Azarbeycan Milli Matbuatı’nın 140’ncı Yılı

Azərbaycan Milli Mətbuatın 140 illiyi

Azərbaycanın  türkdilli ilk mətbuat nümunələri
 

22 iyul 1875-ci ildə (hicri qəməri tarixi ilə 1292-ci il rəcəbülmürəccəb ayının  8-də) Bakıda  Badkubə Gimnaziyasının  Moskva Universitetini bitirmiş müəllimi Həsən Məlikzadə Zərdabinin rəhbərliyi ilə  Azərbaycan dilində “Əkinçi “adlı  iki həftəlik  qəzet (ayda 2 nömrəsi çıxaq şərtilə) nəşrə edilir.
Azərbaycan milli mətbuatının tarixi məhz bu vaxtdan başlayır.

“Əkinçi” qəzeti
nazim ekinci 57 nömrəsi hazırlansa da,onlardan yalnız 56-sı oxucularına çatıb. 57-ci nömrənin çapını elə cap   prosesində müəyyən şərtlərlə
dayandırıblar. Azərbaycan dilini yaxşı bilən sası dinli mürəttib nömrədə dövlət siyasətinə zidd materialın getdiyini xəbər verdiyi üçün məsələni araşdırmağa başlayıblar.Həsən Məlikov Zərdabi (o,özünə “bəy” demirdi. Şamaxı məktəbində oxuyanda da, Bakı Gimnaziyasında və sonralar Bakı Real Məktəbində işləyəndə də sənədlərdə Həsən Məlikov kimi tanınırdı.”Əkinçi”də özünü Həsən Məlikzadə kimi tanıdırdı).
Sovet dönəmində Mətbuat Günü  mayın 5-də keşirilirdi.Bu gün 1912-ci ildə  “Pravda” qəzetinin ilk nömrəsinin çıxdığı gün idi. Pravda -həqiqət deməkdir. Doğrudur rus “Pravda”sından əvvəl Azərbaycanın özünün “Həqiqət”i var idi.  Üzeyir Hacıbəyovun  1909-cu il dekabrın 25-də Bakıda nəşrinə başladığı qəzetin də adı “Həqiqət” idi. 4 səhifəlik bu qəzetin ilk 6 nömrəsini Ü.Hacıbəyov, 1910-cu ildə çıxan 150 nömrəsini isə Ə.Kamal redaktə etmişdir.
Sən demə,bayram etmək üçün bizə “HƏQİQƏT”  yox, ” PRAVDA ” lazım imiş.
Nə isə…
Həsən Məlikov adi müüəllimlərdən deyildi.O, elə bir məktəbdə işləyirdi ki,şəriət müəllimindən başqa , bütün müəllimlər Avropanın nüfuzlu ali təhsil ocaqlarını bitirmişdilər. Bu məktəbin müəllimləri haqqında Həsən  Məlikovun lənkəranlı rus şagirdlərindən biri,sonralar metallurgiya üzrə akademik olan Sosialist Əməyi Qəhrəmanı M.A.Pavlovun “Воспоминания металлурга”   (Metallurqun xatirələri) kitabında( Moskva,1946) maraqlı qeydləri var. Ən maraqlısı budur ki, burada Həsən Məlikov hamıdan yaxşı müəllim kimi hörmətlə anılıb.
Həsən Məlikov  qəzetçilik  fəaliyyətinə  başlayanda maddi bazası yox idi.Amma Bakı qubernatoru  D.S.Staroselski ona kömək etdi.Quberniya mətbəəsində “Əkinçi”yə yer ayırdılar,bir neçə dəfə qəzetə pul yardımı verildi.Bu qayğı hər şeydən əvvəl H.Məlikovun cəmiyyətdə tutduğu mövqe ilə ilgili idi.Həsən Məlikov seçilirdi,sayılırdı,ona inanırdılar.1877-ci il oktyabrın 7-də-bizə məlum olan sonuncu nömrəsinin çapından 7 gün sonra   “Əkinçi”nin fəaliyyəti dayandırılanda D.S.Staroselski  artıq Bakıda deyildı;onun vəzifəsi böyüdülmüş,onu  Tiflisdə daha məsul vəzifəyə təyin etmişdilər.
Maraqlı bir faktı da  qeyd edək ki,1877-ci ildə nəşri dayandırılan “Əkinçi” 2 il dövlət sənədlərində fəaliyyətdə olan qəzet kimi tanıdılırdı.Deyilən şərtlərlə razılaşacağı təqdirdə, “Əkinçi” öz nəşrini davam etdirə bilərdi.

