Said Ünsizade’nin Bir Kitabı Daha

Türkiyədə ən  bahalı əski kitablardan  biri

Səid Ünsizadə.    “Məktəb uşaqlarımız oxumaqdan ötrü  sadə türki dilimizdə tərtib olunmuş əqaid  bə nəsayih risaleyi-mənzynəsidir”, Tiflis,1882.

 XIX əsrin ən görkəmli  maatifçilərindən biri Hacı Səid Əfəndi Ünsizadənin bu dərsliyi nəzmlə yazilmışdır. Əsər  98 səhifədir. Hər səhifədə  24 misra var.

 Cüt-cüt qafiyələnən şeirdir- məsnəbidir.Üz qabığında əsərin adının altında    “nazim və naqili Səid   Ünsizadə ”  sözləri yazılmış,onun altında isə “Tiflisdə əvvəlimci dəfə FOMİNA küçəsində 11 nömrəli evdə yerləşən”Ziya” mətbəəsində basıldığı” göstərilən   tarix  əsərin çap olunma tarixi   kimi  yox,  yazılıb tamamlanma ,  yazılıb qurtarma tarixi kimi aydınlaşır. Səid Ünsizadə  əsərin üz qabığında  özünü  risalənin nazim və naqili kimi təqdim etsə də, əslində bu, böyük yaradıcılıq nümunəsi kimi  tanınmalıdır.

Klassik əsərlərin çoxu kimi  bu risalə də ənənəvi başlıqla başlayır.   Əsərin  “Səbəbi -nəzmi -kitab” adlı  hissəsində kitabın yazılma səbəbindən danışılır:

                                                                 Qazan dili (tatar dili-N.N.) iləidi bu məktub,

                                                                 Əqaid,həm nəsayih,qürbi-məhbub.

                                                                 Sufi Allahyar təsnif etmişdi.

                                                                 Əqaidlə nəsayih  söyləmişdi.

                                                                 Onu gördükdə oğlum Əbdürrəhman

                                                                 Dedi:__Ata, olarmı səndə imkan,

                                                                 Bizim dilə bunu nəzm eyləyəsən.

                                                                Uşaqlara dəxi  bəzl  ( bağışlama -N.N. ) eyləyəsən

                                                                 Kİ, məktəbdə oxuyub hifz edələr,

                                                                Dürüst yolda olub,doğru gedələr.

Əslində oğlunun xahişi ilə əsər yazmaq  klassik ədəbiyyatda ənənə şəklini alan  bir üsul idi.Nizami də, Füzuli də bu üsuldan istifadə edərək maraqlı və yadda qalan əsəplər yazmışlar. Hiss olunur ki, S.Ünsizadə yazacağı mövzunun məsuliyyətini dərk etmiş, Şərq ədəbiyyatının  təlim və tərbiyə, nəsihətçilik ruhunda olan seçmə nümunələrini  diqqətlə oxumuşdur.

S.Ünsizadə əsərin giriş hissəsində XVI əsrin ən   böyük  türk şairlərindən biri, atalar sözü və məsəlləri  mənzum şəkildə əsərlərinə gətirən Güvahinin  adını çəkir, onun nəhayətsiz  yaradıcılığna öz heyranlığını bildirir:

                                                                     Bütün dindən dini bala,

                                                                    GÜVAHİ–həzrəti -vacibü-təala.

                                                                     Onun ovsafının yox intəası,

                                                                     Məgər mədh ilə vəsf  edə Xudası.

                                                                    Səlavat olsun ol şaha səd  həzaran,

                                                                     Səlam olsun ona min dəfə hər an.”

Güvahinin ünvanına rəğbət və məhəbbətlə deyilən sözlər  heç də  səbəbsiz deyildi. O, klassik Şərq ədəbiyyatında  “Pəndnamə”si ilə məşhurdur. Bu əsər atalar sözü kitabı kimi də tanınır.S.Ünsizadənin  “Əqaid  və nəsayih” kitabı ilə  Güvahinin əsərləri arasında  müəyyən müqayisələr  aparmaq olar ki, bunlar da  ədəbi əlaqələr baxımından maraqlı görünür.

“Əqaid  və  nəsayih” əsərindəki   şeirlər 100 -dən  artıq  başlıq altında düzulmüşdür.Şairin əsas məqsədi məktəb yaşlı  uşaqlara  öyüd-nəsihət  , varislik prinsipinə əsaslanan əxlaqi və elmi biliklər   vermək, onlarda  layiqli vətəndaş üçün   lazım  olan   yüksək səviyyəli  təhsilalma  vərdişləri formalaşdırmaqdır. Əsərdə   Azərbaycan xalq ədəbiyyatından, “Kəlilə  və Dimnə”dən    ( “Humayunnamə”) qələn işıqlı fikirlər də var.Yeri gəlmişkən qeyd edək ki, 9 avqust 1884- cü il tarixli “Tərcüman” qəzetində Səid   Ünsizadə Şirvaninin “Humayunnamə” adlı əsər yazdığı  (tərcümə etdiyini )  xəbər  verilmişdir. Bu vaxt artıq  bir aydan artıq idi ki,   “Ziyayi-Qafqasiyyə” qəzeti qapanmışdı. Amma   S.Ünsizadə “Ziyayi-Qafqasiyyə”də  “Kəlilə  və Dimnə”dən  tərcümə etdiyi 3 lətaifi  sahibi- imtiyazı olduğu  “Ziyayi-Qafqasiyyə” qəzetində çap etdirə bilmişdi

S.Ünsizadənin “Əqaid və nəsayih” kitabında verilən bəzi materialların adlarını sadalamaq istəyirəm:”Sifati- səlbiyə bəyani”,”Elm”,”Qüdrət”,”İradə”,Cənnət bə cəhənnəmin əyanı”, “Gözünü haramdan saxlamaq bəyanı”,”Kəlam”, “Kəramət”, “Yaman sözlərdən pəhriz edib şirin zəban olmaq bəyanı”…

 Əsərdə   süjet    xətti  olan   bir neçə mövzu “HEKAYƏ” adı ılə  çap edilmişdir.

