Krım tatarlarının “Millət” qəzetinin (1917-1920) müxbirlərindən biri olan
azərbaycanlı Yusif Vəzirovun (Yusif Vəzir Çəmənzəminlinin) kölgədə qalan yazıları və yaxud
hürufatı və ideyası İstanbuldan gələn qəzetin ilkin təəssüratları
Görkəmli söz ustası Yusif Vəzir Çəmənzəminli (1887-1943) Ukraynada ali təhsil alarkən rus və Azərbaycan dillərində mətbuatda bir sıra yazılarla cıxış etmiş, ədəbiyyat və ictimai fikir tariximizdə özünəməxsus yer tutmuşdur. Bu, bir tərəfdən ədəbi ictimai fəallıq, digər tərəfdən isə kasıb həyat tərzini yaxşılaşdırmaq kimi qiymətləndirilə bilər. Yusif Vəzirov Şuşada rüşdiyyə məktəbini bitirdikdn sonra Bakıya gəlmiş, vaxtilə H.Məlikov-Zərdabinin müəllimlik etdiyi Bakı Real Məktəbinə daxil olmuşdur. O,1909-cu ildə Bakı Real Məktəbini qurtarıb, ali təhsil almaq məqsədilə Peterburqa yola düşür. Lakin son məqamda riyaziyyat fənninin qorxusundan fikrini dəyişir, bir ildən sonra Kiyev Universitetinin hüquq fakültəsinə daxil olur. Müharibə şəraitinə görə bir müddətdən sonra Kiyev Universitetini çəbhə bölgəsindən uzağa -Saratov şəhərinə köçürürlər. Yusif Vəzirov 1915-ci ildə Kiyev Universitetini Saratov şəhərində qurtarır və bu şəhərdə öz ixtisası üzrə işə düzəlir. Saratovdakı ağır həyat tərzinə,əmək haqqının azlığına görə Y.Vəzirov Kiyevə qayıdır.O, burada “Zemstvo” təşkilatına daxil olur və cəbhəyə gedir. Y.Vəzirov bir müddətdən sonra cəbhədən yenidən Kiyevə qayıdır, burada azərbaycanlı gəncləri ətrafına toplayıb, cəmiyyət yaradır. O, Azərbaycan Demokratik Cümhuriyyətinin Ukraynadakı nümayəndəsi təyin olunur. 1918-ci ildə Kiyevdə vətəndaş qarşıdurması yarananda Y.Vəzirov Simferopola köçür və burada Ədliyyə Nazirliyində hüquq məsləhətçisi vəzifəsinə işə düzəlir. Y.Vəzirov 1917-ci il iyunun 27-də tatar dilində nəşr olunmağa başlayan “Millət” qəzetində əməkdaşlığa başlayır. “Millət” qəzetinin biblioqrafik göstəricilərinə əsasən demək olar ki, Y.Vəzirovun burada 30-a yaxın məqaləsi,elmi səciyyəli yazıları, silsilə felyetonları (qəzetin 2-civə 3-cü səhifələrində ictimai-siyasi mövzulara aid yazıları )çap olunmuşdur.
“Millət” qəzeti haqqında qısa arayış.

Millət yolu,həqq yoludur tutduğumuz yol!…”.
Cəfər Seyid Əhmədin “Millətə” yazısı bu cümlə ilə başlayır:” Millət” bu gün millətin həqqini, səadətini müdafiə edə bilmək məqsədilə siyasət dünyasına çığıyor” “Mazidən istiqlalə toğru” yazısının müəllifi Məhəmməd Rüfətovdur. Qəzetin ən fəal müxbirlərindən biri olan Məhəmməd Kirmənçiklinin “Son söz” adlı 10 bəndlik şeiri redaksiyanın xüsusi qeydi ilə verilmişdir:”Bu şeir Ağməsciddə və Bağçasarayda yayılmış tatar milli aqşamlarında şair Cəmil Əfəndi tərəfindən oqulamış və millətin şiddətli alqışlarına məzhər ( təcəssüm-N.N.) olmuşdur”. Qəzetin 3-cü səhifəsində müxtəlif yerlərdən alınmış xəbərlər yerləşdirilmişdir. 4-cü səhifə bütöv şəkildə VƏQFLƏR İDARƏSİNİN RƏİSİ Cəfər Seyid Əhmədin sərlövhəsi rus qrafiksı ilə yazılmış ” ЗАЕМЪ СВОБОДЫ”(Hürriyyət istiqrazı) adlı yazısına həsr edilmişdir.