“Əkinçi” nədən yazırdı və necə yazırdı? Qəzetin 1875-ci ildə çıxan ilk mömrəsi bütövlükdə  Həsən Məlikovun öz əsəri idi. Döğrudur, o,qəzetin çapından xeyli əvvəl tanıdığı və qələminə,dərrakəsinə inandığı dost-tanışlarına elannamıələr göndərmiş, onları əməkdaşlığa dəvət etmişdi.Lakin birinci nömrədə heç bir müxbir yazısı yox idi .”Əkinçi”nin ilk nömrəsi bir  rusdilli jurnalistin ana dilində yüksək səviyyəli çıxışı idi.Bu, ana dilimizin yazılı təntənəsi idi. Yazı dili barədə müəllimi M.F.Axundovun tənqidi qeydlərindən nəticə çıxaran H.Məlikov çevik sintaksisi, üslubi gözəlliyi olan dil ilə mətbuat səhnəsinə atılmışdı.H.Məlikov Zərdabi alınma sözləri məharətlə oxuculara başa salırdı.

O,hamı tərəfindən fərqinə varmadan işlədilən sözləri mənalandıra bilirdi.
Çox təəssüf ki,H.Zərdabinin publisistik dili  haqqında   hörmətli müəllimimiz Ə.Orucovun 1947-ci ildəki tədqiqatından sonra  hələ də  lazımınca incələnməyib,tədqiq edilməyib.”Əkinçi”nin leksikası,tezlik lüğəti hazırlanıb,xalqın istifadəsinə verilməlidir.  “Əkinçi”nin morfologiya və sintaksisində öyrəniləsi nəsnələtr çoxdur.
Biz bu gün SOS siqnalını bərkdən və ucadan səsləndirməliyik.İndiki  şagird və müəllimlərimizin çoxu Azərbaycan dilində pis danışır.Adi məişət sözləri unudulub,frazeoloji birləşmələri loru söz hesab edənlərin sayı çıxalıb, şagirdlər ələklə xəlbiri  fərqləndirə bilmirlər,alçaya gavalı,gavalıya alça deyirlər.Bunları  və  bu kimi materialları bilən,oyrədən və öyrətməyə  qadir olan müəllimləri isə  FƏXRİ TƏQAÜDƏ göndərirlər.

İndi bizim qəzetlərdə “Əkinçi” qəzetinə    Nəcəf bəy Vəzirovun Moskvadan  göndərdiyi  (“Əkinçi”,N 21; 06.11.1876-cı il ) məktublar kimi məktub yoxdur.(Mən bu məktub haqqında ayrıca bir yazı çap etdirmişəm-N.N.). N.Vəzirov Moskvadan Bakıya göndərdiyi məktubunda haray çəkirdi,qışqırırdı,kar qulaqları açmaq istəyirdi:” …kitab və müəllimlərdən bir neçə kəlmə danışaq.Biz(im) məktəbxanada oxunan Leyli-Məcnun, Hafiz və qeyrə uşaq kitabı deyil.Onları ki böyük oxuyanda cuşa gəlir,uşaq başına nə kül töksün onları oxuyub eşqbaz,cürəkeş və bir də  bizi oxudanda məhz oxuyub yazmağı öyrədirlər və dəxi səy edən yoxdur ki, bir xeyri olan şey də öyrətsin.Məsələn , Məcnun elədiyi qələti oxudunca elmi-coğrafiya kitabı oxusaq, həm yazıb oxumağı öyrənnik,həm dünya üzündə olan  vilayətlərdən xəbərdar olarıq”.
Əkinçidə rus və Avropa qəzet və jurnallarından elə materiallar seçilib,tərcümə olunurdu ki, bunların dil öyrənməkdə çox böyük əhəmiyyəti diqqəti cəlb edirdi.
“Əkinçi” dilimizin ensiklopediyasıdır. “Əkinçi” hər ailənıin stolüstü kitabı olmalıdır. Məndə “Əkinçi”nin nömrələr toplusundan ikisi var.Təəssüflənirəm ki,onlardan birini şagirdlərimdən biri özü oxumauıb, mənə bağışlayıb. Gəlin uşaqlarımızı elə tərbiyə edək ki,onlar “Əkinçi”ni ana dili kitabı kimi dəyərləndirsinlər.

