top of page

Dr. Halil Fikret’ten; Türkçe Okuma Parçaları


  Görkəmli türk pedaqoqu, keçən əsrin 20-ci illərindən başlayaraq, əsərlərini “tərbiyə doktoru Xəlil Fikrət”” kimi imzalayan Xəlil Fıikrət(1892-1974 ) və onun yaradıcılığı haqqında elmi araşdırmalar apararkən hər dəfə maraqlı və çox böyük elmi əhəmiyyəti olan faktlarla,dəyərli materiallarla rastlaşanda onları elmi ictimaiyyətlə bölüşməyə tələsirəm. 1916-cı ildə Almaniyanın Leipziq şəhərində çap olunan 31 səhifəlik bir kitabın üz qabığında onun adını dünyanın ən məşhur pedaqoqlqrından biri , alman afrikanşünası və şərqşünası Hans Stumme (1864-1936) ilə yanaşı gördükdə isə ,nədənsə tələsmədim, faktları diqqətlə araşdırmağa başladım. Yox, səhv etməmişdim.Leipziq Universitetinin son kurs tələbəsi oxuduğu ali təhsil ocağının professoru ilə birgə elmi əməkdaşlıq etmişdir. Bəri başdan deyim ki, əsər 1915- ci ilin sonlarında tamamlanmış, 1916 -cı ilin yanvarında Leipziqdəki “Otto Harrassowitz” nəşriyyatı tərəfindən oxuculara çatdırılmışdır.

… Xəlil Fikrət babalarımıza 1923-26-cı illərdə Bakı Dövlət Universitetində psixologiya və pedaqogikadan dərs deyən professoplardandır.Azərbaycan Respublikasının elml- ictimai həyatında əhəmiyyətli yeri olan türk qardaşlarımızdan biridir.Bakıya ali təhsil müəssisələrində işləməyə dəvət edilmiş,Azərbaycan Xalq Maarif Komissarlığında məktəbəqədər tərbiyə şöbəsinin müdirı vəzifəsində işləmişdir. O, Bakıda müxtəlif elmi jurnallarda, respublika və əyalət mətbu orqanlarında maarifçilik məsələlərinə aid onlarla elmi, elmi-metodiki, bədii- publisistik məqalə yazmışdır. Professor, tərbiyə doktoru Xəlil Fikrətin Bakıda S.M.Qənizadə, A.Şaiq, H.Cavid, M.S.Ordubadi, Q.R.Mirzəzadə, M.Mahmudbəyov,Ə.Cəfərov, A.İsrafilbəyov,C.Cəbrayılbəyli , Ə.Haqverdiyev kimi çoxlu əqidə və məslək dostları var idi.

   2 -ci və 3-cü səhifələrdə o vaxtlar türk yazısında işlənən ərəb əlifbasının yazı sistemi, iki və dörd cür yazılan hərflərin yazı nümunələri və ayrı- ayrı səslərin qrafik işarəsi, hərflərin adı (elif,be, re,te,se,ğim,ha,dal,re,ze,sim…..sad,zad,lam,mim,nun, vav,je,lam-elif …, cəmi – 34 ) əyani şəkildə oxucuların diqqətinə çatdırılmışdır.        Müəlliflər oxucuların oxu prosesindəki işini asanlaşdırmaq üçün cüt səhifələrdə( 2, 4, 6, 8 ,10, 12,14,16,18 və s) ərəb əlifbasından,təklərdə isə latın qrafikasından istifadə etmişlər.Ərəb qrafikalı xətlər , şübhəsiz ki, Xəlil Fikrətə məxsusdur).4-cü səhifədə ərəb qrafikası ilə 15 nömrə ilə 150 sözün yazlışı verilmişdir.Burada bir neçə söz təkrar olunmuşdur. (Bunlar texniki səhv kimi başa düşülməlidir ). 5-ci səhifədə həmin sözlər qismən dəyişdirilmiş (perifrazira olunmuş) latın qrafikası ilə yazılmışdır.6-cı səhifədə qafiyə, omonim, paronim,sinonim kimi işlənə bilən sözlər 16 nömrə altında toplanmışdır. 7-ci səhifədə həmin sözlər latın qrafikası ilə təkrarlanmışdır. 8 və 9-cu səhifələrdə də leksik materialların ərəb və latın qrafikalı təqdimatı verilmişdir.

   *Hastanın biri kendisini eyi eden bir doktora der ki, “doktor efendi, beni az zemanda eyi etdiyiniz içün size okadar medyun-i -şükranim ki, yaşadıkce oni bir dürlü ödeyemeyeceyim”. Hekim cevab olarak: “ödeyemeyeyek gibi deyil, efendim; hepsi yüz quruş-dur!” demiş.

