Mektep Mecmuası Dergisi 1925

” Azerbaycanlı dostumuz ve günümüz pedagoglarından Sayın Nazım Nasreddinov yeni bir yazısı ile Türk Eğitim Tarihine ışık tutmaktadır. Onun yazılarına yer açmakla kendimize de bir tarihi sorumluluk vermekteyiz. H.C”

İstanbuldan gələn ideya  —-“Məktəb məcmuəsi” dərgisi—–1925  

    Türk dünyasının    uşaq   və  pedaqoji mətbuat    tarixində    məktəb,   təhsil    və təlim,  təlimin üsul və qaydaları haqqında    XIX əsr türkdilli mətbuat səhifələrində həm söz içində , həm də ayrıca müxtəlif  fikirlər səslənmişdir. 1875-1877 -ci illərdə  Həsən bəy Məlikzadənin (Zərdabinin )  redaktorluğu ilə Bakıda nəşr olunan “Əkinçi” qəzetində   məktəb və maarif  məsələlərinə böyük diqqət yetirilmişdir.    Qəzetin fəal müxbirlərindən biri Nəcəf bəy Vəzirov məktəb və mədrəsələrdə  müəllim və şagird münasibətlərinə, tədris edilən  fənlərin seçilməsinə xüsusi yanaşmanın  vacibliyindən söz açaraq, oxucyları fikir mübadiləsinə çağırırdı: ”  ….məktəbxanada oxunan “Leyli-Məcnun”, Hafiz   və  qeyrə uşaq kitabı deyil. Onları ki   böyük oxuyanda şura gəlir,uşaq başına  nə  kül töksün, onları  oxuyub eşqbaz, cürəkeş olmasın və bir də   bizi oxudanda məhz oxuyub yazmağı  öyrədirlər  və  

dəxi  səy edən yoxdur ki, bir xeyri olan şey də öyrətsin. Məsələn, Məcnun elədiyi qələti oxudunca elmi-coğrafiya kitabı oxusaq,həm yazıb oxumağı öyrənnik, həmi dünya   üzündə olan vilayətlərdən xəbərdar olarıq”.

    Müəllifin     “avam olduğumuzu gizlətməyib səy edib ,elm , təhsil etmək yaxşı deyilmi?”     ritorik sualı da  zəmanın, dövrün sualı idi.

    “Əkinçi”dən sonra–1879-cu il yanvarın ortalarında Tiflisdə Səid   Ünsizadənin rəhbərliyi ilə   Azərbaycan dilində nəşrə başlayan  “Ziya” qəzeti də məktəb və maarif məsələləri  geniş səkildə müzakirəyə çıxarır,oxucuların” diqqətini  bu işin vacibliyinə yönəldirdi.  “Ziya” qəzeti  S.Ünsizadənin pedaqoji fikirlərinin  tribunası idi. Qəzetin baş məqalələrindəki fikirlərin çoxu onun sonralar çap edilmiş   dərslik   və risalələrində daha da genişləndirilmişdir. “Ziya”da  məktəb və maarif məsələləri  hələ heç bir elmi tədqiqatda öz həllini tam şəkildə tapmamışdır. Bu, hər şeydən əvvəl   gənc tədqiqatçılar tərəfindən ərəb əlfbalı  yazıları oxumaqda    çətinlik   çəkmələri ilə   əlaqədardır.

    Türk   ədəbiyyatının ilk  çocuk  dərgisi  olan   “Mümeyyiz ” (1869-1870 )  dərgisində  məktəb və maarif məsələləri işıqlandırılsa da , əslində türk dünyasında  bu məsələyə– məktəb və maarifçilik məsələlərinə ilk dəfə  öz adı ilə geniş yer verən 1891-1897- ci illərdə İstanbulda  nəşr olunan “Məktəb” dərgisidir. Dərginin  6 ildə 185 nömrəsi çıxmışdir. 1911-1920 ci illərdə Bakıda Qafur Rəşad Mirzəzadənin (1884-1943) və  Ə.Əfəndizadənin (1884-1918) redaktorluğu ilə nəşr  olunan “Məktəb” jurnalının  işıqlandırdığı məsələlərin,  irəli sürülən ideyaların çoxu  vaxtıilə İstanbulda çıxan “Məktəb dərgisi”nin (1891-1897)  böyük yaradıcılıq işinin davamı kimi görünür.

    Dr. Cem Şems Tümer   Bakıda nəşr olunan “Məktəb ” dərgisindən sonra    1920-ci ildə Batumda  da ayda bir dəfə nəşr olunan dini, ictimai, tərbiyəvi, ədəbi, elmi, fənni  “Məktəb Məcmuəsi”ndən  söz açır. Hörmətli həmkarım Bakıda nəşr olunan “Məktəb” dərgisinin son nəşr ilini  1917- ci il  kimi göstərir. Görünür, müəllif   sonralar tapılıb üzə çıxarılan  1918 -ci   və  1920-ci illərdəki  6 nömrədən  xəbərsizdir.