***

Əqidə və məslək dostlarının  üçü haqqında  düşüncələr…

nazim akide ve meslekAzərbaycan mətbuatı tarixində  adları yadda qalan ziyalılarından bir qrupu-türkdilli publisistik yaradıcılığını 1879–cu ilin yanvarında Tiflisdə nəşrə başlayan “Ziya” qəzetindəki bir məqalə ilə türkdilli oxuculara ünvanlayan Krım tatarı İsmayıl bəy Qaspıralı,  türk jurnalistlərinin  ağır təbiətli,təmkinli,qayğıkeş və istiqanlı  müəllimi Həsən bəy Zərdabi və onun kürəkəni,  göyü,damadı Əlimərdan bəy Topçubaşov.

Çox təəssüf ki,  hələ də “Əkinçi”dən sonra fəaliyyətə başlayan “Ziya” (“Ziyayi-Qafqasiyyə”) (1879-1884),
“Kəşkül “(1883-1891) kimi mətbuat orqanlarının yaradıcıları Ünsizadə qardaşlarının-Səid Əfəndi Ünsizadənin (1825-1905) və onun kiçik qardaşı Cəlaləddin Əfəndi Ünsizadənin foto şəkillərini hələ də tapılıb üzə çıxarılmayıb.Onların Tiflisdən İstanbula köçdükləri, burada Şirvanlılar məhəlləsində yaşadıqları güman edilsə də, bu istiqamətdə iş aparmaq lazımlı görünür.  Ünsizadələr  nəslinin  İstanbuldakı qohum-əqrəbaları ilə əlaqə saxlamaq ictimai – fikir tariximizin öyrənilməsində bir çox nəsnələri meydana çıxara bilər.
Azərbaycanda da Ünsizadələrin bəzi qohum-əqrəbaları var.Yenə də, çox təəssüf ki,onlarda hələ də sovet qorxusu olduğundan elm üçün, mətbuat tariximiz üçün gərəkli  çağırışlara cavab vermirlər.Güman edirlər ki, birdən bu axtarışların düşər-düşməzi olar.
Ünsizadələr nəslindən Rəşid müəllim ( bəlkə də onun oğlu-N.N.) 1970-ci illərdə Göyçayda icra hakimiyyətində işləyib.Ünsizadələrdən biri -Cingiz hərbi həkim idi. Biri Kasparda təchizat şöbəsində işləyirdi.Ünsizadələrin bir qohumu-Elmira xanım Mustafayeva(Ağsunun Növcü kəndində doğulmuşdur) Respublika Mərkəzi Xəstəxanasının  köhnə univermağın yanındakı  poliklinikasında  müalicə həkimi işləyirdi.Ünsizadələrdən biri Bakının abtomobil təsərrüfatlarının birində dəmirçi işləyirdi.Mən onun adını ƏMƏK BETERANI döş nişanı alanların siyahısında görmüşdüm. Təəssüf ki,əlaqə saxlaya bilmədim.
Əvvəllər Rabitə Nazirliyi,səhv etmirəmsə, hər il Bakı şəhərində yaşayan telefon abonentçilərinin soraq kitabçalarını çqp edirdi.Sonralar bu nəşr,  deyəsən, kiməsə  sərf eləmədi, nəşrin çapı dayandırıldı. Amma,təbii ki,Rabitə və İnformasiya Nazirliyində telefon abonentçilərinin siyahısı var. Həmin siyahıdan Ünsizadələrin  izinə düşmək olar.Mən onlardan birini tapmışdım.

