Bakıdan göndərilən məktub
*** Halil Fikretin Bakı və Şəki yazıları ***
Mən Halil Fikrətin adını eşidib, onu çox axtarmışam. Yalan olmasın düz iki il.Sən demə,türk əlifbasında “x” hərfi olmadığına görə onu internet səhifələrində HALİL FİKRET KANAT kimi axtarmaq lazım imiş.
Adını ilk dəfə pedaqoji mətbuat tarixinə aid silsilə yazılar hazırlayarkən 1920-ci illərin Azərbaycan və Türkiyə mətbuatında görmüşdüm.
Halil Fikret .Bakıda ali məktəblərdə dərs deyən vaxt Azərbaycanın ,demək olar ki,bütün mətbuat orqanlarında– əyalət mətbuatında da, paytaxt mətbu orqanlarında da fəal iştirak etmiş,onlarla yazı, 1926-cı ildə isə Bakıda “Azərnəşrdə”– dövlət nəşriyyatında təlim və tərbiyəyə aid təxminən 600 səhifəlik iki cilddən ibarət olan sanballı bir kitab çap etdirmişdir.
Halil Fikret Bakıya xüsusi dəvətlə gəlmişdi .Onu türk dünyasının ilk psixologiya doktoru kimi yeni yaradılmış , lakin hələ pedaqoji kadrlara tələbatı olab Bakı Dövlət Universitetinə işləməyə dəvət etmişdilər. O, Bakıda 1923-1926-cı illərdə işləmişdir.Gənc respublikaya həm metodist alim, həm Türkiyənin ilk psixologiya doktoru, həm də mətbuat yazarı və təşkilatçısı kimi geniş fəaliyyət göstərirdi.
Halil Fikret Azərbaycan Cümhuriyyyəti Xalq Maarif Komissarlığında şöbə müdiri işləyirdi, sözün əsl mənaında bu yolda özünü oda-közə atır, yeni düşüncə tərzi ilə təhcil və tərbiyə aid əsərlər yazır, yenə də sözün əsl mənasında, tarixləri çalıb- çatırdı–işləyirdi. Halil Fikrət Bakıya KANATSIZ gəlmişdi: biz onun “Kanat ” takma adını 1934-cü ildə qəbul etdiyi qənaətindəyik.
Azərbaycan Cümhuriyyəti Xalq Maarif Komissarlığının xətti ilə Halil Fikrətlə yanaşı, Bakıya daha bir neçə alim- İsmayıl Hikmət ,Mühitdin Birgin və başqaları dəvət olunmuş,onlar 3 il ərzində Azərbaycan təhsil sisteminin inkişafına ciddi qayğı və sayğılar göstərmişlər.
Halil Fikrətin Bakı mətbuatında ilk sanballı yazıları, ilk nömrəsi 1923-cü il yanvarın 28-də çıxan “Maarif və mədəniyyət” jurnalında işıq üzü görmüşdür. Bu jurnal 30,5 x 23 sm ölçüsündə, 36 səhifədən ibarət idi. ( jurnal indi “Azərbaycan” adı ilə çıxır).
Halil Fikrət jurnalın aparıcı əməkdaşlarıdan idi. Bu jurnalın İlk redaktoru görkəmli ədib və maarif xadimi Tağı Şahbazi (Simirq)idi. Əslində jurnalın əsas ağırlığı Mühitdin bəy, Halil Fikrət və İsmayıl Hikmətin üstünə düşürdü. Təkcə bu faktı deyək ki, 1923 -cü ildə “Maarif və mədəniyyət”lurnalında H.Fikrətin “Sənət ” rubrikasında 3 məqaləsi çap olunmuşdur. (Bax: 1923, N10, səh.20-23; N11,səh.27-29; N12, səh. 32-36.)
Halil Fikət 1926-cı ildə “İnqilqab və mədəniyyət” jurnalının 3 nömrəsində Göte və onun “Faust” əsəri haqqında bir neçə məqalə çap etdirmişdir. Bu yazılar 1929-cu ildə İstanbulda çap olunan “Göte” kitabının , eləcə də sayın Haldun Cəzayirlioğlunun haqqında bəhs etdiyi,1940-cı ildə Ankarada Rəcəp Ulusoğlunun Basım evində çap edilən 104 səhifəlik “Göte və Faust” əsərinin ilk variantı sayıla bilər. Hər halda araşdırmalar aparılmalı, üqayisələr edilməlidir.
Halil Fikrət “İnqilab və mədəniyyət” jurnalında çap etdirdiyi 4 səhifəlik materialda Götenin həyatı geniş şəkildə işıqlandırılmışdır. Yazının həcmi haqqında təsvvür yaratmaq üçün hər səhifədə 32 sətirlik materialın olduğunu qeyd etmək lazım gəlir.
Məqalədə Göte Şillerlə müqayisədə təqdim olunur: ” On səkkizinci əsrin məşhur ədibləri arasında Göte və Şillerin ismini bilməyən yoxdur. Bu iki şəxsiyyət yalnız on səkkizinci əsrin deyil, bu günə qədər yetişən ədiblərin dəxi ən parlaq simalarındandır”.
Müəllif
コメント