Dünyanın En Işıklı Adamlarından Biri: Türkolog Ferhad Zeynalov

Bu gün  unudulmaz müəllimim,  Azərbaycan Dövlət Universitetinin professoru Fərhad Ramazan oğlu Zeynalovun 83 yaşı tamam olur. O, bu yaşın 55 il 3 ay 24 gününü yaşaya bildi. 1929-cu il də dünyanın ən işıqlı günündə, yayın birinci günündə -iyunun 22-də  Ordubadda dünyaya gəldi,1984-cü il payızın ortalarında- oktyabrın 16-da  işinin-gücünün bol vaxtında dünyadan köçdü. Az yaşadı.55 yaş nədir ki..Amma yadda qaldı.Özü də xoş xatirələrlə qaldı.

Fərhad Zeynalov  mənim diplom rəhbərim olub.  Fərhad Zeynalov 1979- cu ildə universitetdə Türkologiya kafedrası  yaratmışdı . Bu, o vaxtkı SSRİ  məkanında yeganə  türkologiya kafedrası idi . O vaxtlar bu adı çəkməyin düşər-düşməzi ola bilərdi:  yerin də qulağı var idi. 30-cu   illərin qorxusu hələ də camaatın yadından çıxmamışdı.Türk sözlərinə, türk həyatına meyil  kimisə siyahıya sala bilərdi. Fərhad Zeynalov belə qorxu-ürküləri , görünür, çox görmüşdü.  O, 1953-1956- cı illərdə  Moskva Dövlət Universitetinin aspiranturasında oxuyarkən cəmiyyətin siyası mühitində tablanmışdı, möhkəmlənmişdi.

 Fərhad müəllim çox tələbkar müəllim idi. Amma  oxumaq istəməyənlər Fərhad müəllimə yol tara bilirdilər.  Kəsiri olan  bir tələbə şair dostumuz bir dəfə  ” Fərhad müəllim, Sizə şeir yazmışam” deyəndə,professor ona xas olmayan soyuqqanlılıqla “şair”in qiymət kitabçasına  “kafi ” qiymət yazdı və təbii ki, heç şeirə də qulaq asmadı. Bu hadisədən sonra fakültədə Fərhad müəllimə şeir yazanların sayı çoxaldı.

 Fərhad müəllim kafedrasına güvəndiyi və elmi  səriştəsinə bələd olduğu gəncləri  cəlb etmişdi.O, yeri düşdükcə mühazirələrində keçmiş  tələbələrinin–Qüdrətin, Elbrusun, Kamilin, Kamalın, Əvəzin, Şaməddinin adını çəkir, bizi  elmə həvəsləndirirdi.

 Əkrəm Əylislinin”Ağaclar və adamlar” əsərində köməkçi nitq hissələri ” mövzusunda kurs işi yazmışdım. Kurs işində  düz 7 yerdə özümdən razı halda, F.Zeynalovun bu mövzuda yazdığı məqalələrdəki fikrə,  mötərizdə adımım və soyadımın baş hərflərini  yazaraq,  fərqli  münasibətimi  bildirmişdim. Tələbə dostum Ələddin Mədinəyev zarafatla dedi ki, ” bu “N.N.” lər (adımın və soyadımın baş hərfləri-N.N.) sənin axırına çıxacaq.  Amma əksinə oldu, elmdə naşılığımı görsə də,Fərhad müəllim ərklə “Sən  diplom işini bizim kaedradan  götür, diplom rəhbərin də özüm olacağam ” dedi. Mən Fərhad müəllimin elmi rəhbərliyi ilə   “Müasir türk dillərində əsası rus və Avropa dillərindən alınmış sözlərdən yaranan fellər ” mövzusunda  diplom işi yazdım.Bu diplom işinə gürö fakültə elmi çurasının qərarına görə mənə   AMEA Nəsimi adına Dilçilik İstitutunun aspiranturasında oxumaq  üçün   gündəriş verdilər.Təşəbbüs kimdən olmuşdu, hələ də bilmirəm. Fərhad müəllim bu barədə mənə bir söz də demədi,ancaq təbrik etdi .

 28 ildir ki, Fərhad müəllim  dunyasını dəyişib.Amma onun yaxşı adı qalıb, türkologiyaya aid sanballı əsərləri qalıb.Onların bir neçəsinin adını çəkmək istəyirəm:  

 1.Türk dillərinin müqayisəli qrammatikası,I və II hissə,Bakı.   1974-1975.

 2.Qədim türk yazılı abidələr.    Bakı.  1980.

 3.”Dastani-Əhməd Hərami- Azərbaycan dilinin ən qədim ədəbi abidəsi (məqalə)  .Bakı,1975.

 4.Türkologiyanın əsasları.   Bakı,1981.

 5.”Kitabi-Dədə Qorqud ,”Bakı.    “Yazıçı”nəşriyyatı,    1983.

                                                        *********************************

Fərhad      Zeynalov müəllimlər müəllimidir  .O, elmimizin qızıl fondunu  zənginləşdirən müəllimlərdəndir.

 

 

One thought on “Dünyanın En Işıklı Adamlarından Biri: Türkolog Ferhad Zeynalov

  1. Fərhad Zeynalovun ən layiqli dostlarından və davamçılarından biri də Tofiq Hacıyevdir. Vaxt tapıb onun haqqında ” Bir neçə söz ” başlığı altında bir neşə söz deyəcəyəm.

Bir Cevap Yazın