Azərbaycan Milli Mətbuatın 140 illiyi
Azərbaycanın türkdilli ilk mətbuat nümunələri
22 iyul 1875-ci ildə (hicri qəməri tarixi ilə 1292-ci il rəcəbülmürəccəb ayının 8-də) Bakıda Badkubə Gimnaziyasının Moskva Universitetini bitirmiş müəllimi Həsən Məlikzadə Zərdabinin rəhbərliyi ilə Azərbaycan dilində “Əkinçi “adlı iki həftəlik qəzet (ayda 2 nömrəsi çıxaq şərtilə) nəşrə edilir. Azərbaycan milli mətbuatının tarixi məhz bu vaxtdan başlayır.
“Əkinçi” qəzeti

“Əkinçi” nədən yazırdı və necə yazırdı? Qəzetin 1875-ci ildə çıxan ilk mömrəsi bütövlükdə Həsən Məlikovun öz əsəri idi. Döğrudur, o,qəzetin çapından xeyli əvvəl tanıdığı və qələminə,dərrakəsinə inandığı dost-tanışlarına elannamıələr göndərmiş, onları əməkdaşlığa dəvət etmişdi.Lakin birinci nömrədə heç bir müxbir yazısı yox idi .”Əkinçi”nin ilk nömrəsi bir rusdilli jurnalistin ana dilində yüksək səviyyəli çıxışı idi.Bu, ana dilimizin yazılı təntənəsi idi. Yazı dili barədə müəllimi M.F.Axundovun tənqidi qeydlərindən nəticə çıxaran H.Məlikov çevik sintaksisi, üslubi gözəlliyi olan dil ilə mətbuat səhnəsinə atılmışdı.H.Məlikov Zərdabi alınma sözləri məharətlə oxuculara başa salırdı.
O,hamı tərəfindən fərqinə varmadan işlədilən sözləri mənalandıra bilirdi. Çox təəssüf ki,H.Zərdabinin publisistik dili haqqında hörmətli müəllimimiz Ə.Orucovun 1947-ci ildəki tədqiqatından sonra hələ də lazımınca incələnməyib,tədqiq edilməyib.”Əkinçi”nin leksikası,tezlik lüğəti hazırlanıb,xalqın istifadəsinə verilməlidir. “Əkinçi”nin morfologiya və sintaksisində öyrəniləsi nəsnələtr çoxdur. Biz bu gün SOS siqnalını bərkdən və ucadan səsləndirməliyik.İndiki şagird və müəllimlərimizin çoxu Azərbaycan dilində pis danışır.Adi məişət sözləri unudulub,frazeoloji birləşmələri loru söz hesab edənlərin sayı çıxalıb, şagirdlər ələklə xəlbiri fərqləndirə bilmirlər,alçaya gavalı,gavalıya alça deyirlər.Bunları və bu kimi materialları bilən,oyrədən və öyrətməyə qadir olan müəllimləri isə FƏXRİ TƏQAÜDƏ göndərirlər.
İndi bizim qəzetlərdə “Əkinçi” qəzetinə Nəcəf bəy Vəzirovun Moskvadan göndərdiyi (“Əkinçi”,N 21; 06.11.1876-cı il ) məktublar kimi məktub yoxdur.(Mən bu məktub haqqında ayrıca bir yazı çap etdirmişəm-N.N.). N.Vəzirov Moskvadan Bakıya göndərdiyi məktubunda haray çəkirdi,qışqırırdı,kar qulaqları açmaq istəyirdi:” …kitab və müəllimlərdən bir neçə kəlmə danışaq.Biz(im) məktəbxanada oxunan Leyli-Məcnun, Hafiz və qeyrə uşaq kitabı deyil.Onları ki böyük oxuyanda cuşa gəlir,uşaq başına nə kül töksün onları oxuyub eşqbaz,cürəkeş və bir də bizi oxudanda məhz oxuyub yazmağı öyrədirlər və dəxi səy edən yoxdur ki, bir xeyri olan şey də öyrətsin.Məsələn , Məcnun elədiyi qələti oxudunca elmi-coğrafiya kitabı oxusaq, həm yazıb oxumağı öyrənnik,həm dünya üzündə olan vilayətlərdən xəbərdar olarıq”. Əkinçidə rus və Avropa qəzet və jurnallarından elə materiallar seçilib,tərcümə olunurdu ki, bunların dil öyrənməkdə çox böyük əhəmiyyəti diqqəti cəlb edirdi. “Əkinçi” dilimizin ensiklopediyasıdır. “Əkinçi” hər ailənıin stolüstü kitabı olmalıdır. Məndə “Əkinçi”nin nömrələr toplusundan ikisi var.Təəssüflənirəm ki,onlardan birini şagirdlərimdən biri özü oxumauıb, mənə bağışlayıb. Gəlin uşaqlarımızı elə tərbiyə edək ki,onlar “Əkinçi”ni ana dili kitabı kimi dəyərləndirsinlər.
***
Əqidə və məslək dostlarının üçü haqqında düşüncələr…