 “Əqaid və nəsayih “əsəri məktəb yaşlı uşaqlar üçün  yazıldığından  müəllif  mümkün qədər çətin başa düşülə biləcək sözlərdən qaçmış , yeri gəldikcə atalar sözü  və  məsəlləri  mənzum şəkildə işlətmişdir. Əsərin morfologiyası da, sintaksisi də dövrün  əksəriyyət  tərəfindən  qəbul edilmiş  və  bəyənimiş  ədəbi dil  normalarına ,  məktəb və mədrəsə şagirdlərinin  öyrəndikləri  və  vərdiş etdikləri   orfoqrfiyaya  qaydalarına uyğundur. Dərsliyin  leksikasında ərəb mənməli sözlərin nisbəti milli leksika ilə müqayisədə daha çoxdur. Alınma sözlərin çoxu əsrlərin sınağından  keçərək milliləşən , əksəriyyət tərəfindən  qavranılan, başa  düşülən dil vahidləridir.

“Əqaid bə nəsayih ” kitabının üz qabığındakı tarix  ( fi 9 mah fevral  1882 –  fi 2  mah  rəbiülaxir  sənə 1299  )    dərsliyin yazılıb qurtarandan sonra senzor komitəsinə verilən tarixdir. Dərsliyin sonuncu- 98-ci  səhifəsində  onun  çap tarixi dəqiq göstərilmişdir: “1300-mci ilin cəmadiyüaxir( ərəb  qəməri təqvimində altıncı ayın adı -N.N.)

ayının 13-mcü günündə (fi  1383-9 mah aprel  )     Tiflisdə  Hacı  Səid Əfəndi Ünsizadənin  “Ziyayi- Qafqaziyyə” ilə  bənam olan  mətbəəsində  izn  olunmaq   ilə  təb  olunubdur.  Bu tarix əsərin son iki misrasında  da  göstərilir:

                                                                                    Qutarıb təb olanda  nəzmimiz  düz

                                                                                     Buna  tarix oldu min üç yüz.

S.Ünsizadənin  bir neçə dərsliyinin taleyi hələ də  qaranlıq qalır. Yaxşı ki, müəllif özü  buna aydınlıq gətirir. Bu cəhətdən onun  iri həcmli dərs kitabının –“Təlimül-ətfal, təhzibül – əxlaq” dərsliyinin sonuncu– 128-ci səhifəsindəki qeydlər diqqəti cəlb edir: “Hifzi-səhhət və təhzibül -əxlaqə çalışmaq  barəsində  hərçənd  yazılmağı münasib olan NÖVBƏNÖV HEKAYƏLƏR, və NƏSİHƏTLƏR var isə də, amma uşaqların məzacına  siqlət (  ağırlıq, sıxıntı -N.N. )  gətürməməkdən ötrü  bu qədəri   CƏM və TƏRTİB etmək ilə iktifa ( kifayətlənmə–N.N.)  olundu. Bu halda  “TƏFHİMÜL–ƏTFAL” ( uşaqlari başa salma ) risaləsi ilə    QIZ UŞAQLARININ oxumağına  lazım olan  ” Vəzaifül-nisa”( Qadınların vəzifələri ) risaləsinin tərtibinə mübaşir  olduğumuzdan ümid ki, onlardan sonra  ÖZGƏ SƏLİQƏ ilə hekayələrə  şamil olan səyaqda əlahiddə bir risalənin dəxi tərtibinə hümmətgüzar olaq.  (S,Ünsizadə bu sözləri 1882-ci ilin mart ayının 15-də yazmışdır – N.N.)

                                                                                            * * * * ** * * *

 80 illik ömrünün son 15 ilini (1890-1905) İstanbulda yaşayan  S.Ünsizadə Münif Paşanin köməyi  və qayğısı ilə  Türkiyədə  maarif sahəsində çalışmıışdır. O, bu illərdə Quranın Azərbaycan dilinə təfsirini yazmışdır. Təəssüf ki,  təfsirdən təkcə bir surə bu günümüzə qədər gəlib  çıxmışdır.

 Hacı Səid  Əfəndi Əbdürəhman Əfəndi oğlu Ünsizadə Şirvaninin     bütün əsərlərini  axtarıb tapmaq  və çap etmək  həm Azərbaycan , həm də Türkiyə  ədəbi və elmi ictimaiyyətini düşündürməlidir.

    Nazim Nəsrəddinov,

     Türkoloq.

     Bakı, 01.10.2011.  S.    04:47.

One thought on “Said Ünsizade’nin Bir Kitabı Daha

  1. “Güvahi və Azərbaycan ədəbiyyatı” adlı yazı üzərində içləyirəm.Şərikli müəllif kimi bu yazıya qoşulmaq istəyənləri alqışlayıram.

    Nazim müəllim.
    30.06.2013

Bir Cevap Yazın