Said ÜNSİZADE

Səid Əfəndi Ünsizadə və  Türkiyə

        Azərbayanın məktəb və maarifçilik tarixində  özünə  şərəfli yer  tutan,Türkiyə  aydınları ilə  geniş yaradıcılıq əlaqələri  olan  ziyalılarından biri də Səid  Əfəndi  Əbdürrəhman  Əfəndi  oğlu Ünsizadədir.

       ” Ünsizadə”- Səid Əfəndinin türklər demişkən “takma”  soyadıdır. (Atası “Ünsi ” təxəllüsü ilə şeir yazdığından  oğlanları  “Ünsizadə”soyadını  qəbul etmişlər ).

       S.Ünsizadə 1825-ci ildə Şamaxıda anadan olmuşdur.Burada  atasından  və şəhərin adlı-sanlı müəllim  və   müdərrislərindən  yaxşı təhsil  alan  Səid    elm dalınca dünya elminə dərindən yiyələnmək üçün  Şərqin yüksək  ali dini məktəblərində    oxumağa  gedir. Bəzi mənbələrdə onun Misirdə oxuduğu iddia  edils də, bunu təsdiq edən heç bir sənəd yoxdur . S.Ünsizadə təhsilini başa vurub,Şamaxıya qayıdır. O, burada  məktəbdarlıq etməyi  qərara alır,  tezliklə  savadlı müdərris olduğunu  öz fəaliyyəti ilə sübut  edir.

   S.Ünsizadə 1873- cü ilin əvvəllərində   o  vaxt ,    ölkə paytaxtı   Bakıya  köçəndən sonra ,  hələ də    Şamaxıda  fəaliyyət göstərən  Bakı Quberniya Əhli-Təsənni İdarəsinə üzv seçilir. S.Ünsizadə bir  neçə  aydan sonra -1873-cü ilin dekabrında   Bakı qubernatoru   D.S.Staroselskinin əmri ilə ruhani idarəsinin  sədri  təyin olunur.Bu vəzifədə bir sıra maarifçilik işləri görür: ruhani məclisinin  himayədarlığı ilə  Azərbaycan məktəbi tarixində “Məclis məktəbi”  adı ilə məşhur olan təhsil ocağı yaradır,müəllimlərin elmi və metodiki hazırlığını yüksəlmək üçün  əməli yollar arayır. 

     S.Ünsizadə   1876-cı  ildə  mühüm dövlət işi ilə əlaqədar — Zaqafqaziya dini idarələrinin fəaliyyətini   yoxlayan  komissiyanın üzvü kimi ,Tiflisə ezam olunur.Yeri gəlmişkən qeyd edək k,    o   zamanlar  Zaqafqaziyanın şeyxülislamı Əhməd bəy Hüseynzadə, müftisi  Əbdülhəmid Əfəndi Mustafa Əfəndizadə idi. Onların hər ikisi  XIX  əsrin ən tanınmış ziyalıları idi: dini vəzifə ilə yanaşı, məktəb və maarif məsələləri ilə  də  ciddi məşğul olurdu. Ə.Hüseynzadə  məktəb şagirdləri üçün fars dilində   bir neçə  dərslik  yazmış, Ə.Əfəndizadə isə  ikidilli  lüğət  hazırlamışdır. Belə adamların iş fəaliyyətini yoxlamaq   S.Ünsizadəyə göstərilən böyük  etimad idi.

    Tiflisə ezamiyyətə gələn S.Ünsizadə ezamiyyə  müddəti qurtarandan sonra  burada dövlət nəzarətində olan işlə təmin olunur: müəyyən sınaq müddətindən sonra  Zaqafqaziya Əhli -Təsənni İdarəsinin üzvü təyin olunur və vəzifə səlahiyyətləri çərçivəsində geniş və hərtərəfli maarifçilik fəaliyyətinə başlayır.O, 1878 -ci ildə Tiflisdə Azərbaycan dilində çap məhsulları ilə məşğul olan basmaxana (litoqrafiya ) yaradır. Basmaxananın avadanlıqları İstanbuldan gətirilir. S.Ünsizadə mətbəədə işləmək üçün bir neçə gənc qohum-əqrəbasını  mətbəə peşələrini öyrənmək  üçün İstanbula göndərir.S.Ünsisadənin Türkiyə ilə işgüzar münasibətləri sistemli şəkildə məhz bu dövrdən başlanır.

    S.Ünsizadə 1878-ci  ilin dekabrında Tiflisdə Azərbaycan dilində  “Ziya” adlı həftəlik qəzetin  nəşrinə icazə alır. Qəzetin ilk nömrəsi 1879-cu il yanvarin 14-də çıxır. “Ziya”nın ilk  üç nömrəsi tədqiqatçılara məlum deyil.  Türkiyə arxivlərində ciddi axtarışlar ararılsa, bəlkə onları burada tapmaq olar.”Ziya”nın Türkiyədə onlarla oxucusu var idi. Türkiyədə gedən ictimai -siyasi hadisələr qəzetdə  həm birbaşa, həm də üstüörtülü şəkildə –ezop manerası ilə işıqlandırılırdı.