   * Bir hasta adam karısına bir gün der ki: “aman, karı, odama , reca edirim, senden başka kimse girmesin, zira hastalığım sari ( yoluxucu-N.N.) və tehlikelidir”.

  * Bir odada yatan iki arkadaş şu yolda bir muhawerede9 (danışıq, söhbət -N.N.) bulunmuşlar:      Birinci arkadaş:yahu,bana bak”–İkinci: “ne var?”      Birinci:uyuyormusun?” –Ikinci: “neden sordun?”      Birinci:” bir para ödünc isteyecekdim!”—İkinci: (yorğanı başına çekerek):”uyuyorum,dostum!” cewabında bulunmuş.

 * Bir deyirmenci eşeyini önünə katmış gider imiş.Yolda köylünün biri buna rast gelüb: “böylə ikiniz nereye gidiyorsunuz?” deyince, degirmenci parmağıyle köylüyü göstererek:”üçümüz içün saman almağa gediyoruz “cevabını vermiş.

   12,14,16 və 18-ciı səhifələrdə ərəb əlifbası ilə yazılmış lətifələrin latın qrafikalı variantı verilmişdir.

   Kitabın 18-23-cü səhifələrində “Türkce şeirlər ” ümumi başlığı altında 1908-ci ildə yazılmış “Ordu marşı”, 10 mani və “Yabanda bulunurum ” adlı 32 misralıq iki hissəli bir şeir verilmişdir.

                                          Ordu marşı

                                     1.Qrdumuz etdi yemin,                                        titredi hak ü zemin,                                        milleti etdi emin,                                        açıldl rah-i-nevin.                                                     ( Nakarat )                                        sancağımız,şanımız,                                        osmanlı ünvanımız,                                        vatan bizim canımız,–                                        feda olsun kanımız!

                                      2. terki-i-aram eylədik,                                          cahd ü ikdam eyledik,                                           neşr-i-meram eyledik,                                           haqle kiyam eyledik.

                                            ( Nakarat )

                                      3.osmanlı ahfadıyız ,(neveleriyik-N.N.)                                          biz vatan evladıyız,                                          milletin efradıyız,                                          hürriyet eşhadıyız.

  “Manilər”dəki 10 şeirin hamısı klassik, ənənəvi bayatıarı xatırladır.Bunların bəzisinin müəllifli bayatı olması şübhəsizdir.Anlaşıqlı olmaq üçün bir neçəsini nümunə göstəririk:                                       Bağa gitdim nar içün,                                       gül kopardım yar içün,                                       analar kız doğurmuş,                                       deli-kanlılar içün

                                               ***                                        sabahdan sen kalkarsın,                                        mektebə sen gidersin,                                        meramın mekteb deyil:                                       sen çapkınlık edersin!                                                 ***                                         hey, gözəl kız, gelmezler,                                        seni bana vermezler;                                         eyil, bir yol öpeyim,                                        karanlık-dır, görmezler!

    İki hissədə–1 və 2 nömrə ilə verilmiş “Yabanda bulunurum” şeirində “Memleketimdən uzağım, yabanda bulunurum” misraları 32 misralıq bu əsərdə 3 dəfə təkrar olunur. Şeir türk ədəbiyyatında “Qürbət türkiləri” adı ilə tanınan janrın ən gözəl nümunələrindən biri kimi qiymətləndirilə bilər:                                      Ah ,o kızıl güllerinin                                      kokusu bana esse,                                      ah, beyaz camilerinin                                      buhuru (ətri- N.N. ) bana gelse!                                      lakin buraya gelemez                                      senden ol şirin koku,                                      zira denizlere sürer                                      ruzgarların ordusu.

