top of page

Halil Fikret ve Ovide Decroly Bakü’de



Türkiyəli  tərbiyə doktoru Halil FİKRET  (1892-1974)                                                        və         bilimsel psixologiyanın qurucularından biri Ovide DECROLY(1871-1932)                                                     Bakıda

1923 -26 cı illərdə  Azərbaycan Xalq Maarif Komissarlığının xətti ilə Türkiyədən Bakıya –  yeni  Respublikanın  cümhuriyyət dövründə yaradılmış ali məktəbində, eləcə də digər tədris müəssisələrində işləmək üçün Türkiyədən  Nəriman Nərimanovun  tapşırığı ilə bir neçə türk eğitimçisi dəvət olundu.Onlardan biri də  Almaniyada təhsil almış, Türkiyənin ilk ali təhsilli  psixoloqu, pedaqoqu Halil Fikrət idi . O,   sonralar   ” hər türkün türklüyünü bildirən adı olmalıdır ”  ifkrinə rəvac verən  21 iyun 1934-cü il tarixli  2525 saylı  Türkiyə Soyadı   Kanununun qəbulundan  sonra   KANAD  soyadı ilə tanınmışdır.

Halil Fikret 1892-ci ildə  indi Yunanıstana  aid olan  Serficedə  anadan olmuş,  ilk və orta təhsilini orada aldıqdan sonra -1910-cu ildə Almaniyaya göndərilmiş, Berlin və Leypsiq  universitetlərində   fəlsəfə  üzrə  ali təhsil almışdır. O,1917-cü ildə Leypsiq Universitetində  dünya şöhrətli pedaqoq  İ.H.Pestalaossinin (1746-1827) həyat   və yaradıcılığına aid  elmi əsəri   ilə  doktorluq mərtəbəsinı yüksələrək  Türkiyəyə qayıtmışdır. Bakıda işləyərkən o, hələ yalnız Halil Fikret idi, daha doğrusu , Azərbaycan yazısı ilə  adı və soyadı XƏLİL FİKRƏT  yazılırdı və onu belə də tanıyırdılar.  Mənə elə gəlir ki, Halil Fikret haqqında Avropa arxivlərinin kataloqlarında bu görkəmli pedaqoqa aid materialların az görünməsi elə ən çox bu soyad məsələsi ilə ilgilidir. Halil Fikret  ali məktəbdə dərs deməklə yanaşı , həm də Xalq  Maarif Komissarlığında  məktəbəqədər tərbiyə şöbəsinə müdirlik edirdi. O, Azərbaycan  dilində  məqalələr yazır, ilk böyük kitabını nəşrə hazırlayırdı. Əvvəlki yazılarımın birində  yazmışdım ki,Halil Fikret ilk kitabını hələ 1916-cı ildə   Almaniyada universitet tələbəsi olarkən  öz müəllimi Hans Stumme (1864-1936) ilə  birlikdə  çap etdirmişdir.

“Türkische lesestoffe…” adlanan bu  kitabdakı matetiallar  türk və alman dillərindədir. Kitabın əsas hissələrinin   Halil Fikrət  tərəfindən yazılması heç kəsdə şübhə doğurmur. Halil Fikrət türk dilini kitablardan öyrənməmişdi. Türk dili onun ana dili idi. Kitabdakı “Zurubi-emsallar” ( ata sözləri-N.N.),lətifələr,  “Çanakkaladan bir   türk askerinin mektubu”  başlıqlı, sərlövhəli yazıları  türk oğlu türk yaza bilərdi.  Hans Stumme latın qrafikalı bu kitabın  yazılmasının ideya müəllifi kimi daha önəmli görünür (3).

Kitabin girişinin imzalama tarixi  (yanvar,1916) göstətirir ki, “Türkische Lesestolffe …” yazılma tarixi onun çap tarixindən xeyli əvvələ -1915-ci ilə aiddir. Bu kitab Haldun Cezayiroğlunun çox doğru olaraq göstərdiyi kimi, latın qrafikalı ilk kitablardandır ( 2 ).Yeganə, hələ  həllini   tapmayan  yeganə  məsələ,  bu xəttin  müəllifinin  kimliyidir.

Kitabın çalışmalar və mətnlər olan hissəsində( səh.4-31)  cütrəqəmli səhifələr (4,6,8,10 v. s.) ərəb yazısı, təkrəqəmli səhifələr isə ( 5,7,9,11 və s.) isə xəttatı məlum olmayan müəllifin yazdığı latın qrafikası ilədir.

