Bakü’den Gönderilen Mektup

Bakıdan göndərilən məktub

 

***  Halil Fikretin Bakı  və Şəki yazıları ***

 

Mən  Halil Fikrətin adını eşidib, onu  çox axtarmışam. Yalan olmasın düz iki il.Sən demə,türk əlifbasında “x” hərfi olmadığına görə onu    internet səhifələrində  HALİL FİKRET KANAT kimi axtarmaq lazım imiş.

Adını ilk dəfə pedaqoji mətbuat tarixinə aid silsilə yazılar hazırlayarkən 1920-ci illərin  Azərbaycan və Türkiyə  mətbuatında görmüşdüm.

Halil Fikret .Bakıda ali məktəblərdə dərs deyən  vaxt  Azərbaycanın ,demək olar ki,bütün mətbuat orqanlarında– əyalət  mətbuatında  da, paytaxt mətbu orqanlarında da fəal iştirak etmiş,onlarla yazı,  1926-cı ildə isə Bakıda “Azərnəşrdə”– dövlət nəşriyyatında   təlim və tərbiyəyə aid  təxminən 600 səhifəlik iki  cilddən ibarət olan sanballı  bir kitab çap etdirmişdir.

Halil Fikret Bakıya xüsusi dəvətlə  gəlmişdi .Onu türk dünyasının ilk psixologiya doktoru kimi yeni yaradılmış , lakin hələ pedaqoji kadrlara tələbatı olab Bakı Dövlət Universitetinə işləməyə dəvət etmişdilər. O, Bakıda 1923-1926-cı illərdə  işləmişdir.Gənc respublikaya həm metodist  alim, həm Türkiyənin ilk  psixologiya doktoru, həm də mətbuat  yazarı və təşkilatçısı kimi geniş fəaliyyət göstərirdi.

Halil Fikret Azərbaycan Cümhuriyyyəti Xalq  Maarif Komissarlığında şöbə müdiri işləyirdi, sözün əsl mənaında bu yolda  özünü oda-közə atır, yeni düşüncə tərzi ilə  təhcil və tərbiyə aid əsərlər yazır, yenə də sözün əsl mənasında, tarixləri çalıb- çatırdı–işləyirdi. Halil Fikrət Bakıya  KANATSIZ gəlmişdi: biz  onun  “Kanat ” takma adını 1934-cü ildə qəbul etdiyi qənaətindəyik.

Azərbaycan Cümhuriyyəti Xalq Maarif Komissarlığının  xətti ilə   Halil Fikrətlə yanaşı, Bakıya daha bir neçə   alim- İsmayıl Hikmət ,Mühitdin Birgin və başqaları  dəvət olunmuş,onlar 3 il ərzində Azərbaycan təhsil sisteminin inkişafına ciddi qayğı və sayğılar göstərmişlər.

Halil Fikrətin  Bakı mətbuatında ilk sanballı yazıları,   ilk nömrəsi 1923-cü il yanvarın 28-də  çıxan “Maarif  və mədəniyyət” jurnalında işıq üzü görmüşdür. Bu jurnal 30,5 x 23 sm ölçüsündə, 36 səhifədən ibarət idi. ( jurnal indi “Azərbaycan” adı ilə çıxır).

Halil Fikrət jurnalın aparıcı əməkdaşlarıdan idi.  Bu jurnalın  İlk redaktoru  görkəmli ədib və maarif xadimi Tağı Şahbazi (Simirq)idi. Əslində jurnalın əsas ağırlığı Mühitdin  bəy, Halil Fikrət  və İsmayıl  Hikmətin üstünə düşürdü. Təkcə bu faktı deyək ki, 1923 -cü ildə “Maarif və mədəniyyət”lurnalında H.Fikrətin  “Sənət  ”  rubrikasında  3 məqaləsi çap olunmuşdur. (Bax: 1923,  N10, səh.20-23;  N11,səh.27-29;   N12, səh. 32-36.)

Halil Fikət 1926-cı ildə  “İnqilqab və mədəniyyət”  jurnalının  3 nömrəsində  Göte   və onun  “Faust” əsəri haqqında  bir neçə məqalə çap etdirmişdir. Bu yazılar  1929-cu ildə İstanbulda çap olunan “Göte” kitabının , eləcə də   sayın Haldun Cəzayirlioğlunun haqqında bəhs etdiyi,1940-cı ildə Ankarada  Rəcəp Ulusoğlunun  Basım evində çap edilən 104 səhifəlik  “Göte və Faust” əsərinin ilk  variantı sayıla bilər. Hər halda araşdırmalar aparılmalı, üqayisələr edilməlidir.

Halil Fikrət “İnqilab və mədəniyyət” jurnalında çap etdirdiyi  4 səhifəlik materialda Götenin  həyatı geniş şəkildə işıqlandırılmışdır. Yazının həcmi haqqında təsvvür yaratmaq üçün hər səhifədə 32 sətirlik materialın olduğunu qeyd etmək lazım gəlir.

Məqalədə Göte Şillerlə müqayisədə təqdim olunur:   ” On səkkizinci əsrin məşhur ədibləri  arasında Göte və  Şillerin ismini bilməyən  yoxdur. Bu iki şəxsiyyət  yalnız on səkkizinci əsrin deyil, bu günə qədər yetişən  ədiblərin dəxi  ən parlaq simalarındandır”.

Müəllif