Dr. Halil Fikret’ten; Türkçe Okuma Parçaları

Hans Stumme, Halil Fikret . ” Türkische lesestoffe… ” (Türkiyə antologiyası ),Leipziq,1916.

  Görkəmli türk pedaqoqu, keçən əsrin 20-ci illərindən başlayaraq, əsərlərini “tərbiyə doktoru Xəlil Fikrət”” kimi imzalayan Xəlil Fıikrət(1892-1974 ) və onun yaradıcılığı haqqında elmi araşdırmalar apararkən hər dəfə maraqlı və çox böyük elmi əhəmiyyəti olan faktlarla,dəyərli materiallarla rastlaşanda onları elmi ictimaiyyətlə bölüşməyə tələsirəm. 1916-cı ildə Almaniyanın Leipziq şəhərində çap olunan 31 səhifəlik bir kitabın üz qabığında onun adını dünyanın ən məşhur pedaqoqlqrından biri , alman afrikanşünası və şərqşünası Hans Stumme (1864-1936) ilə yanaşı gördükdə isə ,nədənsə tələsmədim, faktları diqqətlə araşdırmağa başladım. Yox, səhv etməmişdim.Leipziq Universitetinin son kurs tələbəsi oxuduğu ali təhsil ocağının professoru ilə birgə elmi əməkdaşlıq etmişdir. Bəri başdan deyim ki, əsər 1915- ci ilin sonlarında tamamlanmış, 1916 -cı ilin yanvarında Leipziqdəki “Otto Harrassowitz” nəşriyyatı tərəfindən oxuculara çatdırılmışdır.

… Xəlil Fikrət babalarımıza 1923-26-cı illərdə Bakı Dövlət Universitetində psixologiya və pedaqogikadan dərs deyən professoplardandır.Azərbaycan Respublikasının elml- ictimai həyatında əhəmiyyətli yeri olan türk qardaşlarımızdan biridir.Bakıya ali təhsil müəssisələrində işləməyə dəvət edilmiş,Azərbaycan Xalq Maarif Komissarlığında məktəbəqədər tərbiyə şöbəsinin müdirı vəzifəsində işləmişdir. O, Bakıda müxtəlif elmi jurnallarda, respublika və əyalət mətbu orqanlarında maarifçilik məsələlərinə aid onlarla elmi, elmi-metodiki, bədii- publisistik məqalə yazmışdır. Professor, tərbiyə doktoru Xəlil Fikrətin Bakıda S.M.Qənizadə, A.Şaiq, H.Cavid, M.S.Ordubadi, Q.R.Mirzəzadə, M.Mahmudbəyov,Ə.Cəfərov, A.İsrafilbəyov,C.Cəbrayılbəyli , Ə.Haqverdiyev kimi çoxlu əqidə və məslək dostları var idi. Xəlil Fikrət 1926- cı ildə Bakıdakı ən birinci dövlət nəşriyyatında —Azərnəşrdə “Tərbiyə və tədris tarixi ” adlı ilk iri həcmli, 2 hissədən ibarət olan dərsliyini çap etdirmişdir.O, Bakıda üç il işləyəndən sonra Almaniyaya gedir, bir neçə aydan sonra — 1927-ci ildə vətənə qayıdır,Konyada açılan Qazi Orta Müəllim Məktəbində müəllimlik edir. Bir müddətdən sonra bu məktəb Ankaraya köçürülür.Xəlil Fikrətin təşəbbüsü ilə burada pedaqojı bölüm yaradılır və o, bu bölümdə işləyir.
    1927-ci ildə Xəlil Fikrətin Ankarada ilk kitabı –“Coğrafiyanın tədris üculu” çap olunur. “Coğrafiyanın tədris üsulu” kitabının materialları Azərbaycanda toplanmış və Türkiyəyə çapa hazır vəziyyətə gətirilmidi. Bu kitabın yazılmasında Xəlil Fikrətdən əvvəl türk dünyasında bir neçə coğrafiya dərsliyi yazan şamaxılı Qafur Rəşad Mirzəzadənin güclü təsiri olmuşdur.
      Mövzunun aydınlığı naminə deyilən bu qeydlərdən məlum olur ki, alman alimi Hans Stumme ilə yazdığı “Türkische Lesestoffe…” (“Türkiyə antologiyası ” ) kitabı məşhur Leipziq Universitetinin tələbəsi Xəlil Fikrətin ilk əsəri deyil. Xəlil Fikrətin 1916-cı ildən sonra da Hans Stumme lə əməkdaşlıq etməsi güman edilir. Onun 1927 -ci ilin əvvəllərində Bakıdan Almaniyaya qayıtması da bu fikrə rəvac verir.
     Alman alimi Hans Stumme və türk aydını Xəlil Fikrətin birgə yazdıqları “Türkische Lesestoffe ” (“Türkiyə almanaxı ” ) (*) kitabı haqqında indiyədək tutalı bir söz deyilməmişdir. ( Bəlkə də Almaniya və Türkiyə arxivlərində hələ də qatı açılmamış sənədlər var. Nər halda bu, ədəbi və elmi ictimaiyyətə məlum deyil ).
     Əsərin birinci səhifəsindəki “Vorbemerkunq”dan– giriş və izahat xarakterli yazıdan məlum olur ki, müəlliflər kitabın yazılması və araya-ərsəyə gətirilməsində zəngin ədəbi və elmi mənbələrdən istifadə etmiş, faktları diqqətlə araşdıraraq, türk dili və ədəbiyyatını öyrənmək istəyənlərə çox gözəl bir hədiyyə bağışlamışlar.