   1879-cu ildə Mirzə Rza xan Danişin (1853-1937) hazırladığı əlifba layihəsinə aid  təqrizlərin (RƏYLƏRİN) bəzisinin İstanbulda fars dilində çıxan “Əxtər” qəzetindən götürülərək  cəmi bir həftədən sonra”Ziya”da çap olunması elmi əlaqələrimizin öyrənilməsi baxımından diqqəti cəlb edir.

   “Ziya”da “Ey  bülbül” rədifli qəzəl mövzusunda  nəzirə müsabiqəsi açılması  və   burada Münif Paşanın iştirakı da maraq doğurur. Əslində bu, şeir müsabiqəsi deyildi: söz içində söz demək idi. Münif Paşa  Türkiyədə bü mövzuda keçilrilən müsabiqənin mükafatçılarından birı kimi Səid Ünsizadənin  maarif məsələlərinə həsr olunmuş layihələrinin birinə  qoşularaq, “Ziya” qəzetinin düşdüyü çətinliklərdə ona kömək etmək istəyirdi. Mən bu məsələ haqqında Bakıda  görkəmli jurnalist Malik Rəcəbin redaktorluğu ilə nəşr olunan  “Təhsil problemləri” qəzetinin   01-07 avqust   2010-cu il  tarixli        nömrəsində ayrıca bir yazı çap etdirmişəm.

     1879-cu ildə “Ziya”  qəzetinə Türkiyədən məktub göndərənlərdən biri  əslən Şəki şəhərindən olan Şahin Əfəndi idi. Təəssüf ki, onun haqqıda ətraflı məlumatımız yoxdur. Adı   təkcə bir yerdə— “Ziya”ya kömək edənlərin sırasında  verilmişdir.

   1880-ci ilin dekabr ayından başlayaraq, bir neçə aylıq fasilədən sonra  “Ziya”  “Ziyayi-Qafqasiyyə”adı ilə çıxmışdır. Bu fasilə Türkiyədə yeni mətbəə şriftlərinin axtarışı ilə əlaqədar idi.Belə ki əvvəlki mətbəə şriftləri narın və rizə olduğu üçün  oxucuları qane etmirdi: S.Ünsisadə onların narazılığını başa düşərək öz  əməkdaşlarını  mətbəə şrifti almaq üçün İstanbula göndərmişdi.

    1883- cü ilin sonlarında S,Ünsizadə Şamaxıya qazı təyin olunduğuna görə Tiflisı–yaradıcılıq imkanlarına  yaxşı  şəraiti olan paytaxtıi tərk edib, doğma şəhərinə qayıdır.”Ziyayi- Qafqasiyyə”nin nəşrininin  Tiflislə bağlı məsələlərini  damadı Şilyanskiyə həvalə edir. Şamaxıda redaktə olunaraq Tiflisdə  çap olunan   qəzetin  1884-cü ildə cəmi 14 nömrəsi çıxır. Görünür, sonuncu nömrədəki məqalələrin birində ” SƏİD ÜNSİZADƏNİN   MƏQSƏDİ RUS MÜSƏLMANLARINI YUXUDAN OYATMAQDIR”  fikri rus məmurlarından kiminsə  xoşuna gəlməmişdi.

    Məşhur Azərbaycan şairi S.Ə Şirvaninin  Səid Əfəndiyə həsr etdiyi qəsidədən öyrənirik ki,  quberniyanın dini rəhbəri kimi S.Ünsizadə Şamaxıda universitet açmaq, məktəb şəbəkəsini genişləndirmək,mətbəə yaradaraq  burada  kitab çapı məsələlərini  canlandırmaq  istəyirmiş. Təəssüf k., onun bu məqsədi kimlərdəsə paxıllıq, bədxahlıq hisləri  yaradırdı; haqqında dövlət orqanlarına yalan məlumatlar verilir,o, rüşvətxorluqda, dini vəzifədən sui-istifadə etməkdə təqsirləndirilirdi. Lakin bunların heç biri təsdiq olunmur.Geniş maarifçıilik fəaliyyəti üçün  Azərbaycanda yer tapmayan Səid Ünsizadə1889-cu ilin fevral ayının 20-də öz ərizəsi ilə işdən çıxır, türk dünyasının baş şəhərinə—İstanbula üz  tutur. Burada maarif sistemində işləyir  ,  “Quran “ın  Azərbacan dilində təfsirini yazır,  Azərbaycandan Türkiyəyə iş dalınca gedənlərə qayğı göstərir.

