Türkiyədə ən bahalı əski kitablardan biri
Səid Ünsizadə. “Məktəb uşaqlarımız oxumaqdan ötrü sadə türki dilimizdə tərtib olunmuş əqaid bə nəsayih risaleyi-mənzynəsidir”, Tiflis,1882.
XIX əsrin ən görkəmli maatifçilərindən biri Hacı Səid Əfəndi Ünsizadənin bu dərsliyi nəzmlə yazilmışdır. Əsər 98 səhifədir. Hər səhifədə 24 misra var.
Cüt-cüt qafiyələnən şeirdir- məsnəbidir.Üz qabığında əsərin adının altında “nazim və naqili Səid Ünsizadə ” sözləri yazılmış,onun altında isə “Tiflisdə əvvəlimci dəfə FOMİNA küçəsində 11 nömrəli evdə yerləşən”Ziya” mətbəəsində basıldığı” göstərilən tarix əsərin çap olunma tarixi kimi yox, yazılıb tamamlanma , yazılıb qurtarma tarixi kimi aydınlaşır. Səid Ünsizadə əsərin üz qabığında özünü risalənin nazim və naqili kimi təqdim etsə də, əslində bu, böyük yaradıcılıq nümunəsi kimi tanınmalıdır.
Klassik əsərlərin çoxu kimi bu risalə də ənənəvi başlıqla başlayır. Əsərin “Səbəbi -nəzmi -kitab” adlı hissəsində kitabın yazılma səbəbindən danışılır:
Qazan dili (tatar dili-N.N.) iləidi bu məktub,
Əqaid,həm nəsayih,qürbi-məhbub.
Sufi Allahyar təsnif etmişdi.
Əqaidlə nəsayih söyləmişdi.
Onu gördükdə oğlum Əbdürrəhman
Dedi:__Ata, olarmı səndə imkan,
Bizim dilə bunu nəzm eyləyəsən.
Uşaqlara dəxi bəzl ( bağışlama -N.N. ) eyləyəsən
Kİ, məktəbdə oxuyub hifz edələr,
Dürüst yolda olub,doğru gedələr.
Əslində oğlunun xahişi ilə əsər yazmaq klassik ədəbiyyatda ənənə şəklini alan bir üsul idi.Nizami də, Füzuli də bu üsuldan istifadə edərək maraqlı və yadda qalan əsəplər yazmışlar. Hiss olunur ki, S.Ünsizadə yazacağı mövzunun məsuliyyətini dərk etmiş, Şərq ədəbiyyatının təlim və tərbiyə, nəsihətçilik ruhunda olan seçmə nümunələrini diqqətlə oxumuşdur.
S.Ünsizadə əsərin giriş hissəsində XVI əsrin ən böyük türk şairlərindən biri, atalar sözü və məsəlləri mənzum şəkildə əsərlərinə gətirən Güvahinin adını çəkir, onun nəhayətsiz yaradıcılığna öz heyranlığını bildirir:
Bütün dindən dini bala,
GÜVAHİ–həzrəti -vacibü-təala.
Onun ovsafının yox intəası,
Məgər mədh ilə vəsf edə Xudası.
Səlavat olsun ol şaha səd həzaran,
Səlam olsun ona min dəfə hər an.”
Güvahinin ünvanına rəğbət və məhəbbətlə deyilən sözlər heç də səbəbsiz deyildi. O, klassik Şərq ədəbiyyatında “Pəndnamə”si ilə məşhurdur. Bu əsər atalar sözü kitabı kimi də tanınır.S.Ünsizadənin “Əqaid və nəsayih” kitabı ilə Güvahinin əsərləri arasında müəyyən müqayisələr aparmaq olar ki, bunlar da ədəbi əlaqələr baxımından maraqlı görünür.
“Əqaid və nəsayih” əsərindəki şeirlər 100 -dən artıq başlıq altında düzulmüşdür.Şairin əsas məqsədi məktəb yaşlı uşaqlara öyüd-nəsihət , varislik prinsipinə əsaslanan əxlaqi və elmi biliklər vermək, onlarda layiqli vətəndaş üçün lazım olan yüksək səviyyəli təhsilalma vərdişləri formalaşdırmaqdır. Əsərdə Azərbaycan xalq ədəbiyyatından, “Kəlilə və Dimnə”dən ( “Humayunnamə”) qələn işıqlı fikirlər də var.Yeri gəlmişkən qeyd edək ki, 9 avqust 1884- cü il tarixli “Tərcüman” qəzetində Səid Ünsizadə Şirvaninin “Humayunnamə” adlı əsər yazdığı (tərcümə etdiyini ) xəbər verilmişdir. Bu vaxt artıq bir aydan artıq idi ki, “Ziyayi-Qafqasiyyə” qəzeti qapanmışdı. Amma S.Ünsizadə “Ziyayi-Qafqasiyyə”də “Kəlilə və Dimnə”dən tərcümə etdiyi 3 lətaifi sahibi- imtiyazı olduğu “Ziyayi-Qafqasiyyə” qəzetində çap etdirə bilmişdi
S.Ünsizadənin “Əqaid və nəsayih” kitabında verilən bəzi materialların adlarını sadalamaq istəyirəm:”Sifati- səlbiyə bəyani”,”Elm”,”Qüdrət”,”İradə”,Cənnət bə cəhənnəmin əyanı”, “Gözünü haramdan saxlamaq bəyanı”,”Kəlam”, “Kəramət”, “Yaman sözlərdən pəhriz edib şirin zəban olmaq bəyanı”…
Əsərdə süjet xətti olan bir neçə mövzu “HEKAYƏ” adı ılə çap edilmişdir.