   2 -ci və 3-cü səhifələrdə o vaxtlar türk yazısında işlənən ərəb əlifbasının yazı sistemi, iki və dörd cür yazılan hərflərin yazı nümunələri və ayrı- ayrı səslərin qrafik işarəsi, hərflərin adı (elif,be, re,te,se,ğim,ha,dal,re,ze,sim…..sad,zad,lam,mim,nun, vav,je,lam-elif …, cəmi – 34 ) əyani şəkildə oxucuların diqqətinə çatdırılmışdır.
       Müəlliflər oxucuların oxu prosesindəki işini asanlaşdırmaq üçün cüt səhifələrdə( 2, 4, 6, 8 ,10, 12,14,16,18 və s) ərəb əlifbasından,təklərdə isə latın qrafikasından istifadə etmişlər.Ərəb qrafikalı xətlər , şübhəsiz ki, Xəlil Fikrətə məxsusdur).4-cü səhifədə ərəb qrafikası ilə 15 nömrə ilə 150 sözün yazlışı verilmişdir.Burada bir neçə söz təkrar olunmuşdur. (Bunlar texniki səhv kimi başa düşülməlidir ). 5-ci səhifədə həmin sözlər qismən dəyişdirilmiş (perifrazira olunmuş) latın qrafikası ilə yazılmışdır.6-cı səhifədə qafiyə, omonim, paronim,sinonim kimi işlənə bilən sözlər 16 nömrə altında toplanmışdır. 7-ci səhifədə həmin sözlər latın qrafikası ilə təkrarlanmışdır. 8 və 9-cu səhifələrdə də leksik materialların ərəb və latın qrafikalı təqdimatı verilmişdir.
    Kitabın 10- cu səhifəsində “Zurub-i emsal” (zərbi məsəl- N.N. ) başlığı altında 16 nümunə verilmişdir. Bunların hamısı türk xalqları arasında geniş yayılmış, həyatın çətin sınaqlarından keçmiş nümunələrdir: “At ilə eşşək yarışamaz”, Adam odur ki, ikrarından dönməyə, “Az söyləmək çox söyləməkdən evladır”( daha yaxşıdır-N.N.),”Azı bilməyən çoxu heç bilməz” , “Yorğanına görə ayağını uzat”, “Dilin kemiyi yoxdur, amma kemiyi kırar”, “Yeməksiz qalmaq borc ilə kalmakdan eyidir” , Ya dəvə , ya dəvəçi” və s.11-ci səhifədə bu materiallarin latın qrafikalı variantı verilmişdir.
   Kitabın12-18-ci səhifələrində “Müxləlif lətifələr” başlığı altında müxtəlif yazılı və şifahi məxəzlərdən seçilmiş lətifələr toplanmışdır. Müəllilər daha çox əsl adı Əhməd olan tanınmış türk yazarı, şairi, egitimi,qəzetəçisi və xəttatı Faik Rəşadın (26 iyul 1851- 1914 ) 1328-cı ildə (hicri )Konstantinopolda çap
etdirdiyi “Külliyyat-i – lətaif” əsərindən və Hoca Nəsrəddin lətifələrindən istifadə etmişlər.Təsəvvür yaratmaqdan ötrü onlardan bir neçəsini təqdim edirik:

   *Hastanın biri kendisini eyi eden bir doktora der ki, “doktor efendi, beni az zemanda eyi etdiyiniz içün size okadar medyun-i -şükranim ki, yaşadıkce oni bir dürlü ödeyemeyeceyim”. Hekim cevab olarak: “ödeyemeyeyek gibi deyil, efendim; hepsi yüz quruş-dur!” demiş.

   * Bir hasta adam karısına bir gün der ki: “aman, karı, odama , reca edirim, senden başka kimse girmesin, zira hastalığım sari ( yoluxucu-N.N.) və tehlikelidir”.

  * Bir odada yatan iki arkadaş şu yolda bir muhawerede9 (danışıq, söhbət -N.N.) bulunmuşlar:
     Birinci arkadaş:yahu,bana bak”–İkinci: “ne var?”
     Birinci:uyuyormusun?” –Ikinci: “neden sordun?”
     Birinci:” bir para ödünc isteyecekdim!”—İkinci: (yorğanı başına çekerek):”uyuyorum,dostum!” cewabında bulunmuş.

 * Bir deyirmenci eşeyini önünə katmış gider imiş.Yolda köylünün biri buna rast gelüb: “böylə ikiniz nereye gidiyorsunuz?” deyince, degirmenci parmağıyle köylüyü göstererek:”üçümüz içün saman almağa gediyoruz “cevabını vermiş.

   12,14,16 və 18-ciı səhifələrdə ərəb əlifbası ilə yazılmış lətifələrin latın qrafikalı variantı verilmişdir.

   Kitabın 18-23-cü səhifələrində “Türkce şeirlər ” ümumi başlığı altında 1908-ci ildə yazılmış “Ordu marşı”, 10 mani və “Yabanda bulunurum ” adlı
32 misralıq iki hissəli bir şeir verilmişdir.
    Kitabdakı “Ordu marşı”nı müasir mətnlərlə müqayisə etmək üçün oxucu və tədqiqatçıların nəzərinə çatdırırıq.

                                          Ordu marşı

                                     1.Qrdumuz etdi yemin,
                                       titredi hak ü zemin,
                                       milleti etdi emin,
                                       açıldl rah-i-nevin.
                                                    ( Nakarat )
                                       sancağımız,şanımız,
                                       osmanlı ünvanımız,
                                       vatan bizim canımız,–
                                       feda olsun kanımız!

                                      2. terki-i-aram eylədik,
                                         cahd ü ikdam eyledik,
                                          neşr-i-meram eyledik,
                                          haqle kiyam eyledik.

                                            ( Nakarat )

                                      3.osmanlı ahfadıyız ,(neveleriyik-N.N.)
                                         biz vatan evladıyız,
                                         milletin efradıyız,
                                         hürriyet eşhadıyız.

