümə etmədim. Çünki türk oxucularının məni başa düşdüklərini bilirdim. Məncə,türk oxucuları,onlarıın ararıcı görkəmli alimləri məni tanımalıdırlar:Mən artıq üçüncü ildir ki,  dünyanın  türkdilli ölkələrinin dərin hörmətini qazanmış  HALDUN CEZAYİRLİOĞLU Kolleksiyonunda Türkiyə-Azərbaycan Eğitimi  haqqında yazılarımla oxucularla dialoqa çıxıram. Texniki şərtlərə görə Simpoziuma cağrılmadım. Nə isə…Sağlıq olsun.Gələn tədbirlərdən birində görüşmək arsusu ilə simpoziyumun tədbirlərini internet vasitəsilə izləyirəm.

   Hörmətlə,

   Nazim müəllim. 

      Bakı,09.05.2013.

           P.S.  Simpoziuma göndərdiyim Tanıtma Məktubunu  oxuculara ünvanlayıram.


Tədris prosesində  elmi materialların mövzuya uyğun olaraq  təqdimi , eləcə də  müəllimin şəxsi yaradıcılığı mühüm yer tutur. Mən hər bir mövzunun öyrədilməsi prosesində araşdırmalara geniş yer verirəm.Mövzuların öyrədilməsi zamanı Respublika Milli Kitabxanasından, Moskva və Leninqradın (indiki Peterburqun) arxivlərindən topladığım materiallardan istifadə edirəm.Son iki ildə internet vasitəsilə Türkiyə arxiv və kitabxanalarının materiallarına da  istinad  edirəm.  Onların çoxunu Türkiyədəki HALDUN CEZAYİRLİOĞLU KOLLEKSİYONUNDA türkdilli oxuculara çatdırçışam.

  Məlumat üçün bildirirəm ki,AZƏRBAYCANIN ilk dərsliklərinin  bir neçəsı Türkiyədə çap olunmuşdur.( Rəşid bəy Əfəndiyev.-“Uşaq bağçası” 1898;  Rəşid bəy Əfəndiyev.“Bəsirətül-ətfal”-1907.)

  Dərsdə bu materiallardan istifadə tələbə və şagirdlər tərəfindən maraqla qarşılanır.

 1926-1926-cı illərdə Azərbaycan Respublikası Xalq Komissarlığı tərəfindən  Azərbaycanın ali məktəblərində dərs demək üçün bir neçə türk professoru dəvət olunmuşdur. Onlardan İsmayıl Hikmet, Mühitdin Birgen,  Halil Fikret (sonralar Halil Fikret Kanad) və başqaları təlim prosesində öz araştırmaları ilə Azərbaycan   egitimini zənginləşdirmişlər.Onlardan biri Halil FikreT 1926-cı ildə Bakıda 2 cilddən ibarət “Tərbiyə və tədris tarixi” adlı fundamental dərslik çap etdirmişdir. Bu dərslik Türkiyədə 1930-cu illərin əvvəllərində ikinci dəfə nəşr olunmuşdur..Onu da qeyd edək ki, Halil Fikretin 1926-cı ildə Bakıdan Almaniyaya gedəndən sonra  çap etdirdiyi  bir sıra əsərlərinin  bəzi hissələri Bakıda yazılmışdır.Yuxarı siniflərdə dərs prosesində bu materiallardan  istifadə  ənənələri  şagirdlərin elmi təfəkkürünün inkişafına güclü təsir göstərir.

  XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi S.Ə.Şirvaninin yaradıcılığını şagirdlərə öyrədərkən  görkəmli türk şairi Güvahidən paralellər gətitlmək də dərsin səviyyəsini artırır,inteqrasiya imkanlarını genişləndirir.         XIX əsrdə Türkiyədə 3 dəfə MAARİF NAZİRİ olmuş MÜNİF ƏFƏNDİNİN “Ziya” adlı Azərbaycan mətbuatında iştirakına aid elmi araşdırmalarımın mövzu ilə əlaqələndirilməsi də tədris prosesində yaxşı qarşılanır.    Sempoziyumda iştirak və çıxış edəcəyim təqdirdə Azərbaycan və Türkiyə mətbuat  və  pedaqoji əlaqələri haqqında xoş sözlər söyləyə biləcəyəm.

    Nazim Nasreddinov,

  Azərbaycan Respublikasının əməkdar müəllimi,

Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi –Metodiki Şurasının üzvü,

bottom of page