    1925-ci il kanuni-əvvəlin 5-də Bakıda  “MƏKTƏB MƏCMUƏSİ” adlı yeni bir dərgi nəşrə başladı.Yeni nəşr oxuculara on beş günlük ƏDƏBİ,FƏNNİ, ELMİ MƏCMUƏ  kiimi təqdim olunmuşdur.

  İlk nömrəsi 2000 nüsxə tirajla çıxan ” Məktəb məcmuəsi”nın birinci səhifəsindəki “İdarədən” qeydindən məlum olur ki, o, tətil edən “Məktəb” dərgisinin davamçısıdır.Dərginin fəal müxbirlərinin cərgəsində 1911-1920 ci illərdə Bakıda nəşr olunan “Məktəb” jurnalının redaktorunun adının görünməsi də bunu təsdiq edir.

    “Məktəb məcmuəsi” jurnalının məsul müdiri (redaktoru – N.N. ) Sürix şəhərində mühacirət həyatı yaşayarkən V.İ.Leninlə tanış olan, inqilabdan bir müddət sonra İ.V.Stalinin rəhbərliyi altında işləyən, Başqırdıstanın Türkiyədə nümayəndəsi olmuş , daha sonralar Bakıya Xalq Maarif Komissarlığında işləməyə dəvət olunan ŞƏRİF MAHATOV idi.

    “Məktəb dərgisi”nin “İdarə”dən başlığı altında verilmiş qeydləri   yeni nəşr orqanının məqsəd və məramını öyrənmək baxımından çox maraqlıdır:    “Sabiq “Məktəb məcmuəsi”   (1911-1920-ci illərdə nəşr olunan-N.N .)    tətil edəndən sonra Azərbaycanımızda çocuklarımıza məxsus ədəbi və fənni bir məcmuə yox idi. Halbuki məktəblərdə oxuyan məktəblilər məktəb xaricində də mütaliəyə alışmalıdırlar.Məktəbdə oxuyan çocuklar məktəb xaricində öz məlumatlarını genişləndirməyə çalışmalıdırlar. Onlara öylə bir məcmuə lazımdır ki, məktəbdə oxuduqlarını həyatı, yeni həqiqətləri,  yeni fənləri onlar üçün aydınlaşdırsın.Onların məlumatlarını  genişləndirməyə  xidmət edərək,dərslərinin müvəffəqiyyətlə getməsinə yardım etsin.Təbii, böylə bir məcmuənin vücubini   ( vacibliyini-N.N.) ən əvvəl  müəllimlərimiz  düşünürdülər.   Daha  doğrusu,  tələbələrin hər zaman : “Nə oquyalım? ” deyə sual və müraciətləri  böylə bir məcmuənin intişarını hər müəllimə düşündürürdü”.

    “İdarədən” qeydlərində daha sonra   yazılır:  “Burası məlumdur ki , bizdə çocuqlara məxsus ədəbiyyat çox azdır. Bu xüsusda şeiriyyat   işlərinə ancaq axır vəqtlərdə iqdam edilmişdir. Bundan əlavə, KİTABIN VƏZİFƏSİ BAŞQA, MƏCMUƏNİN VƏZİFƏSİ   İSƏ BÜSBÜTÜN BAŞQADIR. Kitablardakı birtərəfli məlumat uşaqları yora bilməsi ehtimalı ola bildiyi halda, məcmuədəki hərtərəfli məlumat onları yoramaz, biləks (ƏKSİNƏ-N.N.) oxumağa meyil bə həvəslərini artırar, bir fənn barəsində məlumat alandan sonra ikinci bir hekayənin , ibrətli sözlərin,  maraqəngiz məsələlərin həllinə meyil etməklə yorulmaqsızın vəqtini QAİDƏLİ MÜTALİƏTƏ sərf edər.Bundan əlavə, böylə məcmuələrdə mütəəllimlər YALNIZ PASSİVCƏSİNƏ MÜTALİƏ DEYİL, özləri də bu məcmuədə iştirak edər, məsələlər həll edər, yazı dərslərinə cavab verməklə AKTİV ROLU OYNAYI RLAR ki, burası daha qaidəlidir ” .

