Terbiye Doktoru Halil Fikret

   Doktor Nəriman Nərimanovun doktor  davamçısı :

tərbiyə  doktoru     Halil Fikret

Dr. Halil Fikret Kanat'ın Resmi

Dr. Halil Fikret Kanat’ın Resmi

Azərbaycanin görkəmli söz ustası Nəriman Nərimanov  32 yaşında  müəllimliyin daşını atıb, doktor (həkim,təbib)  olmaq fikrinə düşür. Olur da. Amma ömrü boyu  həkim işləməklə yanaşı,  müəllimlikdən əl çəkmir: yazdığı əsərlərlə, xalqın  yaxşı günü  yolunda  gördüyü əzəmətli işlərlə tarixə düşür.
N.Nərimanov jurnalistika ilə də məşğul olmaq fikrinə düşür, bədii və elmi publisistika ilə məşğul olur.  Onun qəzetçilik fəaliyyəti çox güman ki, hələ bundan sonra diqqətlə  incələnəcək  və  araşdırılacaqdır.

… Mən bu sözləri  Haldun Cezayirlioğlunun Halil Fikretə ünvanladığı çox təsirli yazının təsiri ilə yazıram    Bu iki şəxsin həyat və fəaliyyətində böyük oxşarlıqlar görürəm.

N,Nərimanov  1918-ci ildə Bakıda  “El həyatı” adlı  bir məcmuə nəşr etdirir. Bu, Şərqdə ilk kooperativcilik  məcmuəsi idi. Cəmi üç nömrəsi çıxandan sonra  məcmuə bağlanmaq məcburiyyətində qalmışdır.
O vaxtlar  Rusiya tərəfdən əsən  güçlü şimal küləkləri  Bakıda vahiməli həyat yaratmışdı. N.Nərimanov  hərtərəfli yaradıcılığının  yerə-göyə sığmayan   bir vaxtında  Bakıdan uzaqlaşmalı olur.  1920 -ci ildə o, yenidən  Bakıya qayıdır, dövlətçilik işi ilə yanaşı,  bu işin üzvi hissəsi olan mətbuat məsələlərinə xüsusi qayğı göstərir,  “El həyatı” məcmuəsinin davamı kimi , 1921- ci ildə “Kooperativ İşi” jurnalı nəşrə başlayır. Bu məcmuə 1925-ci ilədək-  N.Nərimanovun  Moskvada müəmmalı ölümünədək fəaliyyət göstərir.
1923-cü ildə  Bakı Dövlət Universitetində işləmək üçün  İsmayıl Hikmət,  Halil Fikret,  Mühiddin Birgen kimi  öz işinin ustası olan  bir qrup türk professoru , bacarıqlı mütəxəssislər  kimi    Bakıya   işləməyə dəvət olunmuşdu .   Bu vaxtlar N.Nərimanov  artıq Bakıda  deyildi:  onu etimad göstərmək adı ilə Bakıdan  Moskvaya – baş şəhərimizə  aparıb, yüksək vəzifəyə  təyin etmişdılilər.  Bakıda yenə də küləklər əsir, aləm bir-birinə qarışırdı, ancaq  N.Nərimanovun  əqidə dostları  fəaliyyətdə idilər. Xalq Maarif Komissarlığına tabe olan  nəşriyyat şöbəsinə   türkiyəli Mühitdin Birgen rəhbərlik edirdi, nazirliyin məktəbəqədər tərbiyə şöbəsinin müdiri Halil Fikret idi.
Moskvanın siyasəti ilə barışmayan türk müəllimləri 1926-cı ildə Bakıdan getməli olurlar.. Halil  Fikret əvvəcə , vaxtilə oxuyub ali təhsil  aldığı  ölkəyə- Almaniyaya   gəlir, burada ona dərs deyən müəllimləri ilə görüşür,Türkiyə təhsilinin yüksəlişinə kömək etmək məqsədilə bir müddətdən sonra    Almaniyadan Türkiyəyə qayıdır, 1926-cı ildə Bakıda çapdan çıxan    “Tərbiyə və tədris tarixi ”   kitabını yenidən  çapa hazırlayır, Bakı və Berlin arxivlərindən topladığı materiallar əsasında   yeni kitabların yazılmasını sürətləndirir.
Özünü tərbiyə  doktoru hesab edən Halil Fikret 1931-ci ildə yaradılmış Türk Kooperatifçilik Kurumu ilə də   əlaqələrini genişləndirir ,  adı kurumun    gördüyü işlərdə çəkilir. O, 1934-cü ildə  yaradılan  “Karınca” adlı  dərginin işində fəal iştirak edir. Bu dərgi  kooperatif  alanında  elmi bir başvuru qaynağıdır. Dərgidə çeşıdli  elm, fikir və sanat  haberlerinə  yer verilərək, okuyucular bilgiləyirdi.
Halil  Fikret 1944-cü il iyunun 12-dən  1945-ci il  arpelin 16-dək Türk  Kooperatifçilik   Kurumunun başkanı olur. (Onun buradakı şəkli çoxllarına məlum deyil.)
Halil Fikretin  həyatınım  bütün mərhələləri  diqqətlə araşdırılmalıdır.

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,
AAM-in kafedra müdiri.

Bakı,22.12.2012.

P.S. 21 aralık Dünya Kooperativçilik   Kuruluş günüdür.

Bir Cevap Yazın