Amma telefona həmişə yaşlı bir qadın cavab verirdi,o da mənim tədqiqatçılıq  məramımı başa düşmürdü.
Ünsizadələri tapıb,onların ailə arxivlərində mətbuat tariximizə aid  materialları  öyrənmək lazımdır.Bu il Səid Ünsizadənin (1825-1905)yubiley ilidir.Onun 190 yaşı tamam olur.Bu tarix dövlət səviyyəsində qeyd edilməlidir.

nazim ziya2Səid Ünsizadə ümummilli liderimiz Heydər Əliyevin çox yüksək qiymətləndirdiyi   maarifçi ziyalılardan biridir. “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin18 iyun 2001-ci il tarixli 506 nömrəli Fərmanı”nda  Səid Ünsizadənin adı Mirzə Kazım bəy, M.Ş.Vazeh, Seyid Əzim Şirvani, Aleksey Çernyayevski, Mirzə Əbülhəsən bəy Vəzirov,Rəşid bəy Əfəndiyev, Sultan Məcid Qənizadə, Nəriman Nərimanov, Üzeyir bəy Hacıbəyov, Abdulla Şaiq kimi ziyalıların cərgəsində çəkilmişdir.
Burada bir balaca haşiyəyə çıxmaq istəyirəm. İnsanlara vaxtında qiymət vermək,onlarla maraqlanmaq lazımdır.
…Bakı Dəmir Yolu Texnikumunda çox ziyalı görkəmi olan  rusdilli  bir müəllim işləyirdi.Təbriz küçəsində – texnikumun yanında ikimərtəbəli binalardan  birinin birinci mərtəbəsində tək-tənha yaşayırdı. Ünsiyyətdən qaçmağa çalışırdı. Bu, Bakı və Şamaxı ədəbi mühitinin dərin bilicilərindən, XX əsr mətbuat tariximizin yaradıcılarından biri olan, bir çox dərsliklərin tərtibçisi  Qafur Rəşad Mirzəzadənin oğlu Şərif kişi  idi. Mən onu bibim oğlunun qonşusu kimi tanıyırdım.  Məhəllə uşaqlarının Şərif baba kimi tanıdıqları və sevdikləri Şərif kişi öləndə  onun illərlə qoruyub saxladığı ərəb əlifbalı dərslik və jurnallarını,eləcə də bədii kitablarını  zibilliyə atmışdılar.Təkcə  onun rus  və alman dilində olan kitabları kiminsə xoşuna gəlmişdi.
***

Bu da bir qab-hind qozunun qabı- ” KƏŞKÜL ”

nazim keşgül“Kəşkül” klassik  və dünya ədəbiyyatındakı  divan,cüng,almanax, təzkirə kimi lirik şeirlər toplusudur. Ünsizadə qardaşlarının birgə layihəsi olan “Kəşkül” də topludur,dərgidir, jurnaldır, bir növ Şərq ensшklopediyasıdır. Mənası hind qozu qabığından hazırlanmış torba,qab anlamındadır.Şərq səyyahlarının,dərvişlərinin torbasında-kəşkülündə hər nəsnə olurdu.Ünsizadə qardaşları da öz kəşküllərinə  bədii və ictimai mənalı sözün hər birinə aid materiallarlı yığmağa hazır idilər.Təki yaxşı söz deyən olsun.

“Kəşkül” jurnalının ilk nömrəsinin  ( Senzura idarəsinin jurnalın çap edilməsinə verilən  icazə tarixi – 31 yanvar 1883-cü il ) sonuncu səhifəsi

Qeyd.

Həmişə haray çəkirdilər ki,bəs “Kəşkül”ün ilk nömrəsi hələ tapılmayıb.
İlk nömrə haqqında  danışanda “Ziyayi-Qafqasiyyə “qəzetində verilən məlumatlara əsaslanırdılar. Sovetlər dağıldı, “Kəşkül” jurnalının ilk 3 nəmrəsi tapıldı. Bu cümlədən nə fikirləşirsinizsə, fikirləşin.Öz işinizdir.Amma,mənə elə gəlir ki,bu nömrələrin üzə çıxarılması kiməsə sərf etmirmiş. “Kəşkül”ün bu nömrələrinin foto surətlərini  tələm-tələsik M.F.Axundov adına Azərbaycan Mərkəzi Dövlət Kitabxanasına vermişdilər (indi nədənsə, bu kitabxananın oxucu biletlərinin üstündə M.F.Axundovun adı və soyadı yoxdur-N.N.).Fotolar  yaxşı çap olunmadığından, onlar  toto toplusuna tərsinə tikildiyindən  bu materialları oxumaq çətinlik törədirdi.Nömrərərin orijinalını onu kitabxanaya təhvil verəndən alıb,oxumaq istədim Neçə adamı minnətçi salsam da,… müəllimin mənzilinin təmiri qurtarmadı ki,qurtarmadı( əlbəttə ki, təmir olunan mənzilin vəziyyətini başa düşmək çətin deyil).

