Sədrəzəm Mehmet Rüşdi Paşanın ata yurdunun-Kürdəmirin ilk dövlət məktəbi və yaxud köhnə kəndin yeni məktəbi

Sədrəzəm  Mehmet Rüşdi Paşanın
       ata yurdunun-Kürdəmirin
ilk dövlət  məktəbinin 9 fevral 1881-ci ildən  başlayan tarixi

                                         və yaxud

                              köhnə kəndin yeni məktəbi

                       
      Azərbaycanın ən qədim dövlət məktəblərindən biri  1881-ci il fevralın 9-da Kürdəmirdə yaradılmışdır. O vaxtlar Kürdəmir adlanan yaşayış məskəni  indiki Kürdəmir şəhərindən 4-5 km aralıda – Ağsuya gedən yolun üstündə yerləşirdi. Bakı-Tiflis dəmir yolunun çəkilişindən sonra inzibati mərkəz dəmir yolu stansiyasının yaxınlığına köçdüyündən,   Kürdəmir   adı    yeni  yaşayış məntəqəsinə  verilmiş,  köhnə kənd isə burada gur həftə bazarı olduğundan  “KÖHNƏBAZAR” adlandırılmışdır.   Kürdəmirin, haqqında söz açdığımız  İlk dövlət məktəbi  məhz burada – sonradan Köhnəbazar adlandırılan yerdə -yaşayış  məntəqəsində yaradılmışdır.
Kürdəmirdə tezliklə kənd məktəbi açılacağı  xəbərini ilk dəfə aləmə car çəkən “Ziya” qəzetinin Şamaxı müxbiri şair  Seyid Əzim Şirvani olmuşdur. S.Ə.Şirvani “Ziya”nın 29 may 1880-ci il  tarixli
26-cı   nömrəsində yazırdı: ” Bu  il  Şamaxının qəryələrindən (kəndlərindən-N.N.) iki  qəryədə uşkola (məktəb-N.N.)güşad olacaq: biri Kürdəmirdə, biri də   Kərkəncdə  (Kərkənc  Şamaxının dağ kəndlərindən biridir,Mədrəsə kəndinin yaxınlığındadır).

“Ziya” qəzetinin  1 fevral 1881-ci il tarixli 5-ci nömrəsindən bəlli olur ki, adı çəkiləm məktəblər hələ açılmayıb. Bunu kürdəmirli X.Əfəndinin bu yerlərə     təşrif   gətirən  əcnəbi bir  şərqşünasla- M.B. ilə söhbətindən öyrənirik.
Biz uzun illərin axtarışlarından sonra  “M.B.” nin  -“Müsyö Berje”   – məşhur şərqşünas , Sankt-Peterburq Universitetinin məzunu, burada azərbaycanlı Mirzə Topçubaşovdan fars dilini mükəmməl öyrənən Adolf Petroviç Berje olduğunu  müəyyənləşdirmişik .
Müsyö Berje ilə kürdəmirli əfəndinin söhbətindən məlum olur ki, dövlət məktəbinin Kürdəmirdə açmaq ideyası  təsadüfi deyil. Kürdəmir- sözü , sənəti  qiymətləndirən adamların yurdudur, burada mükəmməl təhsilli,dərs deməyə, bilik öyrətməyə meyilli ziyalılar çoxdur.” M.B “-nin yol qeydlərindən məlum olur ki, X.Əfəndi özü tanınmış şairdir, ana dili ilə yanaşı, ərəb dilində də şeir yazır.O, zəngin mütaliə mədəniyyətinə, Şərq təhsil ənənələrinə, türk ədəbiyyatına arif  olan, türk məfkurəli işıqlı fikir adamlrında biridir. Ondan dərs almağa gələnlərin sayı,hesabı yoxdur.
Türk dünyasının məşhur fikir adamlarından biri  Mövlanə İsmayıl Siracəddin Şirvani  də bu torpağın oğludur.  O, XIX əsrin 20-ci illərinin sonunda  rus məmurlarından,ən çox  Qafqaz canişini  A.R.Yermolovun  antimüsəlman davranişından narazı qaldığı üçün  Azərbaycandan  əvvəlcə Axıskaya, oradan da  Amasyaya köçmüş  aydınlardan biridir.İsmayıl Şirvani Osmanlı dövlətində tədris və irşad fəaliyyəti ilə məşğul olmuşdur.
Mövlanə İsmayıl Şirvani 1848-ci  ildə  vəba xəstəliyindən vəfat etmiş, Amasiya yaxınlığındakı  Şamlar qəbiristanlığında  dəfn olunmuşdur.1869-cu ildə  Osmanlı dövlətinin  Daxili İşlər Naziri olan oğlu Şirvanizadə Mehmet Rüşdi Paşa atasının qəbri üzərində türbə və məscid tikdirmişdir.
Türbənin divarında Mövlanə İsmayıl Şirvanizadənin  tərcümeyi- halı yazılmış   xüsusi ornamentlərlə bəzədilmş maraqlı bir lövhə  vardır.
İsmayıl Siracəddin Şirvaninin üçüncü oğlu-Şirvanizadə Mehmet Rüşdi Paşa 1828-ci ildə burada -Amasiyada anadan olmuşdur.O, sonralar Osmanlı dövlətinin yüksək dövlət vəzifələrində çalışmışdır.
Şirvanizadə Mehmet Rüşdi Paşa 45 yaşında Osmanlı dövlətinin sədrəzəmi olur. Onun baş vəzirliyi 9 ay 10 gün çəksə də,  o, Osmanlı tarixində bir sıra yadda qalan layihələri reallaşdıra bilmişdir.
Nə isə…