Halil Fikretin 1916-1923-cü ilədək- Bakıya gələnədək yazdığı yazıları Türkiyədə axtarmaq lazımdır. Heç cür inanmaq olmur ki, o, bu illər ərzində  elmi, elmi-metodoloji yazı yazmasın. Bakıya gələn Halil Fikret  burada , eləcə   də   Azərbaycanın  əyalətlərində  nəşr olunan  əksər qəzet  və jurnallarda  maraqlı yazıları ilə çıxış etmişdir  (2).  “Maarif və mədəniyyət “jurnalının 1923-cü ilə aid bir neçə nömrəsində (N 10,11,12 ) o

nun  “Sənət” başlıqlı silsilə məqalələri çap olunmuşdur. Halil Fikrətin “Yeni məktəb”,”Bilgi”, “Maarif işçısi” və sair mətbu orqanlarındakı məqalələri Türkiyə alimlərinə , məncə,   tanış deyil. Hər halda Türkiyə alimlərinin tədqiqatlarında bu  yazılardan söhbət açılmlr. Onun bu mətbu orqanlarındakı yazılarının bir  neçəsinin adını  məlumat və axtarış və çözələmələrə açar kimi  sadalayırıq:  “Gənc müəllimlərə tövsiyələr”,”Çocuqları tanımağın əhəmiyyəti”,  Gənc nəslin tərbiyəsi nə tələb edir? “, “Hötenin şəxsiyyəti və “Faust” ilhamları”, “Höte və həyatı”, “Faust”, “Öz-özünü idarəsi haqqında bir neçə söz”, “Türkcə tədrisatın vəzifələri”, “Türkcə tədrisatda sərfü nəhv məsələləri”   və  s.(4).

Halil Fikrətin ən maraqlı   Bakı məqalələrindən  biri  Bakıda çap olunan  “Yeni məktəb ” jurnalının  1925- ci ildəki  1-2   qoşa   nömrəli   sayının   117-124-cü  səhifələrində  yerləşdirilən  “Doktor  Deqroli” (“Jean-Ovide Dekroly” və ya  jurnaldakı   yazınının ilk səhifəsində  ərəb qrafikalı yazının içərisindəki kimi – DR DECROLY  kimi oxuya bilərsiniz-N.N.) məqaləsidir (1).  Yazının  “Yeni məktəb” məcmuəsində çap edilməsi heç də təsadüfi deyildi. “Yeni məktəb” Azərbaycan Respublikası   Xalq   Maarif  Komissarlığının orqanı idi.  Jurnala  rəsmən maarif   komissarı    Mustafa   Quliyev (1893-1938 ) redaktorluq  edirdi.  Mustafa Quliyev   jurnalın  ətrafına ciddi, səriştəli, peşəkar  aydınları toplamışdı. Onlardan İsmayıl Hikmət, Halil Fikret,  Taninçi Mühiddin  Birgen  türk ziyalıları idi. Onlar  M.Quliyevin  əqidə və məslək dostlarından idi. “Yeni məktəb”  məcmuəsi haqqında “Azərbaycan məktəbi” jurnalında  bir-iki yazı yazılsa da, bu mətbu orqanın təqqiqi hər iki ölkənin-Türkiyə və Azərbaycanın eğitim tarixi üçün maraqlı materiallar verə bilər  (4

).

  Halil Fikret in   “Yeni məktəb”dəki   “Doktor Decroli”  məqaləsindən hiss  olunur ki, o, elmi oçerkinin qəhrəmanını yaxşı tanıyır.


Dr  Decroli  (1871-1932)  Belçikalı  eğitimçi və psixoloq,  bilimsel psixologiyasının qurucularından biridir. O, 1901-cü ildə  “sapkın çocuklar ”  üçün məktəb açmış,  çoxlarının çəkindiyi, ehtiyat  etdiyi  çətin bir  eğitim fəaliyyətinə başlmışdır. Onun 1907-ci ildə  yaratdığı başqa bir okul isə  zehincə    əngəlli çocuklara xidmət edirdi.    Doğulduğu     RONSE   şəhərindəki məktəblərdən biri 61 yaşında dünyadan köçən  məşhur pedaqoqun -Deqrolinin  adını  daşıyır. Yeri gəlmişkən qeyd  edək ki,  Halil Fikretin Bakı və Şəki mətbuatında, elmi   məcmuələrdə dərc olunan yazılarının bir neçəsi- eğitim  tarixinə, pedaqoji fəaliyyətə aid olan yazıları  , eləcə də   “Doktor  Deqroli ( ” Dr  DECROLY” ) onun  1926-cı ildə  Bakıda  “Azərnəşr”- dövlət nəşriyyatı tərəfindən nəşr olunan  “Tərbiyə  və tədris tarixi” adlı kitabına yerləşdirilmişdir. Maraqlıdır ki,  Halil  Fikret  sonralar “Tədris və tərbiyə tarixi” kitabına daxil etdiyi elmi oçerklərin,  risalələrin hamısını  elmi  və metodiki jurnallarda   yazının başlığından sonra mötəriuzə içərisində   “Tədris və tərbiyə tarixindən bir yapraq”  qeydləri ilə vermişdir.