Yeri gəlmişkən bir məsələni yenə də yada salmaq istəyirəm.Orta məktəbin tarix kitabında (Azərbaycan taruxi,X sinif )   “Kəşkül”ün ilk nömrəsinin 1880-ci ildə  çap olunduğu  göstərilir.Yaxşı ki, ali məktəbə  tarix fənni üzrə qəbul imtahanları proqramında hələ ki  mətbuatla bağlı sual yoxdur.
“Kəşkül”ün 11 nömrəsi jurnal formasında  ayda bir dəfə çap olunub.  Jurnalın üz qabığında onun proqramı oxuculara bəyan edilir: “Ədəbiyyat və siyasiyyatdan bəhs edən TÜRKİ və FARSİ  və ƏRƏBİ  məqalatı  (mövzuları-N.N.  ) dərc edir”.
Jurnalın ilk nömrəsinin ( 31 yanvar 1883-cü il, N 1) sonuncu – 28-ci səhifəsində rusca verilmiş tanınma səhifəsində də bu fikir təsdiq olunur: ” КЕШКУЛЪ – ЕЖЕМЕСЯЧНЫЙ ЛИТЕРАТУРНЫЙ и ПОЛИТИЧЕСКИЙ ЖУРНАЛЪ НА ТАТАРСКОМЪ и ПЕРСИДСКОМЪ и АРАБСКОМ ЯЗЫКАХЪ”.
“Kəşkül”  sonralar -1884-cü ilin  martından  ayda iki dəfə -15 gündən bir qəzet kimi nəşr olunmuşdur. Onun sonuncu nömrəsi 1891-ci ilin oktyabrında çıxmışdır.

Mənfəətdən xali olmadığı üçün Kəşkülün birinci nömrəsində çap olunmuş yazıların adlarını sadalayırıq:

1.Mənzum dua
2.”Kəşkül”ün müqəddiməsi
3.Mətbu sözün mahiyyəti
4.A.Bakıxanovun  “Nəsihətlər”i
5.1877-ci ildə Dağıstanda baş vermiş iğtişaşlar
6.Ordan-burdan  (Cмесъ-qarışıq,hər nəsnədən bir az-N.N. )

 
7.Əlifba məsələsi (Ərəb əlifbası haqqında)

  1. Bir xan haqqında

9.S.Atamalıbəyovun hekayəsi (məktubu)
10.Rusiya və İngiltərə Orta Asiyada
11.Tehranın “İttila” (“Xəbər”-N.N.)qəzetəsi
12.Elanlar

***

Babamın kitabı – “MOLLA NƏSRƏDDİN”

Nazim nasrettinBabam Rəsul İsmayılovun (1877-1959) atası Nəsrəddin İsmayılovun (?  –  ? ) qəbri  qonşusu və yaxın dostu, “Molla Nəsrəddin”in attestatlı molla müxbirlərindən biri olan Mirzə Ələkbər Sabirin qəbrinin həndəvərindədir. Mən Molla Nəsrəddin və  “Molla Nəsrəddin” jurnalı  haqqında az yazmışam.Tezliklə vaxt tapıb,səhvlərimi düzəldəcəyəm.Təki sağlıq,salamatlıq olsun.

Hər nömrəsinin satış  qiyməti  qəpik-quruş –  cəmi 12 qəpik olan, amma dövrünün ən qiymətli nəşrlərindən biri kimi dəyərləndirilən “Molla Nəsrəddin” jurnalının  saylarından birinin üz qabığı.Karikaturanın müəllifi Oskar Şmerlinqdir.

“Molla Nəsrəddin”in  istənilən karikaturası jurnalın yaradıcı heyətinin məqsəd  və məramı haqqında zəngin məlumatlarla doludur.

Nazim Nəsrəddinov,

Azərvaycan Respublikasının əməkdar müəllimi,
Avropa Azərbaycan Məktəbinin  (EAS) Azərbaycan dili və ədəbiyyatı müəllimi,
Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının bölmə üzvü,
Respublika Prezidentinin Sərəıncamı ilə keçirilən ƏN YAXŞI MÜƏLLİM MÜSABİQƏSİNİN QALİBİ,
Respublika Prezidentinin aylıq təqaüdçüsü.