“Əqaid və nəsayih “əsəri məktəb yaşlı uşaqlar üçün yazıldığından müəllif mümkün qədər çətin başa düşülə biləcək sözlərdən qaçmış , yeri gəldikcə atalar sözü və məsəlləri mənzum şəkildə işlətmişdir. Əsərin morfologiyası da, sintaksisi də dövrün əksəriyyət tərəfindən qəbul edilmiş və bəyənimiş ədəbi dil normalarına , məktəb və mədrəsə şagirdlərinin öyrəndikləri və vərdiş etdikləri orfoqrfiyaya qaydalarına uyğundur. Dərsliyin leksikasında ərəb mənməli sözlərin nisbəti milli leksika ilə müqayisədə daha çoxdur. Alınma sözlərin çoxu əsrlərin sınağından keçərək milliləşən , əksəriyyət tərəfindən qavranılan, başa düşülən dil vahidləridir.
“Əqaid bə nəsayih ” kitabının üz qabığındakı tarix ( fi 9 mah fevral 1882 – fi 2 mah rəbiülaxir sənə 1299 ) dərsliyin yazılıb qurtarandan sonra senzor komitəsinə verilən tarixdir. Dərsliyin sonuncu- 98-ci səhifəsində onun çap tarixi dəqiq göstərilmişdir: “1300-mci ilin cəmadiyüaxir( ərəb qəməri təqvimində altıncı ayın adı -N.N.)
ayının 13-mcü günündə (fi 1383-9 mah aprel ) Tiflisdə Hacı Səid Əfəndi Ünsizadənin “Ziyayi- Qafqaziyyə” ilə bənam olan mətbəəsində izn olunmaq ilə təb olunubdur. Bu tarix əsərin son iki misrasında da göstərilir:
Qutarıb təb olanda nəzmimiz düz
Buna tarix oldu min üç yüz.
S.Ünsizadənin bir neçə dərsliyinin taleyi hələ də qaranlıq qalır. Yaxşı ki, müəllif özü buna aydınlıq gətirir. Bu cəhətdən onun iri həcmli dərs kitabının –“Təlimül-ətfal, təhzibül – əxlaq” dərsliyinin sonuncu– 128-ci səhifəsindəki qeydlər diqqəti cəlb edir: “Hifzi-səhhət və təhzibül -əxlaqə çalışmaq barəsində hərçənd yazılmağı münasib olan NÖVBƏNÖV HEKAYƏLƏR, və NƏSİHƏTLƏR var isə də, amma uşaqların məzacına siqlət ( ağırlıq, sıxıntı -N.N. ) gətürməməkdən ötrü bu qədəri CƏM və TƏRTİB etmək ilə iktifa ( kifayətlənmə–N.N.) olundu. Bu halda “TƏFHİMÜL–ƏTFAL” ( uşaqlari başa salma ) risaləsi ilə QIZ UŞAQLARININ oxumağına lazım olan ” Vəzaifül-nisa”( Qadınların vəzifələri ) risaləsinin tərtibinə mübaşir olduğumuzdan ümid ki, onlardan sonra ÖZGƏ SƏLİQƏ ilə hekayələrə şamil olan səyaqda əlahiddə bir risalənin dəxi tərtibinə hümmətgüzar olaq. (S,Ünsizadə bu sözləri 1882-ci ilin mart ayının 15-də yazmışdır – N.N.)
* * * * ** * * *
80 illik ömrünün son 15 ilini (1890-1905) İstanbulda yaşayan S.Ünsizadə Münif Paşanin köməyi və qayğısı ilə Türkiyədə maarif sahəsində çalışmıışdır. O, bu illərdə Quranın Azərbaycan dilinə təfsirini yazmışdır. Təəssüf ki, təfsirdən təkcə bir surə bu günümüzə qədər gəlib çıxmışdır.
Hacı Səid Əfəndi Əbdürəhman Əfəndi oğlu Ünsizadə Şirvaninin bütün əsərlərini axtarıb tapmaq və çap etmək həm Azərbaycan , həm də Türkiyə ədəbi və elmi ictimaiyyətini düşündürməlidir.
Nazim Nəsrəddinov,
Türkoloq.
Bakı, 01.10.2011. S. 04:47.
Commentaires