    Əsərin 24-cü səhifəsində gənc bir çocuğun dilindən söylənilən “Tərbiyəli bir qitə” adlı həyat proqramı–manifest səpkili maraqlı bir yazı yerləşdirilmişdir. Ərəb əlifbalı səhifədə başlıq göstərilməsə də , 25-ci səhifədə –latın qrafikalı variantda bu, aydın yazılmışdır.” Tərbiyəli bir qitə”nin müəllifi əsl adı Ömər olan, “Tərcümani-həqiqət”, “Səadət”, “Bakıt” qəzetlərində müxbirlik,Qalatasaray Liseyində və “Məktəb-i-hüquq”da ədəbiyyat müəllimi işləyən, türk ədəbiyyatında Müəllim Naci (1850-1893) kimi tanınan söz ustasıdır. Şair Müəllim Naci “Ateşpare”,”Şerare”,”Füruzan” və sair şeir kitablarının müəllifidir. O, ərəb,fars və frasız dillərindən çoxlu tərcümələr etmişdir.Ölümündən sonra “Yadigar-i-Naci” kitabı çap edilmişdir. Onun “Ömərin çocuqluğu” kitabı avtobioqrafik səciyyə daşıyır. Kitabda Ömərin çocuqluq həyatının ağrıl- acılıı səkkiz ili öz əksini tapmışdır.     Haqqında geniş söhbət açılan kitabdakı “Tərbiyəli bir qitə” “Ön söz”də yazıldığına görə Müəllim Nacinin “Təlimlül-qiraət” (oxu təlimi-N.N.) əsərindəndir. “Oxu təlimi ” kitabınıın Türkiyədə necə təbliğ olunmasını öyrənmək çox maraqlı görünür.     “Tərbiyəli bir qitə”nin mütaliəsi elmə, təhsilə, ətraf mühitin öyrənilməsinə can atan çocuğun işıqlı fikirləri kimi çox maraqlıdır: “Derslerimi dıkkatla okursam, hatırımda kalır,unutmam. Okuduklarımı belledikce fikrim açılır, gitddikceməlumatım artar.Tenbel, itaetsiz olan çocuklar hiç bir şey öyrenemezler,cahil kalırlar. Ben oyle tenbel, itaetsiz çocuqlardan deyilim.Ben çalışacağım,öyreneceyim, cahil kalmayacağım”.

     Əsərinin sonuncu materialı 27-31-ci səhifələrində çap olunan “Çanak-kaladan bir türk askerinin mektubu”dur. Bu, epistolyar üslubda yazılmış, dünya ədəbiyyatında, bəlkə də, analoqu olmayan bədii nəsr nümunəsidir. Məktub Birinci Cahan müharibəsində Çanaqqala uğrunda ölüm-dirim vuruşunda Vətənin müstəqilliyi uğrunda mübarizə aparan Mustafa adlı bir gəncin 18 kanun evvəl 1915-ci ildə Anafortadan anasına yazdığı təsirli bir məktubdur. Burada müharibə səhnələrinin bir sıra dəhşətli məqamlarından söz açılır. Məktubda anasının, karısının, oğlu Osmanın həyatı naminə özünü fəda eməyə hazır olan, ölümü gözləri ilə görən, yağı düşmənin ağır zərbəsini dadan, hələ həyatdan doymayan vətən əsgərinin düşmənlə barışmazlığı,ölümü ilə yaxınlarını ağladacaq və ağrıdacaq məqamlar göz önünə gətirilir. Mustafa onunla bir cəbhədə işğalçı düşmənə qarşı vuruşan , dostluqda sədaqətli və dəyanətli olan bir alman əsgərinin təmənnasız köməyi ilə sağ qalır.     Gənc türk əskəri Mıstafanın harayı, müharibələrə dərin nifrəti əsərdə ustalıqla qələmə alınmışdır.     İstanbul xəstəxanasında müalicədən sonra yenidən cəbhəyə gedəcəyini qəti qərara alan Mustafa anasına məktubunu bu sözlərlə qurtarir: “Şayəd ileride şehid olursam, karımı, oğlum Osmanı ve seni Allaha emanet ediyorum.Benim içün hiç ğam yemeyiniz. Vatanımızı,milletimizi və dinimizi kurtarmak içün burada şan və namus meydanında düşmenle çarpışmak ve icab ederse (lazım gələrsə N.N. ),ölmek sen da bilirsin ki, bizim içün en mukaddes bir vazifedir. Ve Allah-i-təala bunu bize Kuran-i-kerimde bir çok defa emr eylemişdir.Bu defalık senin ellerinden ve karımım,oğlumun da gözlerinden öperim, sevgili anacığım!                                                                        Oğlun Mustafa”. Anaya müraciətlə başlayan məktub Məhəmməd Peyğəmbərin müqəddəs adlarından biri ilə qurtarır.

       Nazim Nəsrəddinov,

   ”    Azərbaycan Respublikasının əməkdar müəllimi,        Təhsil Nazirliyinin Elmi- Metodiki Şurasının bölmə üzvü

        Bakı, 20.11.2011. s.23:53.

         P.S.Yazını hazırlayarkən texniki cəhətdən mənə kömək etdikləri üçün psixolq Zöhrə müəlliməyə, ingilis dili müəllimi Aysel müəlliməyə, ixtisasca riyaziyyatçı olan Rəhim müəllimə öz dərin təşəkkürlərimi bildirirəm.Sağ olsunlar,var olsunlar.”

(*)  Nazim Nasreddinov, “Türkische Lesestoffe” adlı kitabı yazısında “Türkiye Almanağı ” ve ” Türkiye Antologiyası” olarak  tercüme etmektedir.H.C

bottom of page