Bakı,22 iyul 2015-ci il.

İzmir Özel Türk Koleji Broşürü

İTK2İlk kez 1960’lı yılların sonlarında telaffuz edildi bizim evde  “Kolej” lafı. Tam hatırlamasam da ağabeyimin ya kolejde okuma talebi gündeme gelmişti ya da onun kolejde okuması gerektiği birilerince önerilmişti.

Çocukluğumuzun geçtiği yer, vilayet sınırları içinde her ne kadar Manisa İline dahil idise de, bağlantı noktamız İzmir olunca,bahis olunan kolej de, İzmir’in kolejleri olmalıydı.

Kim bilir belki de  İzmir  Özel Türk Kolejidir!

Kolej lafının  ikinci kez telaffuz edilişini daha net ve berrak hatırlıyorum. Tahminen 70’li yılların başları gibiydi. Teyze oğlumun İzmir’de kolejde okuyacağı söyleniyor, bu gerçeğe karşı da  hem teyzem, hem de teyze oğlu karalar bağlıyordu.Biri zaten İzmir’de okumaya hevesli değildi, diğeri de oğlunu  oraya göndermeye. Ne var ki evin reisi  olan enişte, oğlunun  İzmir Özel Türk Kolejinde okuması konusunda irade beyanında bulunuyordu. Tavır koyuyordu, irade gösteriyordu.

Doğrusu onun gerekçelerini şimdi hiç hatırlamıyorum.

Şimdi düşününce,  o yılların İstanbul’unda  hayat süren eniştenin, oğlunun kolejde okuyor olmasının, sosyal bir prestij getirisi olduğu kanaatindeyim.

Hikaye burada bitmiyor elbet: İstemeyenler çok olsa da  İzmir  Özel Türk Kolejine gidilip başlanıyor. Ama oradan her daim acıklı, iç karartıcı, hüzünlü haberler geliyor sürekli. Ya aile hafta sonlarını İzmir’de geçiriyor, ya da Kolejli Teyze oğlu Demirci’de. Bir türlü olmuyor.

Yemekler,  dersler, yataklar, yasaklar,  sürekli hasret biriktiriyor.

Ve sömestre olmadan Demirci Lisesine dönülüyor. Gerçekten olmuyor.

Ve yıl 1975. İlk Öğretmen Okulunu bitirmişim.O seneye mahsus bir özellik ile  Öğretmen Okulu mezunları, Üniversite Seçme Sınavına kabul edilmişler.

Sınava gireceğim yer bilgisi, bir mektup ile adresime ulaştırılmış:  İzmir Özel  Türk Koleji, Mithatpaşa Caddesi No: 689- İzmir

Hayatımı değiştiren sınav ve sınav merkezim. Hayatımın bu gününde önemi küçümsenmeyecek bir sınav ve sınav mekanı.Doğrusu o sınava ve o sınavı kazanmış olmam sebebiyle de o okula çok şey borçluyum. Hala hatırlarım sınav salonuma giden o ferah yolu. Aydınlık mekanları. Bahçesinin loşluğunu.Yeşilliğini. Kalabalıklığını.

İTKElimizdeki broşür,  İzmir Özel Türk Kolejinin muhtemelen o yıllara ait bir tanıtım kitapçığıdır.Ne yazık ki baskı yılı üzerinde bulunmamaktadır. Ebatları 15,5 x 18,5 cm olup, kapaklar dahil 18 sayfadır.Kapak kalın kartondan, iç sayfalar ise kuşe kağıttan oluşmaktadır.İç kapak üzerinde  ellerinde diplomaları ve üzerlerinde cüppeleri ve kepleri olan bir erkek ve  bir kız öğrenci siluetleri yer almaktadır.