Yenidən Kürdəmir məktəbinin tarixinə   qayıdırıq.
A.P.Berje Kürdəmirdən  Tiflisə–Qafaz canişinliyindəki  iş yerinə- mühüm dövlət qulluğunun icra məkanına   qayıdandan düz bir ay sonra Kürdəmirin məktəb tarixində mühüm hadisə baş  verir :qədim Şirvanın Bölükət mahalının Kürdəmir kəndində ilk dövlət məktəbi açılır.
Tiflisdə rus dilində çap olunan “Kavkaz” qəzetinin 11 mart 1881-ci il tarixi 55-ci nömrəsindəki  bir yazıdan öyrənirik kl , fevralın 9-da Kürdəmirdə dövlət tərəfindən bir sinifli ibtidai məktəb açılmışdır.

Kürdəmirlilər bu  yerlərin ilk dövlət məktəbinin  məzunları ilə fəxr edirlər.
Rusyanın  İknci  Dövlət Dumasının  deputatı ,  Bakıdakı  Rus-Tatar məktəblərinin birinin direktoru, ADR-in parlament üzvü Mustafa Mahmudov,biologiya elmləri doktoru Qara Mustafayev, filologiya elmləri doktorları Fəxrəddin Veysəlov, Vaqif Sultanlı kimi ziyalıların  yetışməsində bu məktəbin   misilsiz xidmətləri olmuşdur.
İndi Köhnəbazar kənd  tam orta məktəbi kimi tanınan , məktəbçilik tariximizdə şərəfli yol keçən bu təhsil ocağının  dövlət səviyyəsndə təmtəraqlı yubileyini keçirmək hamının ürəyincə olardı.
Türkiyədə yaşayan şamaxılıların– Ünsizadələrin ,Əfəndizadələrin,  Mövlanə İsmayıl  Şirvaninin nəvə-nəticəlrinin, Kürdəmir  adını   özlərinə takma ad seçənlərin – Kürdəmirililərin də ailə arxivlərində Kürdəmirin ilk dövlət məktəbinin müəllim və məzunlarını haqqında, yəqin ki, maraqlı sənədlər, xatirə yazıları tapılacaqdır.
…Yubiley  görülən işlərə  diqqətli baxışdır, keçmişə verilən  layiqli qiymətdir, gələcəyə açılan işıqlı yoldur.
Gəlin keçmiimizə baxaq,qiymət verək,işıqlı   yol tapıb, gələcəyə inamla addımlayaq.

Nazim Nəsrəddinov,

Avropa Azərbaycan Məktəbinin Azərbaycan dili və ədəbiyyatı    kafedrasının müdiri,
Azərbaycan Respublikasının əməkdar müəllimi.

Bakı,
09.02.2013-cü il.

 

4 thoughts on “Sədrəzəm Mehmet Rüşdi Paşanın ata yurdunun-Kürdəmirin ilk dövlət məktəbi və yaxud köhnə kəndin yeni məktəbi

  1. Nazim əfəndi,yorulmaz fəaliyyətiniz məni çox şad etdi.Bu məqalənin müəlifi kimi, həm də dostumuz kimi tədqiqat işlərinizdə və ömür yollarında uğurlu günlərinizin sayının ürəyiniz qədər olmasını arzulayıram.
    Siz tədqiqat üçün yaranmısınız.Yaz,qardaş yaz!

  2. Merhaba, Haldun bey. Ben Etibar Ağalar oğlu Ağalar əslən Azerbeycanın Kürdəmir ilçesindenem. Kendim avukatım. Mövlanə Şeyx İsmayıl Siracəddin əl Kürdəmiri Əş Şirvaninin irsini araşdırıram. Adı çəkilən alimin xalqımızın daha geniş kütlələrinə tanıdılması çabasındayam. İstəyimiz Azərbaycanda o cümlədən Şeyxin doğulduğu Kürdəmirdə bir neçə etkinliklər təşkil etməklə bu şəxsiyyətə lazımi diqqəti cəlb etməkdir. Benim cep numaram +994502756415 email adresim: etibar_baloglanov@yahoo.com. Yardımınız üçün öncədən təşəkkür edirəm.

Bir Cevap Yazın