“Doktor  Deqroli ” ( Dr Decroly” ) məqaləsinin ilk səhifəsinin ətək  yazısında idarənin (redaksiya-N.N.) belə bir qeydi verilmışdir :  *) Bu məqalə ğeyri- təbii çocuqların  tərbiyəyi  xüsusunda  əldə edilən müsbət  təcrübə və nəticələri  göstərdigindən  bunun ilə uğraşanlar  üçün bir  material  sifətilə dərc olunur. Halil Fikret   məqaləsini  “XX əsrin   pedaqoqları arasında  böyük bir əhəmiyyət qazanan  və yaratdığı müəssisə ilə  körk  ( bəlkə də  “kərn”  oxunmalıdır-N.N.) tədris  və körk tərbiyə cəhətindən böyük  müvəffəqiyyətlər qazanaraq, bütün dünyada  ismi  eşidilən  şəxsiyyətlərdən biri 

    Doktor   Deqroli (DR Decroly)dir ” cümləsi ilə başlayır. Məlum olur ki, məşhur pedaqoqun açdığı məktəb Belçikada ermitajdadır. Onun  Birinci Cahan Müharibəsindən əvvəl  açdığı məktəbdə  sağlamlığı normal olan uşaqlar  oxuyurdular.  Bu məktəblə yanaşı , şəhərdə  zehni   cəhətdən əngəlli olan uşaqlar üçün  ( normal olmayan çocuqlara   məxsus)  digər bir məktəb də var  idi. Doktor   Deqroli   hər iki məktəbdə uzun  müddət  çalışmışdır. Halil Fikret   məşhur  pedaqoqun  yaratdığı məktəbi nəzərdə tutaraq,  Fransanın maarif və incəsənət nazirinə- Ferriye istinadən yazır ki, Deqroli  bütün dünya üçün  diqqətəşayan  bir şah əsər  vücudə gətirmişdir. Deqrolinin  yaratdığı uşaq müəssisəsi    ümumi müharibəyə görə müvəqqəti olaraq öz fəaliyyətini dayandırır. Məktəb Birinci Cahan Müharibəsi bitdikdən sonra yenidən fəaliyyətə başlayır.

   Halil Fikrətin  adını çəkdiyi  Ferri haqqında bir çeçə söz demək istəyirəm.

  J.Ferri ,  tam şəkildə  JÜL FRANSUA KAMİL FERRİ (1832-1893) iki dəfə -1880-1881 -ci  və 1883-1885-ci  illərdə Fransanın Baş naziri,  XIX əsrin sonlarında   isə maarif   və incəsənət naziri olmuşdur. Ölümündən  3 il sonra doğma şəhərində – Sen-Due  şəhərində   Jül  Ferrinin  şərəfinə əzəmətli adidə ucaldılmışdır.


Ferrinin  təşəbüsü ilə Fransanın təhsil sistemində,  ələlxüsus  ibtidai təhsildə bir sıra dəyərli  qanunlar qəbul edilimişdir.


   ***Yenidən  Doktor  Deqroliyə  qayıdırıq.

Doktor Deqroli müəssisəni meydana gətirəndən sonra  bir sıra  böyük  şəxslərdən-pedaqoqlardan  ilham alır : Con Devrey, Qrenvill Stenli Holl, Kirx Patriq.

Deqroli  bunları  tədqiq və tətəbbö  (ətraflı öyrənmə-N.N.) etmiş , onların fikirlərinə  istinadən,qüsurlu uşaqlar  üçün xüsusi  metodlar vücudə gətirmişdir.