“Millət” qəzetində bizim üçün ən maraqlı səhifələr Yusif Vəzirovla ilgili olanlardır. Yusif Vəzirovun “Millət”dəki ilk yazısı “Millətə doğru”adı ilə verilmiş silsiləli yazıdır. Silsilənin ilk yazısı 1918-ci il iyunun 6-da (N39), ikncisi iyunun 9-da (N41), dördüncüsü iyunun 12-də( N 44)çap olunmuşdur. Silsilənin 3-cü ləçəyi arxivlərdə hələ ki yoxdur. Yusif Vəzirovun “Ərzaq məsələsi” məqaləsi “Millət” qəzetinin 24 iyun 1918-ci ildəki 54-cü nömrəsində dərc olunmuşdur.Bizə elə gəlir ki, bu məqalə də silsiləli məqalədir.Çox güman ki, qəzetin itib batmış nömrələrində bu yazının digər silsilə halqaları vardır. 31 yaşlı gənc hüquqşünasın “Millət üçün” silsilə yazısı qəzetin üç nömrəsində dərc olunmuşdur(N81,2 avqust, 1918; N83, 5 avqust 1918-ci il; N 84, 6 avqust 1918.-ci il). Yusif Vəzirovun “Millət”dəki məqalələrini bizə məlum olan ardıcıllıqla sadalayırıq. “Böyük hastalik”-N 99, 100,101. “Milli aqşamlar”- N 102,27 avqust 1918-ci il. Bu yazının davamı “Millət “qəzetinin 30 avqust tarixli 105-ci nömrəsində çap olunmuşdur. Yusif Vəzirov “Bakı qurtuldu” adlı yazısını qəzetin 29 avqust 1918-ci il tarixli nömrəsində çap etdirmişdir. Müəllif bu yazısını “Y” imzası ilə çap etdirmişdir. Yusif Vəzirovun “Millət” qəzetinin 3 sentyabr 1918-ci il tarixli 108-ci nömrəsindəki məqaləsi “Hesabat” adlanır. “Azərbaycan və azərbaycanlılar” məqaləsi Yusif Vəzirovun “bəy” titulu ilə dərc etdirdiyi silsilə məqalələrindəndir. “Yusif-bek Vezirov” imzası ilə çap olunan bu silsilə-məqalə 5 hissədən ibarətdir: 1) N 111 (06.09.1918) 2) N 113 (09.09.1918) 3) N 114 (10.091918) 4) N 115 (11.09.1918) 5) N 116 (12.09.1918)
Yusif Vəzirov “Şeir” adlı məqaləsini qəzetin 13.09.1918-ci il tarixli 117-ci nömrəsində çap etdirmişdir. Yusif Vəzirovun “Haq səs” məqaləsi eyni adlı qəzetin nəşrə başlaması ilə ilgilidir.(08.12.1918-ci ilin dekabrında yazılmışdır.(N171, 11.12.1918-ci il; N176, 18.12.1918-ci il ).
1919-cu ilin yanvarında “Millət” qəzetində Yusif Vəzirovun 3 yazısı ilə rastlaşırıq. 1) N 6 – 06.01.1918,- “Əsgər məsələsi” 2) N 7 -07.01.1918- “Rusiya və müttəfiqlər” 3) N 8 09.01.1919- “Ədliyyə müdirliyində islahat”
1918-ci ilin fevralın əvvəllərində Yusif Vəzirov yenə də bəy qüruru ilə əsərlər yazmağa başlayır. O, bu mövzuda yazdığı bütün əsərlərini “Yusif bəy Vəzirov”imzası ilə yazır. 1)Litvaniya tatarları.Felyeton (ictimai mövzu-N.N.)-03.02.1919, N28 2)Litvaniya tatarları ( davamı) 05.02.1919, N29 3)Litvaniya tatarları (davamı) 06.02.1919, N30 4)Litvaniya tatarları (davamı) 07.02.1919, N31 5)Litvaniya tatarları (davamı) 16.02.1919, N 38.
“Millət” qəzetinin 40-ci – (18.02.1919-cu il); 41 ci – ( 19.02.1919-cu il); 42-ci – (20.02.1919-cu il)-nömrələrində də bu mövzu davam etdirilmişdir.
Yusif Vəzirovun “Millət” qəzetindəki sonuncu məqaləsi 1919-cu il fevralın 28-də (N 48) “Y.V” imzası ilə çap etdirdiyi “Peroqor komandanının əmri”dir.
“Millət” qəzeti ilə tanışlıqdan sonra , inanmaq olur ki, qəzetin bütün nömrələrinin diqqətli və elmi təhlili nəticəsində bir sıra maraqlı materiallar üzə çıxacaqdır.
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi, Avropa Azərbaycan Məktəbinin müəllimi, Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının bölmə üzvü, Respublika Prezidentinin Sərancamı ilə keşçirilən ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi, türkoloq.
02.04.2014.
Ədəbiyyat siyahısı
1.”Millət” qəzeti,1917-1920-ci illərə aid nömrələr.
2.Yusif Vəzir Çəmənzəminli.Ə.sərləri, I cild. Bakı,1966. 3.Yusif Vəzir Çəmənzəminli. Müstəqilliyimizi istəyiriksə…Bakı,1994.