       Maraqlıdır ki, jurnalın əməkdaşlarının çoxu Xalq Maarif Komissarlığının əməkdaşları idi: Şərif Manatov,Xəlil Fikrət,İsmayıl Hikmət,Kərim İsmayılzadə, Abdulla Şaiq,Məhəmməd Kərimzadə…Onların hamısı nüfuzlu ali məktəb və mədrəsələrdə təhsil almışdılar:Şərif Manatov Peterburq Psixonevroloji Akademiyasında oxumuşdur.

 Xəlil Fikrət Almaniyada ali pedaqojı  və psixologiya    təhsili  alan  alimlərdən  biri idi.   O, Türkiyənin bu sahədə ilk   elmlər doktordur.

     “Azərbaycanlı ” imzası  ilə çap olunmuş   “Kooperativ nədir?” məqaləsinin müvzusuna, yazı üslubuna,çevik sintaksisinə görə Nəriman Nərimanovun arxivindən  əldə edildiyini güman edirık.

    Jurnalda məktəblilərin bədii zövqünün formalaşmasında əhəmiyyətli rol oynayan 10-a qədər şeir verilmişdir.

    Materialların əksəriyyəti dövrün aparıcı təlim texnologiyalarına əsalanmışdır.

    “Məktəb məcmuəsi”ndəki atalar sözləri, klassik ədəbiyyatdan seçilmiş tərbiyəvi məzmunlu materiallar, ölkəşünaslığa aid elmi- publisistik yazılar da  çox maraqlıdır. Jurnaldakı riyaziyyat əyləncələri, coğrafiya,tarix və psixologiyaya aid materiallar da şagirdlərin təfəkkür səvviyyələrini   müəyyənləşdirməyə xidmət dir.

    ” Məktəb məcmuəsi” jurnalının həcmi 16 səhifədir. Materialların yerləşdirilmə ardıcıllığı belədir:

İdarədən………………………………………………………………………………………………………SƏh. 1

İsmayıl Hikmət. Qərənfillər                                         (şeir )                                          2

Tərbiyə doktoru Xəlil Fikrət . Bizi düşündürən bir hekayə                                           3–5

Abdulla Şaiq.                           Centlment bir xanəndəyə (şeir)                                    3

Qafur Rəşad.                           Azərbaycanımızı tanıyalım                                            6-7

 Hüseyn Nəcdad.                                                       Şeir                                               7

Qantemir.                                 Azərbaycan tarixindən                                                  7-8

Zərbəli Nafiz.                            Köylü qızı                   (şeir)                                             

Atalar sözü                                                                                                                     8

 Q.R.  (Qafur Rəşad-  N.N.)   Təbiəti nə üçün öyrənirik?                                              9-11                                                                                                   

 Nasir Quluzadə .                     Bu günün çocuklarına   (şeir )                                       9

Kərim.                                        Rəqəmlərin tarixi.                                                       11-13

Azərbaycanlı .                            Kooperativ  nədir ?                                                     13

Məhəmməd Kərimzadə          Süd                                                                                 14-15

Əzbər parçalar                           (klassik ədəbiyyatdan)                                                 15

Uluqbəyli .                                  Riyaziyyat  əyləncələri.                                             15   -16

Məsələ                                                                                                                            16

Yazı dərsi                                                                                                                       16

  Məsul  müdir                                                                                                                16

                               Məktəb məcmuəsi   

****************************************************************************************************

    P.S          .Jurnalın son səhifəsində oxucullara ünvanlanmış  nikbin ruhlu bir müracıət var: “Hər on beş gündə bir müntəzəm surətdə çıqacaqdır.Məcmuədə ən dəgərli və biligli müəllimlər ədəbi-elmi yazılarla iştirak edəcəkdir. Həvəskar məktəblilərin də yazıları  məcmuəmizdə məmnuniyyətlə dərc ediləcəkdir.Məcmuəmiz  məktəblilərin olduğu üçün  bütün məktəblilər almalı  və yazı yazmalıdırlar”.

    Çox,  təəssüf ki,   “Məktəb məcmuəsi”nin ikinci nömrəsi  işıq üzü görmədi: jurnal oxucu  və abunəçiləpə  məlum olmayan cəbəbləri görə öz  nəşrini dayandırdı. Yəqin ki, jurnalın əməkdaşları    redaksiyaya göndərilən yazıları çap olunmaq  üçün  inandıqları  və  güvəndikləri digər mətbuat orqanlarına ünvanlamışlar.Belə ki jurnalın əməkdaşlarının anoloji yazıları tezliklə digər mətbuat orqanlarında  görünməyə  başlamışdır.

 Nazim Nəsrəddinov

 Azərbaycan Respublikasının əməkdar  müəllimi,

 Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının bölmə üzvü,

 AVROPA  AZƏRBAYCAN MƏKTƏBİNİN  müəllimi .

 Bakı ,08.09.2011ci il. s.23:02..

Bir Cevap Yazın