  “Manilər”dəki 10 şeirin hamısı klassik, ənənəvi bayatıarı xatırladır.Bunların bəzisinin müəllifli bayatı olması şübhəsizdir.Anlaşıqlı olmaq üçün bir neçəsini nümunə göstəririk:
                                      Bağa gitdim nar içün,
                                      gül kopardım yar içün,
                                      analar kız doğurmuş,
                                      deli-kanlılar içün

                                               ***
                                       sabahdan sen kalkarsın,
                                       mektebə sen gidersin,
                                       meramın mekteb deyil:
                                      sen çapkınlık edersin!
                                                ***
                                        hey, gözəl kız, gelmezler,
                                       seni bana vermezler;
                                        eyil, bir yol öpeyim,
                                       karanlık-dır, görmezler!

    İki hissədə–1 və 2 nömrə ilə verilmiş “Yabanda bulunurum” şeirində “Memleketimdən uzağım, yabanda bulunurum” misraları 32 misralıq bu əsərdə 3 dəfə təkrar olunur. Şeir türk ədəbiyyatında “Qürbət türkiləri” adı ilə tanınan janrın ən gözəl nümunələrindən biri kimi qiymətləndirilə bilər:
                                     Ah ,o kızıl güllerinin
                                     kokusu bana esse,
                                     ah, beyaz camilerinin
                                     buhuru (ətri- N.N. ) bana gelse!
                                     lakin buraya gelemez
                                     senden ol şirin koku,
                                     zira denizlere sürer
                                     ruzgarların ordusu.

    Əsərin 24-cü səhifəsində gənc bir çocuğun dilindən söylənilən “Tərbiyəli bir qitə” adlı həyat proqramı–manifest səpkili maraqlı bir yazı yerləşdirilmişdir. Ərəb əlifbalı səhifədə başlıq göstərilməsə də , 25-ci səhifədə –latın qrafikalı variantda bu, aydın yazılmışdır.” Tərbiyəli bir qitə”nin müəllifi
əsl adı Ömər olan, “Tərcümani-həqiqət”, “Səadət”, “Bakıt” qəzetlərində müxbirlik,Qalatasaray Liseyində və “Məktəb-i-hüquq”da ədəbiyyat müəllimi işləyən, türk ədəbiyyatında Müəllim Naci (1850-1893) kimi tanınan söz ustasıdır. Şair Müəllim Naci “Ateşpare”,”Şerare”,”Füruzan” və sair şeir kitablarının müəllifidir. O, ərəb,fars və frasız dillərindən çoxlu tərcümələr etmişdir.Ölümündən sonra “Yadigar-i-Naci” kitabı çap edilmişdir. Onun “Ömərin çocuqluğu” kitabı avtobioqrafik səciyyə daşıyır. Kitabda Ömərin çocuqluq həyatının ağrıl- acılıı səkkiz ili öz əksini tapmışdır.
    Haqqında geniş söhbət açılan kitabdakı “Tərbiyəli bir qitə” “Ön söz”də yazıldığına görə Müəllim Nacinin “Təlimlül-qiraət” (oxu təlimi-N.N.) əsərindəndir. “Oxu təlimi ” kitabınıın Türkiyədə necə təbliğ olunmasını öyrənmək çox maraqlı görünür.
    “Tərbiyəli bir qitə”nin mütaliəsi elmə, təhsilə, ətraf mühitin öyrənilməsinə can atan çocuğun işıqlı fikirləri kimi çox maraqlıdır: “Derslerimi dıkkatla okursam, hatırımda kalır,unutmam. Okuduklarımı belledikce fikrim açılır, gitddikceməlumatım artar.Tenbel, itaetsiz olan çocuklar hiç bir şey öyrenemezler,cahil kalırlar. Ben oyle tenbel, itaetsiz çocuqlardan deyilim.Ben çalışacağım,öyreneceyim, cahil kalmayacağım”.