     Deqroli qeyri – təbii   (zehniyyətcə əngəlli olan  -N.N.)çocukların  yavaş addımlarla  irəlilədikləri  yerlərdə , təbilərin dəxi səri ( sürətlə-N.N.) addımlarını  təsbit etmişdir   (sabitləşdirmişdir-N.N). Yəni  qeyri – təbii çocuklar  bir qabiliyyət məsələsini  müəyyən bir müddət  zərfində  bürüməglə  müvəffəq olurlarsa, eyni məsafənin təbii  çocuklar tərəfindən  səri olaraq qət edilməsi üsullarını  araşdırmışdır. Müvəffəqiyyət o qədər böyükdür ki, ğeyri-təbii çocuklar təbii və normal olan  çocukları keçmişlərdir. Hər kəs buna bir möcüzə  nəzərilə baxırdı.Halbuki möcüzə ,səbr , həlim və nüfuz   nəzərdə idi. Ondan sonra Deqroli  bulduğu  üsulları , təbii   çocuklara  tətbiq etmənin  mümkün olub-olmadığını araşdırır , normal çocukların  məsafəni   daha çapuq qət elədikləri  şübhəsizdir, təcrübə yapılır və əldə edilən təcrübə cəmən xariqüladə   olur. O dərəcədə ki, hər növ çocuklarda , yəni  kərk (istər-N.N.) xəlq  və  kərk digər  təbəqədən olan  çocuklarda   böyük   müvəffəqiyyətlər əldə edildi, zəkaları canlandı , elm və fənni təmamən   qavramaq   meyili oyandı, hətta  həyatın   və ümumi  hərbin  qarşılarına  çıxardığı  məsələləri  həll edəcək qədər  bir elmi səviyyə  meydana gəldi.

Bu məktəbdə qız və erkək  çocuklar  müxtəllətdir (ayrıdır-N.N.) və şikayəti mucəb (zəruri-N.N.) şeyə təsadüf etmək   şöylə dursun ,  müxtələt  tərbiyədən  faidəli  nəticələr  əldə edildi.

  Halil Fikretin məqaləsində Deqrolinin istifadə etdiyi   ƏLAQƏ   və   MARAQ üsulundan danışılarkən   maraqlı fikirlər söylənilir : “Əlaqə   iki   tövrlüdür. Bir qismi   həqiqi və istənilən əlaqədir ki, fəaliyyəti meydana gətirən  və onu təhrik edən  əlaqədir. Bir də (qapris) və zövqdən ibarət  əlaqədir ki, bu əlaqənin fəna qismidir.

Ğayə ,əsridir   (sıxma,basma) və canlıdır.Üç növ ğayə  vardır ki, əsas etibarilə bunlar  bir vəhdət təşkil edirlər  :

    birincisi,bu gün   və   yarın üçün  hər şeydən əvvəl  insan yetişdirmək həyati vəzifələri  və  zərurətləri  inkişaf etdirmək  ğayəsidir; ikincisi, zehni və bədəni fəaliyyətləri  inkişaf etdirmək ğayəsidir.Çocuğun oyun əsnasında psixolojisinin  tədqiqindən  toplanan məlumat  buna əsas olmalıdır”.

Halil Fikrətin “Doqtor Deqroli ( Dr Decroly) ” məqaləsi  pedaqoji    fikir   tarixini, şagird və tələbələrin  fərdi- psixoloji  dünyasını  öyrənmək baxımından bu gün də  maraqlı   və   dəyərli  olan, insanlığa xidmət edən əsərlərdəndir.


Nazim Nəsrəddinov, Azərbaycan Respublikasının əməkdar müəllimi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının  bölmə üzvü, Avropa Azərbaycan Məktəbinin  Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri.

Bakı,

07.07.2013-cü  il.

 İstifadə olunmuş ədəbiyyat


1.  Xəlil Fikrət.                      Doqtor Deqorli. “Yeni məktəb” məcmuəsi,1925,N 1-2, səh.217-224.

2.  N.Nəcəfov,       N.Nəsrəddinov.             “Yeni məktəb” məcmuəsi, “Azərbaycan məktəbi”  jurnalı, 2009,  N 2,  səh.107-113.

3.  Haldun Cezayirlioğlu.     Türkçü,Latin Harflariyle ilk kez 1916 Yılında mı yazıldı? “Haldun Cezayirlioğlu Koleksiyon”. 06 aralık 2011. 

4.  Nazim Nəsrəddinov.      Halil Fikretin Bakı və Şeki yazıları,”HaldunCezayirlioğlu Koleksiyon”. 04 aralık 2011.

Comments


bottom of page