Sayfa numaralandırılması yapılmamış sayfaların ilkinde,kolejin “deniz görür” bir fotoğrafı ve iletişim bilgileri yer almaktadır.Devam eden iki sayfa okula ait  3 adet  dış mekan fotoğraflarına ayrılmıştır. Diğer sayfalar ise, ” Öğretim ve Eğitimde Okulumuzun Gayesi”, ” Fen Şubemiz”, ” Binalar ve Ders Araçları”, ” Matematik Laboratuvarı”,” Kültür Faaliyetleri”, ” Yatılı Öğrencilerin Dikkat Edecekleri Hususlar”, ” Kız Öğrencilerin Kıyafetleri”, ” Erkek Öğrencilerin Kıyafetleri”, ” Kayıt ve Kabul” başlıkları altında okul tanıtımına yer verilmiş bulunmaktadır.Söz konusu bu sayfalarda da başlıklarına uygun olarak 3 adet  fotoğrafa yer verilmiştir. Ancak asıl fotoğraflar  ard arda gelen 5 sayfa üzerinde bulunmaktadır. Bu sayfalarda  çoğu siyah-beyaz olmak üzere farklı boyutlarda 12 adet  iç ve dış mekan fotoğraf bulunmaktadır.Çoğu fotoğrafın siyah- beyaz kullanılmış olması, baskı yıllarına atıfta bulunmakla birlikte, tam bir tarih üzerinde mutabık kalmak  hala mümkün görülmemektedir.

Broşürün arka dış kapağı  yalnızca okulun amblemine ayrılmışken, arka iç kapak ise çok değişik bilgiler ihtiva etmektedir.

Öncelikle ” Özel Türk Koleji Marşı” yer almaktadır.

” En hakiki mürşit ilimdir bize

Yüce Atatürk’ün izindeyiz biz

Hepimiz bağlıyız vazifemize

Yaşasın, var olsun Türk Kolejimiz

Ey vatan, ey millet sen güven bize

Yarına hazırız, hazırız size.”

 

Diğer bilgi ise, ” hazırlayanlar” başlığı altında yer alan isimlere aittir: Cengiz Kabaklı, Ekrem Naci Ünverir,Münir Tatari, Tolunay Timuçin, Hidayet Gürol, Birol Şenyiğit.

En köşeye sıkıştırılmış bilgi ise, broşürün basıldığı tesis ve şehir adına aittir: ” Bugünkü Türkiye Mecmuası tesislerinde hazırlanmıştır. Adres, Emek İş Hanı kat, 11-11 Kızılay- Ankara. P.K 105,  Tel,  17 54 18″

Sorulacak soru elbet çok, ama ben bir tek soruyla yetinmek istiyorum; niçin bu broşür Ankara’da basılır ki?

 

 

 

 

Nostalji Takvimi: Ağustos 2015

Ağustos’da tatil her şeyi unutturuveriyor insana. Yemeği, içmeyi bile. Hatta yazmayı, çizmeyi.Daha neleri !

Ağustos bu; yaman, kızgın, sert ve bencil. Hep ona teslim olmalısın. Hep onda olmalısın. Hep Ağustos olmalısın. Bırakmıyor seni başka bir şey yapmaya.Bırakmıyor. Teslim alıyor, bırakmıyor.

İşte öyle bir şeydi benim de Ağustos tatilim. Unuttum. Unutturdu. Yazamadım. Bakamadım bile.

Aylardan Ağustos, yerlerden de Ağustos’un dediği, Yalıkavak olunca, unutuldu her şey. Her şey. Belki yazmak bile. Belki yaşlanmak bile.

Sıcağın en sıcağı  bir ay:Sarı. Yalnızca sarı. Esen yele hasret, soğuk bir deniz suyuna özlem. Deniz bile sarı. Sapsarı. Mavi değildi hiç bir yer.

Her şey Ağustos tatilindeydi kısaca. Soğuk, yel, rüzgar, ıslaklık  ve  serinlik bile.

Zaten hep söylemezmiyim; Ağustos tatil ayı diye.Yanıldığımı bile bile. Oysa yollarda, tarlalarda,inşaatlarda, fırınlarda binlerce insan var koşturan.

Ekmeğini çıkartan. O sıcakda. O terde. O yerde.

Ağustosda.

Ve çocuklar. Sokak ortalarında eğleşen. Sıcaktan bunalan. Analar, kadınlar.

Sorun şu; emek ve toprak tatil etmiyor. Ağustos bile olsa. Hatta Bodrum bile olsa. Yalıkavak bile olsa.Gündoğan, Gümüşlük bile olsa. Torba da tatilde değildi zaten.

Ankarayı en çok, o sıcak tatil tatillerin sonunda serin bulunca seviyorum. Bugün gibi.