Çox təəssüf ki, hələ də “Əkinçi”dən sonra fəaliyyətə başlayan “Ziya” (“Ziyayi-Qafqasiyyə”) (1879-1884), “Kəşkül “(1883-1891) kimi mətbuat orqanlarının yaradıcıları Ünsizadə qardaşlarının-Səid Əfəndi Ünsizadənin (1825-1905) və onun kiçik qardaşı Cəlaləddin Əfəndi Ünsizadənin foto şəkillərini hələ də tapılıb üzə çıxarılmayıb.Onların Tiflisdən İstanbula köçdükləri, burada Şirvanlılar məhəlləsində yaşadıqları güman edilsə də, bu istiqamətdə iş aparmaq lazımlı görünür. Ünsizadələr nəslinin İstanbuldakı qohum-əqrəbaları ilə əlaqə saxlamaq ictimai – fikir tariximizin öyrənilməsində bir çox nəsnələri meydana çıxara bilər. Azərbaycanda da Ünsizadələrin bəzi qohum-əqrəbaları var.Yenə də, çox təəssüf ki,onlarda hələ də sovet qorxusu olduğundan elm üçün, mətbuat tariximiz üçün gərəkli çağırışlara cavab vermirlər.Güman edirlər ki, birdən bu axtarışların düşər-düşməzi olar. Ünsizadələr nəslindən Rəşid müəllim ( bəlkə də onun oğlu-N.N.) 1970-ci illərdə Göyçayda icra hakimiyyətində işləyib.Ünsizadələrdən biri -Cingiz hərbi həkim idi. Biri Kasparda təchizat şöbəsində işləyirdi.Ünsizadələrin bir qohumu-Elmira xanım Mustafayeva(Ağsunun Növcü kəndində doğulmuşdur) Respublika Mərkəzi Xəstəxanasının köhnə univermağın yanındakı poliklinikasında müalicə həkimi işləyirdi.Ünsizadələrdən biri Bakının abtomobil təsərrüfatlarının birində dəmirçi işləyirdi.Mən onun adını ƏMƏK BETERANI döş nişanı alanların siyahısında görmüşdüm. Təəssüf ki,əlaqə saxlaya bilmədim. Əvvəllər Rabitə Nazirliyi,səhv etmirəmsə, hər il Bakı şəhərində yaşayan telefon abonentçilərinin soraq kitabçalarını çqp edirdi.Sonralar bu nəşr, deyəsən, kiməsə sərf eləmədi, nəşrin çapı dayandırıldı. Amma,təbii ki,Rabitə və İnformasiya Nazirliyində telefon abonentçilərinin siyahısı var. Həmin siyahıdan Ünsizadələrin izinə düşmək olar.Mən onlardan birini tapmışdım.
Amma telefona həmişə yaşlı bir qadın cavab verirdi,o da mənim tədqiqatçılıq məramımı başa düşmürdü. Ünsizadələri tapıb,onların ailə arxivlərində mətbuat tariximizə aid materialları öyrənmək lazımdır.Bu il Səid Ünsizadənin (1825-1905)yubiley ilidir.Onun 190 yaşı tamam olur.Bu tarix dövlət səviyyəsində qeyd edilməlidir.

Bu da bir qab-hind qozunun qabı- ” KƏŞKÜL ”