    Səid Əfəndinin kiçik qardaşı Cəlaləddin Əfəndi Ünsizadə də 1883-cü ildən redaktorluq etdiyi “Kəşkül ” qəzeti 1891-ci ildə bağlanandan  bir müddət sonra İstanbula gəlir. “Molla Nəsrəddin” jurnalının 1907 -ci ildəki 43-cü nömrəsindəki   bir   yazıdan  Cəlal Əfəndinin   Türkiyə sultanı Əbdülhəmidin sarayında  kitabxana müdiri işlədiyini öyrənirik. Cəlal Əfəndi Ünsizadənin 1920- ci illərdə TürkiyəCümhuriyyətinin Xarici İşlər Nazirliyində tərcüməçi işləməsi də güman edilir.

    Bakıda nəşr olunan “Həyat” qəzetinin 1905 -ci ilin iyun aynda dərc olunan  nömrəsindəki  nekroloqdan öyrənirik ki ,  “türk dünyasının fazil şəxslərindən biri olan Səid Əfəndi Ünsizadə  ömrünün 80 sinnində İstanbulda vəfat etmişdir”.

    “Həyat” qəzeti    S.Ünsizadə haqqında yazı yazmaq istəyənlərin yazısını məmnuniyyətlə  dərc edəcəyini söyləməklə maarif   tariximizdə böyük xidmətləri olan bu işıqlı fikir  adamını yüksək qiymətləndirir.

    Səid Ünsizadənin   İstanbulda hansı qəbirstanlıqda dəfn olunduğu  bizə məlum deyil .Xəbəri olanlar varsa , bizə məlumat vermələrini xahiş edirik. Bunu İstanbulda Şirvanlılar məhəlləcində yaşayan azərbaycanlılar yaxşı bilər.

     Nazim Nəsrəddinov,

     Azərbaycan Respublikasının əməkdar müəllimi,

     Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının bölmə üzvü.

 

      Bakı, 22 avqust 2011-ci il.

3 comments to “Said ÜNSİZADE”
  1. Əziz qardaşım, hər vaxtınız xeyir!

    Azərbaycanı ürəkdən sevdiyinizə,onun Türkiyədə geniş təbliğinə və işıqlandırılmasna qayğı göstərdiyinizə görə Sizə–türk oğlu türkə öz dərin minnətdarlığımı bildirirəm. İnanıram ki, bu yazıdan sonra ,Türkiyəni özünə vətən sayıb, həyatının çətin vaxtlarında ona sığınan Hacı Səid Əfəndi Əbdürrəhman oğlu Ünsizadəni Türkiyənin bütün aydınları, maarifçi ziyalıları yaxşı tanıyacaqlar.
    Siz yazıya 1879-cu ildə Tiflisdə Azərbaycan dilində nəşrə başlayan “Ziya” qəzetindən 4(dörd) il sonra dünyaya gələn “Tətcüman” qəzetinin şəklini əlavə etmisiniz. Buna görə də Sizə minnətdaram.Bu, aydın məsələdir ki , türk dünyası “Tərcüman”ı “Ziya”dan yaxşı tanıyır.Amma məsələ həm də bundadır ki, İsmayıl bəy Qaspralı “Ziya” məktəbinin yetirməsidir. İ.Qaspralı “Ziya”dan öyrənmiş,Səid Ünsizadəyə göndərdiyi məktublarda onu,onun millət yolunda təmənasız, məccani xidmətlərini(qəzetçilik fəaliyətini -N.N.)yüksək qiymətləndirmişdir. İ.Qaspralının S.Ünsizadəyə yazdığı məktubların birindəki maraqlı bir fikrə şagird- müəllim münasibələrinə görə heyran qalmamaq olmur. İ.Qaspralı öz dostuna və müəllim hesab etdiyi qardaşı S.Ünsizadəyə xitabən yazırdı: “Biz sizin kimi üstü örtük yaza bilməyiriz”.
    S.Ünsizadənin Tiflisdəki “Ziya” mətbəəsində İ.Qaspralının “Tərcüman”dan əvvəl oxucuların diqqətinə yönəltdiyi “Tuncuq”,”Qəmər”, “Şəfəq” və s. kiçik həcmli jurnalları da nəşr olunmuşdur.
    Bu, ayrıca mövzudur. Qalsın gələn dəfəyə.

    Hörmət və izzətlə,
    Nazim Nəsrəddinov.

    Bakı, 23-24 avqust 2011-ci il.

  2. Mən Səid Əfəndi Ünsizadənin Azərbaycanda ən böyük və ən inadcıl tədqiqatçılarındanam. Onun ədəbi-bədii, elmi və elmi-pulisistik fəaliyyəti haqqında çoxlu yazılarım var. S.Ünsizadənin başçılıq etiyi (naşir və redaktorluq etdiyi) “Ziya” qəzetinin (1879-1884)dili mövzusunda dissertasiya işi yazmışam.
    Sovet dövründə S.Ünsizadədən danışmaq və yazmaq bir növ yasaq sayılırdı; o, qazı idi, Zaqafqaziya Əhli -Təsənni İdarəsinin üzvü idi,”hər bir məcələni dini mövqedən izah edirdi”.Deməli, S.Ünsizadə sovet dövrünün təbliğatına uyğun gəlmirdi. İndi ki qadağa yoxdyr…

Bir Cevap Yazın