     Əsərinin sonuncu materialı 27-31-ci səhifələrində çap olunan “Çanak-kaladan bir türk askerinin mektubu”dur. Bu, epistolyar üslubda yazılmış, dünya ədəbiyyatında, bəlkə də, analoqu olmayan bədii nəsr nümunəsidir. Məktub Birinci Cahan müharibəsində Çanaqqala uğrunda ölüm-dirim vuruşunda Vətənin müstəqilliyi uğrunda mübarizə aparan Mustafa adlı bir gəncin 18 kanun evvəl 1915-ci ildə Anafortadan anasına yazdığı təsirli bir məktubdur. Burada müharibə səhnələrinin bir sıra dəhşətli məqamlarından söz açılır. Məktubda anasının, karısının, oğlu Osmanın həyatı naminə özünü fəda eməyə hazır olan, ölümü gözləri ilə görən, yağı düşmənin ağır zərbəsini dadan, hələ həyatdan doymayan vətən əsgərinin düşmənlə barışmazlığı,ölümü ilə yaxınlarını ağladacaq və ağrıdacaq məqamlar göz önünə gətirilir. Mustafa onunla bir cəbhədə işğalçı düşmənə qarşı vuruşan , dostluqda sədaqətli və dəyanətli olan bir alman əsgərinin təmənnasız köməyi ilə sağ qalır.
    Gənc türk əskəri Mıstafanın harayı, müharibələrə dərin nifrəti əsərdə ustalıqla qələmə alınmışdır.
    İstanbul xəstəxanasında müalicədən sonra yenidən cəbhəyə gedəcəyini qəti qərara alan Mustafa anasına məktubunu bu sözlərlə qurtarir: “Şayəd ileride şehid olursam, karımı, oğlum Osmanı ve seni Allaha emanet ediyorum.Benim içün hiç ğam yemeyiniz. Vatanımızı,milletimizi və dinimizi kurtarmak içün burada şan və namus meydanında düşmenle çarpışmak ve icab ederse (lazım gələrsə N.N. ),ölmek sen da bilirsin ki, bizim içün en mukaddes bir vazifedir. Ve Allah-i-təala bunu bize Kuran-i-kerimde bir çok defa emr eylemişdir.Bu defalık senin ellerinden ve karımım,oğlumun da gözlerinden öperim, sevgili anacığım!
                                                                       Oğlun Mustafa”.
Anaya müraciətlə başlayan məktub Məhəmməd Peyğəmbərin müqəddəs adlarından biri ilə qurtarır.

       Nazim Nəsrəddinov,

   ”    Azərbaycan Respublikasının əməkdar müəllimi,
       Təhsil Nazirliyinin Elmi- Metodiki Şurasının bölmə üzvü

        Bakı, 20.11.2011. s.23:53.

         P.S.Yazını hazırlayarkən texniki cəhətdən mənə kömək etdikləri üçün psixolq Zöhrə müəlliməyə, ingilis dili müəllimi Aysel müəlliməyə, ixtisasca riyaziyyatçı olan Rəhim müəllimə öz dərin təşəkkürlərimi bildirirəm.Sağ olsunlar,var olsunlar.”

(*)  Nazim Nasreddinov, “Türkische Lesestoffe” adlı kitabı yazısında “Türkiye Almanağı ” ve ” Türkiye Antologiyası” olarak  tercüme etmektedir.H.C

3 thoughts on “Dr. Halil Fikret’ten; Türkçe Okuma Parçaları

  1. Ustad,təşəkkür edirəm.İnanıram ki,belə yazıların yayınlanması Azərbaycan-Türkiyə qardaşlığı üçün çox qiymətli
    ərmağan olacaqdır!
    Nazim Əfəndi.
    05.12.2011 s.02.01

  2. Nazim bey yazınızı ve verdiğiniz bilgileri okudum ben de size iştirak edirem ki bu tür emekdaşlıklar bizi birbirimize yakın kılacaktır. İsterdim ki sizinle daha yakından tanış olmak isterdim ben Bakıda yaşayıram, özüm izmirdenem. Mail adresimi size yazıram. Görüşmek üzere !

  3. Məlumatlara görə müəllim sizə təşəkkür edirem.Məncə,çox lazımi məlumatlardır

Bir Cevap Yazın