“Kəşkül” jurnalının ilk nömrəsinin ( Senzura idarəsinin jurnalın çap edilməsinə verilən icazə tarixi – 31 yanvar 1883-cü il ) sonuncu səhifəsi
Qeyd.
Həmişə haray çəkirdilər ki,bəs “Kəşkül”ün ilk nömrəsi hələ tapılmayıb. İlk nömrə haqqında danışanda “Ziyayi-Qafqasiyyə “qəzetində verilən məlumatlara əsaslanırdılar. Sovetlər dağıldı, “Kəşkül” jurnalının ilk 3 nəmrəsi tapıldı. Bu cümlədən nə fikirləşirsinizsə, fikirləşin.Öz işinizdir.Amma,mənə elə gəlir ki,bu nömrələrin üzə çıxarılması kiməsə sərf etmirmiş. “Kəşkül”ün bu nömrələrinin foto surətlərini tələm-tələsik M.F.Axundov adına Azərbaycan Mərkəzi Dövlət Kitabxanasına vermişdilər (indi nədənsə, bu kitabxananın oxucu biletlərinin üstündə M.F.Axundovun adı və soyadı yoxdur-N.N.).Fotolar yaxşı çap olunmadığından, onlar toto toplusuna tərsinə tikildiyindən bu materialları oxumaq çətinlik törədirdi.Nömrərərin orijinalını onu kitabxanaya təhvil verəndən alıb,oxumaq istədim Neçə adamı minnətçi salsam da,… müəllimin mənzilinin təmiri qurtarmadı ki,qurtarmadı( əlbəttə ki, təmir olunan mənzilin vəziyyətini başa düşmək çətin deyil).
Yeri gəlmişkən bir məsələni yenə də yada salmaq istəyirəm.Orta məktəbin tarix kitabında (Azərbaycan taruxi,X sinif ) “Kəşkül”ün ilk nömrəsinin 1880-ci ildə çap olunduğu göstərilir.Yaxşı ki, ali məktəbə tarix fənni üzrə qəbul imtahanları proqramında hələ ki mətbuatla bağlı sual yoxdur. “Kəşkül”ün 11 nömrəsi jurnal formasında ayda bir dəfə çap olunub. Jurnalın üz qabığında onun proqramı oxuculara bəyan edilir: “Ədəbiyyat və siyasiyyatdan bəhs edən TÜRKİ və FARSİ və ƏRƏBİ məqalatı (mövzuları-N.N. ) dərc edir”. Jurnalın ilk nömrəsinin ( 31 yanvar 1883-cü il, N 1) sonuncu – 28-ci səhifəsində rusca verilmiş tanınma səhifəsində də bu fikir təsdiq olunur: ” КЕШКУЛЪ – ЕЖЕМЕСЯЧНЫЙ ЛИТЕРАТУРНЫЙ и ПОЛИТИЧЕСКИЙ ЖУРНАЛЪ НА ТАТАРСКОМЪ и ПЕРСИДСКОМЪ и АРАБСКОМ ЯЗЫКАХЪ”. “Kəşkül” sonralar -1884-cü ilin martından ayda iki dəfə -15 gündən bir qəzet kimi nəşr olunmuşdur. Onun sonuncu nömrəsi 1891-ci ilin oktyabrında çıxmışdır.
Mənfəətdən xali olmadığı üçün Kəşkülün birinci nömrəsində çap olunmuş yazıların adlarını sadalayırıq:
1.Mənzum dua 2.”Kəşkül”ün müqəddiməsi 3.Mətbu sözün mahiyyəti 4.A.Bakıxanovun “Nəsihətlər”i 5.1877-ci ildə Dağıstanda baş vermiş iğtişaşlar 6.Ordan-burdan (Cмесъ-qarışıq,hər nəsnədən bir az-N.N. )
7.Əlifba məsələsi (Ərəb əlifbası haqqında)
Bir xan haqqında
9.S.Atamalıbəyovun hekayəsi (məktubu) 10.Rusiya və İngiltərə Orta Asiyada 11.Tehranın “İttila” (“Xəbər”-N.N.)qəzetəsi 12.Elanlar
***
Babamın kitabı – “MOLLA NƏSRƏDDİN”

Hər nömrəsinin satış qiyməti qəpik-quruş – cəmi 12 qəpik olan, amma dövrünün ən qiymətli nəşrlərindən biri kimi dəyərləndirilən “Molla Nəsrəddin” jurnalının saylarından birinin üz qabığı.Karikaturanın müəllifi Oskar Şmerlinqdir.
“Molla Nəsrəddin”in istənilən karikaturası jurnalın yaradıcı heyətinin məqsəd və məramı haqqında zəngin məlumatlarla doludur.
Nazim Nəsrəddinov,
Azərvaycan Respublikasının əməkdar müəllimi, Avropa Azərbaycan Məktəbinin (EAS) Azərbaycan dili və ədəbiyyatı müəllimi, Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının bölmə üzvü, Respublika Prezidentinin Sərəıncamı ilə keçirilən ƏN YAXŞI MÜƏLLİM MÜSABİQƏSİNİN QALİBİ, Respublika Prezidentinin aylıq təqaüdçüsü.
Bakı,22 iyul 2015-ci il.